Türk dünyası Bəxtiyarını yola saldı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Türk dünyası Bəxtiyarını yola saldı

Türkiyənin təhsil naziri Hüseyin Çelik xalq şairinin ölümündən sarsıldığını dilə gətirib. O, bu münasibətlə verdiyi açıqlamasında Bəxtiyar Vahabzadəni türk dünyasının ən böyük şairlərindən biri və Azərbaycan ədəbiyyatının bülbülü adlandırıb: “Başda azəri dostlarımız olmaqla, türk dünyasına, şairin ailəsinə, eləcə də onu sevənlərə başsağlığı verirəm. Mərhuma Allahdan rəhmət diləyirəm. Bəxtiyar Vahabzadənin əziz xatirəsini yaşatmaq üçün gələn tədris ilində Adanada fəaliyyətə başlayacaq Sosial Elmlər Liseyinə onun adını verəcəyik”. Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Köksal Toptan və qardaş ölkənin bir sıra tanınmış şəxsləri şairin ölümü ilə bağlı başsağlığı veriblər. Gül Bəxtiyar müəllimin vəfatını, sadəcə, türk dünyası üçün deyil, dünya ədəbiyyatı üçün böyük bir itki adlandırıb. Ərdoğan isə tükcəni yaşadan ən böyük şairlərdən olan Bəxtiyar Vahabzadənin vəfatından üzüldüyünü bildirib. Fəthullah Gülənin isə başsağlığı mesajında deyilir: “Türk-İslam dünyasının böyük şairi, filosofu Bəxtiyar Vahabzadənin vəfatını böyük kədər hissi ilə qarşıladım”.

Türk dünyası Çingiz Aytmatovdan sonra bu günlərdə daha bir itki ilə üzləşdi. Hamımızın sevimlisi Xalq şairi Bəxtiyar Vahabzadə də dünyasını dəyişdi. Türk dünyası 84 yaşlı Bəxtiyar müəllimi qorumağa çox çalışdı, lakin bacarmadı… Bacarmadı deyəndə, Aşıq Alı demişkən, “ölüm haqdır, çıxmaq olmaz əmrdən”.

Ötən bazar onun üç mərasimi keçirildi. Mərasimdə həyatını xalqın azadlığına həsr etmiş Bəxtiyar müəllimin ruhuna dualar oxundu. O, “fikirlərin çırpınan seli, həqiqətin müğənnisi, təbiətin danışan dili, cəmiyyətin üsyan seli, həqiqətin, haqqın güzgüsü, bu dünyaya zamanın sözü” və səmimi bir ictimai xadim kimi bir daha xatırlandı. Onun “Vicdan”ı, “İkinci səs”i, “Fəryad”ı, “Muğam”ı eşidildi, “Dar ağacı”, “Özümüzü kəsən qılınc”ı bir daha göründü. Parçalanmış Azərbaycanın tarixi faciəsini 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə dilə gətirən, 20 Yanvar qırğınını törədənlərə açıq etirazını bildirən Bəxtiyar müəllim həm də türk dünyasının birlik carçısı kimi dəyərləndirildi. Bu mənada, nə qədər ki, Azərbaycan, türk dünyası var, o həmişə yad olunacaq…

“Azərbaycan ədəbiyyatı uçub, altında qalmışıq”

Bəli, xalq şairi Bəxtiyar Vahabzadənin ölümü xalqı sızlatdı və sarsıtdı. Minlərlə insan, uşaq, gənc, qoca göz yaşları içində onun vida mərasiminə axışdı. Onların üzlərindən bu itkinin ağırlığını sezməmək mümkün deyildi. Xalq matəm içində idi. Axı Bəxtiyar müəllim tək bir evdən deyil, böyük bir eldən gedirdi. Şairlə vida mərasiminə gələn yazıçı Seyran Səxavət göz yaşları içində “Azərbaycan ədəbiyyatı uçub, altında qalmışıq” sözləri ilə ədəbiyyat aləmimizdəki dirəyin qırıldığına şairanə işarə etdi. Ömrünün ahıl çağlarını yaşayan məşhur kaman ustası Habil Əliyevin oğlu Rəvanın köməyi ilə güclə yeriyərək, vida yerinə gəlməsini ona irad tutanlara dediyi “Mən gəlməyə bilməzdim. Bu, mənim vətəndaşlıq borcumdur” sözləri hamını heyrətə saldı. Xalq artisi Canəli Əkbərov isə bu itkidən sarsıldığını dönə-dönə dilə gətirdi və Bəxtiyar müəllimin neçə illər öncə xəstə olduğunu, əldə olunan müstəqilliyimizin onun ömrünü uzatdığını vurğuladı.

O, bizə yanmağı öyrətdi

Bəxtiyar müəllim bu müstəqillik yolunda əvvəlcə özü yandı. Daha sonra isə hamımıza türk şairi Nazim Hikmətin bu misrasını xatırlatdı: “Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?” Sonra isə: “Şam əgər yanmırsa yaşamır demək, onun yaşamağı da yanmağındadır”, – dedi. Bu mənada Bəxtiyar müəllim dilimiz, elimiz, müstəqilliyimiz üçün yandı. İndiki kimi yadımdadır: 80-ci illərin əvvəllərində dərs zamanı Bəxtiyar müəllim mənə belə bir sualla müraciət etmişdi: “Niyə rus tərcüməçilər Səməd Vurğunu tərcümə etməkdə çətinlik çəkirlər?” O mənim cavabımı gözləmədən dedi: “Düşdün uğursuz illərə, nəhs aylara, nəhs illərə, nəsillərdən nəsillərə… Bu sözləri rus dilinə necə tərcümə etmək olar axı?” O, bundan sonra dilimizin zənginliyi, bulaq kimi axarlı olduğu barədə o qədər misallar çəkdi ki…

Milyonlarla balasını tək qoyub getdi…

Bəxtiyar müəllimlə vida mərasimi Bakı Dövlət Universitetində keçirildi. Bu mərasimə ölkə başçısı İlham Əliyev də qatıldı. O, xalq şairinin ailə üzvlərinə başsağlığı verdi. Təhsil naziri Misir Mərdanov Bəxtiyar Vahabzadənin ömür yolu, onun müəllim, şair, ziyalı və ictimai xadim kimi fəaliyyətlərindən danışdı. Xalq şairi ilə vida mərasimindən sonra onun Azərbaycan və Türkiyənin bayraqlarına sarılmış cənazəsi Fəxri xiyabana yola salındı və mərhum şair orada torpağa tapşırıldı.

Bəxtiyar Vahabzadə vaxtilə anasına yazdığı bir şerində: “Nə tez əllərini üzdün dünyadan, Balanı tək qoyub haraya getdin?” – deyirdi. Fevralın 14-də isə Bəxtiyar müəllim də milyonlarla balasını tək qoyub getdi.

Allah rəhmət eləsin!

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message