“Təcrid edilən, yad damğası vurulanların başında Xocaəfəndi dayanır”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Təcrid edilən, yad damğası vurulanların başında Xocaəfəndi dayanır”

Təcrid edilən, yad damğası vurulanların başında Xocaəfəndi dayanır

İshaq Alaton biznes aləminin ən görkəmli simalarından biridir. Ahıl yaşına baxmayaraq həyatını həsr etdiyi demokratiya və azadlıqlar uğrunda mübarizəsini hələ də davam etdirir. Keçən il Mehmet Gündəmin qələmə aldığı “Lazımlı adam: İshaq Alaton (Lüzumlu Adam: İshak Alaton)” adlı kitabının davamı sayılan “Lazımsız adam: İshaq Alaton (Lüzumsuz Adam: İshak Alaton)” kitabı bu ilin noyabr ayında işıq üzü gördü və bir ayda beş dəfə nəşr olundu.

Kitabının bir bölümündə Fəthullah Gülən Xocaəfəndi və onun təşviqi ilə ərsəyə gələn təhsil və dialoq fəaliyyətləri haqqında fikrilərini bildirən Alaton Hərəkatın gördüyü işləri təqdir etdi.

Kitabın bir bölümündə Fəthullah Gülənə və Hizmətə dair fikirlərinizi bildirmisiniz. Müsbət rəy bildirənlər var. Necə münasibət gördünüz?

Mən bildiyimi danışmışam. Düzdür, müsbət qarşılayanlar var. Rəy bildirənlərin doxsan faizi müsbət fikirdədir. Niyə? Çünki ən ağlagəlməz adam ən ağlagəlməz fikirlər söylədi. İndi siz baxın, məni yad bilib təcird edəcəklər. Ankarada Çankaya iqamətgahına getdim. Altı yüz nəfərə birinci kitabdan bəhs etdim. Konfransdan, imza mərasimindən sonra məgər Xeyrünnisə Gül xanım da ayaq üstə gözləyənlər arsında imiş. Maraqlı gün idi. Xeyrünnisə xanıma: “Alqışlayırlar, amma mən bu cəmiyyətdə yadam”, – dedim. Mənə: “Siz yanılırsınız, əsl yad olan mənəm. Mən bu İqamətgaha köçəndən sonra hicabıma görə iki il adam arasına çıxa bilmədim”, ‒ dedi. Hər kəs yaddır. Yad olmayanlar qoy iki dəfə düşünsünlər: bu cəmiyyət niyə bu qədər bölünüb? Çünki məni təcrid etdiyin kimi, o qadını da həyat yoldaşı prezdent ola-ola qəbul etmədin. Hamımıza yad damğasını vurdun. Görəsən, “Düz iş görmədik” deyə düşünmürlərmi? Biz körpü üstündəyik. Hələ qarşı tərəfə keçə bilməmişik. Yəqin, bunun üçün hələ çox vaxt lazım olacaq. Yəqin, bir nəsil dəyişəcək. Bu gün hələ də bunun mübarizəsini aparırıq. Bu gün daha çox kürdlər yad sayılır… Türkiyənin ən böyük yad kütləsi yəhudilər, xristianlar deyil, hazırkı vəziyyətə baxanda kürdlərdir.

Kitabda Hizmət hərəkatının yeni insan tipi ortaya qoyduğunu deyirsiniz. Bu yeni insan “yadlaşdırma” mexanizminə çarə olacaqmı?

“Olacaqmı?” deyil, olacaq. Hizmət Hərəkatının məni ən çox ümidləndirən cəhəti xaricdə açdığı məktəblərdir. Təkcə Amerikada iki yüzə yaxın məktəb var, Cənub Afrikadakı məktəbləri gəzib görmüşəm. Moskvadakı məktəbin torpaq sahəsini biz təşkil etdik, bələdiyyədən pulsuz alıb verdik. Məktəb tikildi, hazırda fəaliyyətdədir. Dünyanın hər tərəfində açılan məktəblərdə bu gün yüz minlərlə şagird təhsil alır. Diplomatların uşaqları və s…. Bu məktəblər o ölkələrin ən yaxşı təhsil ocaqlarıdır. Təkcə Texasda otuz yeddi məktəb var. Bu məktəblərin ən əhəmiyyətli cəhəti dünyaya Türkiyənin müsbət yönlərini göstərməsidir. XVII və XVIII əsrdə Rusiyada və Polşada yəhudilərə işkəncə verirdilər. Bu insanlar Amerikaya köç etdilər. Kim idi bu insanlar? Əkinçilər, pinəçilər… yəni fəhlələrdi. ABŞ-a gedəndə neylədilər? Uşaqlarını yaxşı məktəblərə göndərdilər. Onlar da öz uşaqlarını daha yaxşı məktəblərə göndərdilər. 4-5 nəsildən sonra dünyanın ən elitar, ən məhsuldar və ən qabaqcıl, ən güclü milləti yəhudilər oldu. Bu gün Amerikanın yəhudi lobbisi Türkiyənin belə nəzərə aldığı, münasibətləri pozmaq istəmədiyi bir lobbidir. Bunu hər kəs bilir. Bunu mən də dərk edirəm və aramı yaxşı saxlamağa çalışıram. Yeddi milyardlıq dünyada yəhudilərin sayı on dörd milyondur. Buna baxmayaraq böyük təsir gücünə malikdirlər. İsrailə dəstək olan da Amerikadakı yəhudi lobbisidir. Nobel mükafatı laureatlarının 32 faizi yəhudidir. Bütün bunları yan-yana qoyanda bu hərəkatın təhsilə verdiyi əhəmiyyəti daha yaxşı anlayırsınız.

Yaxşı bəs yəhudilər Hərəkatın təhsil fəaliyyətlərinə necə baxır?

“Wall Street Journal”-da Hizmət əleyhinə axmaq bir yazı çıxmışdı. Amerika Yəhudi lobbisinin ən məşhur adamlarından Alon Ben Meyiri tapdım. Türkiyəyə gediş-gəlişi var, ondan xahiş etdim. Müəllifi yazısının yanlış olduğuna inandırdı. Həmin müxbir bir həftə sonra bir yazı yazıb səhvini etiraf etdi. Yəni Amerikadakı o problemi də yəhudi lobbisi həll etdi. Niyə? Çünki məqsəd eynidir. Məqsəd təhsildir. Dünyanın ən böyük təhlükəsi cəhalətdir, nadanlıqdır. Hərəkatın qayəsi də insanları yetişdirmək və onlara keyfiyyətli təhsil verməkdir. Biz də bu yoldayıq. Türk Dili Olimpiyadaları dünyaya təhsil xidməti verən insanların özünü isbat meydanıdır.

“Xocaəfəndini yanlış tanıdırlar” deyirsiniz…

Təcrid olunan, yad damğası vurulanların ən başında Xocaəfəndi dayanıb. Bəli, Xocaəfəndi cəmiyyətdən təcrid edildi, ona yad damğası vuruldu. Niyə? Bunu hər kəs bilir. Çünki Kamalizm qarşısında rəqib görmək istəmirdi. Onsuz da hər yerdə bir təhlükə görür… (İbrahim Türkmen, Ayşenur Parıldık)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message