Tanzaniyadakı Türk məktəbində bir amerikalı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Tanzaniyadakı Türk məktəbində bir amerikalı

ABŞ-ın Nyu York şəhərində müəllim edən və keçən yay Tanzaniyaya gedib orada könüllü ingilis dili dərsi verən amerikalı Andrea Baykr bu ölkədə gördüyü insan mənzərələrini və Türk müəllimlərinin fədakarlığını dilə gətirdi. Tanzaniyanın ən böyük şəhəri Darus-salamdakı yerləşənTürk məktəbində ingilis dilini tədris edən Baykırın təəssüratı çox maraqlıdır. Ərəbcə Darus-salam “sülh şəhəri” mənasına gəlir. Müəllimə Baykır da burada fəaliyyət göstərən Türk məktəbinin sülhə xidmət etdiyini və insanlıq naminə gözəl işlər gördüyünü deyir.

Hollivud filmlərində rahibələrin, həkimlərin “Qara Qitə”də yardıma möhtac insanlara əl uzatma mənzərələri heç kəsə yad deyil. Yalnız oxuduğunuz xəbərdə “Qara Qitə”yə yardım əli uzadanlar içində həm Amerikalı, həm də Türklər var.

Baykır Tanzaniyaya getmə fikirinin haradan çıxdığını deyir: “Həyat yoldaşım “Helping Hands” Yardım Təşkilatının (Helping Hands Relief Foundation) idarə heyətinin üzvüdür. Mən də bu təşkilatın könüllü heyətindəyəm. Təşkilat Afrikanın bir təhsil müssisəsinə yardım qərarından sonra mən də bu fəaliyyətdə iştirak etmək istədiyimi bildirdim. Həmişə Afrikaya gedib oradakı insanlara yardım etməyin xəyallarını qurmuşam”.

“Helping Hands” təşkilatının cəhdləri sayəsində Nyu Yorkda toplanan yardımla Tanzaniyadakı “Fəza” qız məktəbinin kompüterə olan ehtiyacı təmin edildi. Təşkilat həmçinin könüllü heyətdə olan müəllimə Andrea Baykırın da “Fəza” qız məktəbində müəllim işləməsinə oldu.

Türkiyədən çox uzaqda yad bir mədəniyyətin və ölkənin insanlarına təhsil verən, əvəzində isə sadəcə bəşəriyyətin gələcəyinə bir şam qədər də olsa, işıq verməyə çalışan müəllimlərin fədakarlığı Amerikalı müəlliməni də duyğulandırdı. “Bu insanları görəndən sonra ideal müəllimlik anlayışım formalaşdı” deyən Baykır Türk müəllimlərin hər kəsə insanlıq dərsi verdiyini vurğulayır. Belə müəllimlərlə işləməyi arzuladığını deyən Baykır: “Onlar fövqəladə iş görürlər. Mən bu insanları tanıyandan sonra burada da əlimdən gələni etmək istəyirəm. Tanzaniyada əldə etdiyim həm peşə, həm də insanlıq təcrübələrimi orada buraxmağa niyyətim yoxdur,” deyir.

Baykırın məqsədi ilk növbədə Tanzaniya şagirdləri ilə onların Nyu York həmyaşıdları arasında məktub və emaillərlə ünsiyyət qurmadır. Baykır bu yolla gündəlik həyatdan mədəniyyətə qədər bir-birindən çox fərqli olan şagirdlər arasında ünsiyyət körpüsü quraraq onların bir-birini tanımasına şərait hazırlamaq istəyir.

Türk məktəbi Tanzaniyanın ən uğurlu məktəbidir

Amerikalı müəllimənin könüllü olaraq İngilis dili dərsini verdiyi “Fəza” qız məktəbi Tanzaniyanın ən uğurlu məktəbidir. Türk məktəbində təhsil dilinin ingilis dili olduğunu deyən Baykır bu məktəbin keçən il ölkədə keçirilən sınaqda ən böyük uğur qazanmasını da təsadüfi hesab etmir. Şagirdlərin günəş doğmadan günə başladığını deyən Andrea Baykır müəllimlərin gün boyu hər uşaqla bir-biri maraqlandığını, onlara həm bir böyük, həm də dost olduğunu deyir.

Darus-salamda ən nüfuzlu ailələrin övladlarını bu məktəblərə qoymaq üçün yarışdığını deyən Baykır məktəbdə Türk müəllimləri ilə yanaşı yerli müəllimlərin də dərs verdiyini bildirir.

Yataqxanalı “Fəza” qız məktəbində İngilis dili dərsləri verərək müəllim yoldaşlarına kömək etməyə çalışdığını deyən Baykır Nyu Yorkdan gətirdiyi bir çox ingiliscə kitabları da payladığını bildirdi. Tanzaniyada qız məktəbi ilə yanaşı oğlanlara da təhsil verən Türk məktəbi olduğunu deyən Andrea Baykır: “Bu insanlar elə fədakarlıq göstərirlər ki… uğurun əsasında da bunun olduğuna inanıram. Bu türklər universitet açmağı da düşünür və mən onlara güvənirəm”.

“Tanzaniya dövlət məktəblərində təhsil son dərəcə aşağı səviyyədədir” deyən müəllimə Baykır: “Uşaqlar, öyrəndiklərini nəzəriyyədə görə bilmir. Hətta sinifdə o qədər şagird var ki, müəllimlərlə şagirdlər arasında üniyyət qurulmsı qeyri-mümkündür,” dedi.

“Klinton Tanzaniyaya getmək qərarımdan çox məmnun oldu”

Baykır “Helping Hands”ın köməyi ilə Tanzaniyaya getmə qərarını verdikdən sonra maraqlı bir hadisə ilə üzləşir. Qonaq olaraq Manhattandakı Türk Mədəniyyət Mərkəzinə (Turkish Cultural Center-TCC) gələn ABŞ-ın sabiq prezidenti Bil Klinton Baykırla söhbət edir. Baykır prezidentlə söhbətində: “Klintona Tanzaniyaya “Helping Hands” Yardım Təşkilatının kompüter hədiyyə etdiyini və bu ölkədə könüllü müəllimlik edəcəyimi dedim. Hörmətli sabiq prezident mənə mənən dəstək olan sözlər deyib çox gözəl bir qərar verdiyimi söylədi. Hörmətli Klinton bu qərarıma görə məni təbrik etdi və cəsarətləndirdi. Hətta Hörmətli Klinton yaşına baxmayaraq, “William Clinton Foundation“ (yardım təşkilatı) təşkilatını qurduğunu və möhtac insanlara yardım etməyə çalışdığını dedi. Hörmətli Klinton həmçinin mənimlə Tanzaniya ilə bağlı məlumatını bölüşüb getməyin hər mənada böyük qazanc olacağını söylədi”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message