“Sızıntı”nı Digərlər Məcmuələrdən Fərqləndirən Əsas Xüsusiyyət

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Sızıntı”nı Digərlər Məcmuələrdən Fərqləndirən Əsas Xüsusiyyət

1 fevral 1979-cu ildə nəşrə başlayan “Sızıntı” məcmuəsi otuzuncu ilini qeyd edir.

“Sızıntı” məcmuəsi artıq 30-cu ildir ki, yüz minlərlə insanın ağıl və qəlbinə yol tapır. O, güzgünün iki üzü; elm və dini dərin tədqiqata cəlb edərkən, həyatı oxumağa çalışan və başqalarına da oxudan bir elm və mədəniyyət məcmuəsi olma sevdasında idi. “Sızıntı” ilə birlikdə sevgi və xoşgörü, dialoq, hər kəsi öz mövqeyində qəbul etmə, qarşılıqlı hörmət, haqq və ədalət məfhumları da təvazökar və xəfif addımlarla məsafə qət etdi və bu günlərdə bir milyona yaxın tirajı ilə nəhəng bir missiyaya çevrildi. “Sızıntı” ilə birlikdə suallar öz cavabını tapdı, sevinclər çoxaldı, cəmiyyətin nəbzi daha sağlam döyünməyə başladı. Bir nəsil “Sızıntı” ilə döyündü, “Sızıntı” ilə böyüdü. Bu müddət ərzində “Sızıntı”nı tanıyan və oxuyan insanlar artıq dünyaya yeni və fərqli bir müstəvidən baxmağı öyrəndilər. Kainat, elm, texnologiya, insan, qısaca, həyat yenidən mənalandırma qabiliyyəti qazandılar.

İlk sayının tirajı 6 min olan məcmuənin hal-hazırda yüz minlərlə oxucusu var, dünyanın müxtəlif dillərində nəşr olunur, qırx iki ölkədə oxunur. Artıq tiraj qayğısından çox, hədəfində daha geniş kütlə var. Kainatda baş verən, yaşanan hər şeyi söykəndiyi istinadlara əsasən anlamağa və mütaliə etməyə çalışır, o, oxucusu ilə məhz bunu paylaşır. Mövzusu nə olur-olsun, “Sızıntı”da yayımlanan hər yazıda, görünənin ardında görünməyəni axtarma, kainatın rəngarəng musiqisini duyurma arzusu var. “Sızıntı”da təbiət hadisələri şərh olunarkən, əşyanın fail (iş görən) deyil, vəsilə olduğu vurğulanır. İnsanın “əhsənüttəqvim”lik sirrini ortaya çıxarma səyi xüsusilə oxunur “Sızıntı”da. Varlıq və hadisələrə nəzər salarkən, “vəsilə” görüşünü daim canlı saxlaması “Sızıntı”nı digər məcmuələrdən ayıran ən mühüm xüsusiyyətlərdəndir. “Sızıntı” məcmuəsi “Məxluqlar iş görür” yox, “Məxluqlara iş gördürülür” deyir. Zaman ötdükcə Orta Şərq və İslam aləmində “Sızıntı baxışı” adlı bir məktəb meydana gəldi. Bu da Sızıntının varlıq və hadisələrə baxışına dair elm dünyasına bir hədiyyəsidir.

Aylıq elm və mədəniyyət məcmuəsi olan “Sızıntı”nın rəngarəng və geniş bir heyəti var. Türkiyənin hər yanına yayılmış alim və ziyalılardan ibarət olan heyət “Sızıntı” məcmuəsi üçün ümumi çərçivə və üsluba uyğun yazılar qələmə alır. “Sızıntı” nəşr həyatına çox sayda yazıçı töhfə verərkən, yazı və xəbərlərindən də bir çox kitab meydana gəldi. 27-ci ilinə qədəm qoyarkən səsli yayıma keçərək Türkiyədə bir ilki də reallaşdırdı. Şübhəsiz ki, səsli yayımdan ən çox görmə qabiliyyətindən məhrum olanar faydalanacaq. Bu layihə oxumağa vaxt tapa bilməyən oxucular üçün də çox əhəmiyyətli bir xidmət oldu. “Sızıntı” tükəməz həyəcanı ilə Sentyabr rüzgarına, Fevral soyuğuna məhəl qoymadan həqiqətin seyrinə və düşüncə dünyasındakı səhayətinə davam edir. Gəlin otuz illik təcrübəsi olan Sızıntı ilə həyatı yenidən oxuyaq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message