“Quranın altın iqilimində”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Quranın altın iqilimində”

İnsanın və kainatın sirlərini əxz edən, insanları bir-birinə yük olmaqdan xilas edən, həyata məna verən ilahi bəyan.

İnsan oğluna bəxş edilən həyat qədər dəyərli əmanətdir Quran. Həyatı tamamlayır, varlığa məna qatır. Yer üzündə heç bir kitab onun qədər əhatəli deyil. Aləmlər onda gizli, o isə varlığın özüdür. Hər şey, hər kəs onda özünü tapır. Bir məsələ qaranlıq qalsa, o da Quranı düzgün oxumamaqdan və ona uzaqlıqdan qaynaqlanır. Hədisin ifadəsi ilə “Quran bir vadidə, insanlar başqa bir vadidə”dirsə, uca kitabın insan oğluna hidayət qaynağı və rəhbər olması qeyri-mümkündür.

Çağdaş insanların öz-özünə və ətrafa yadlaşması sözün əsl mənasında Qurandan uzaqlaşma ilə yaxından əlaqəlidir. Zaman qocaldıqca və insan oğlu həyatın hər mərhələsində yeni axtarışlara girdikcə Quran möcüzəsinin himmət və qeyrətinə möhtacdır. Onun hər gün gəncləşən bəyanları hər əsrin ziyalısını işıqlandıran, qaralan üfüqlərə aydınlıq gətirən sehrli bir açar kimidir.

M. Fəthullah Gülən Xocaəfəndinin “Kuranın altın iklimi” adlı kitabı Qurani-Kərimi doğru anlamağa və onun işığında batini və xarici dünyada yeni kəşflərə zəmin hazırlayır. İlahi kəlam haqqında bütün dövrlərə xitab edən çağdaş və orijinal baxış təqdim edir. İnsan kitabın səhifələri arasında özünü, mahiyyətini bir daha kəşf edir. Yaradanın bəyanına müxatəb olma coşqusunu, üstünlüyünü dərindən hiss edir.

Quranın ifadə üstünlüyü, ecazkar üslubu, ifadə tərzi və təsviri, qeybdən verdiyi xəbərlər, elmi tərəqqiyə istiqamət verməsi və insan tərbiyəsində rolu kimi bir çox aspektləri ehtiva edən bu əsər müəllifin ömrünü həsr etdiyi uca kitabdan söz açan şah əsəridir.

“Kuranın altın iklimində” insanı əsas götürən müasir dünyanın fərdi və ictimai analizini də ehtiva edən bir Quran analizidir. Bu yanaşma tərzi ilə oxucuya həyatı düzgün təhlil etməkdə yol göstərir. Qurani-Kərimin sirlərini kəşf etmək, onun lisanını anlamaq və həqiqətini yaşamaq üçün böyük bir fürsət kimi oxucunun qarşısına çıxır, ağıla gələn suallara və qərəzli ittihamlara əqli və qəlbi qane edən cavablar verir.

“Qurani-Kərimdəki sirli hərflər nədən danışır? “Bismillah” və “Fatihə” surəsi arasında necə əlaqə var? Quran “göyün genişlənməsi” ifadəsi ilə nəyi izah etmək istəyir? Ana bətnində körpənin inkişafını, südün əmələ gəlməsini necə izah edir? Quranın bəhs etdiyi qövmlərdən niyə tez-tez məhz İsrail oğulları vurğulanır?” kimi bir çox məsələləri elmi və ədəbi yöndən şərh edən müəllif bu kitabın timsalında Quranı düzgün və nöqsansız anlamaq baxımından oxuculara yol göstərir.

İlahi bəyanın ənginliyində irəliləmək, qaralan üfüqləri işıqlandırmaq, həyatı və kainatı yenidən tanımaq, insan oğlunun qədim macərasından bu günə, bu gündən gələcəyə işıqlı bir yol tapmaq üçün “Kuranın altın iklimi”ndə səyahətə hazırsınızmı?

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message