Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu

Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu

“Tayms Sentr”da (The Times Center) Sülh adası institutu (PII) (Peace Island Institute) və Fauntin (Fountain) jurnalının birgə təşkilatçılığı ilə “Təhsillə sülhü bərqərar etmək (Peace building Through Education)” adlı beynəlxalq konfrans keçirildi. Konfansda dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da iştirak etdi. Sülh adası İnstitutunun fəxri direktoru konfransın açılışında Fəthullah Gülən Xocaəfəndinin məktubunu oxudu. Konfransda bir çox ölkənin təhsil vasitəsilə sülhü bərqərar etmə təşəbbüsləri nazirlər və alimlər tərəfindən müzakirə olundu. Dörd hissədən ibarət olan və gün boyu rəngarəng tədbirlərlə davam etdirilən konfransda beynəlxalq sülhünün bərqər olmasında təhsilin rolundan danışıldı.

Filippinin Təhsil Naziri Armin Altamirano Luistro Filippin məktəblərində baş verən zorakılıq hadisələrindən örnəklər verərək bildirdi ki, bu hallar gələcək zorakılıqların başlanğıc nöqtəsi və xəbərdarlıq siqnalıdır. Luistro “Bu problemi bir misalla izah etmək istəyirəm. Nə qədər kompleks və qarışıq olursa-olsun, bütün problemlərin mərkəzində insan faktoru dayanır. Vurub-vurmamağa, zorakılığın bir parçası olub-olmamağa qərar verən insandır. Nüvə silahları ilə bəşəriyyəti yox edib-etməməyə qərar verən də insandır.” Nazir Luistro çıxışında Filippində beşinci sinif şagirdinin birinci sinif şagirdini oyuncağını əlindən aldığına görə öldürdüyünü, bu zorakılığın qəbulolunmaz olduğunu da ifadə etdi. “Birləşmiş Millətlər Təşkilatının apardığı bir araşdırma uşaqların ən çox yaxın ətrafı tərəfindən zorakılığa məruz qaldığını bildirir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində uşaqlar əsasən nizam-intizam adı ilə zorakılığa məruz qalır. Bu uşaqların dərdinə dərman olmaq və qayğı göstərmək bizim borcumuzdur.” Luistro uşaq oyun meydançalarının dünyanın kiçik bir örnəyi olduğunu dedi. Oyun meydançalarını nizama sala bilsək, dünyada da sülh bərqarar olacaq.

Nazir Luistro eyni zamanda ölkəsində açılmış Filippin Türkiyə Tolerantlıq Məktəbini (Phillipines and Turkish Tolerance School) gözəl fəaliyyətinə görə mükafatla təltif etdi.

Konfransda Amerikanı təmsil edən Nyu Cersi ştatı Təhsil Nazirliyinin Ali Təhsil üzrə şöbə müdiri Raçel Endriks (Rochelle Hendricks) çıxış etdi. Ürəkdən çıxış etdiyini deyən Endriks sülhün kiçik addımlarla gələcəyini söylədi. “Uşaqlarımıza “təşəkkürlər” və “xahiş edirəm” deməyə, bölüşməyə və kollektiv işə, hər insanın çox qiymətli olduğunu və bu anlayışın bütün insanlara faydalı olacağını anlamağa təşviq kimi kiçik addımlarla sülh bərqərar olacaq. Uşaqlarımıza daima möhtac insanların var olduğunu anlamağa təşviq etməliyik, bu, çox əhəmiyyətlidir. Səmimi deyirəm, biz təhsildə uşaqların xarakterini formalaşdırmaqdan başqa nə edirik?”. Endriks “Uşaqlara onların qurban olmadığına və ətrafdakı hadisələri dəyişdirməyə qadir olduğuna inandırmaq da sülhə öz töhfəsini verəcəkdir”− dedi.

Tanzaniya Təhsil Naziri Şakur Cuman Kavambva (Shukuru Jumanne Kawambwa) Tanzaniya təhsil sistemindən və bu sistemin sülhə verdiyi töhfələrdən danışdı. Çıxışında tez-tez Tanzaniyada fəaliyyət göstərən Fəza Türk məktəblərinin adını çəkən nazir dövlət və özəl məktəblərin Tanzaniya təhsilinə töhfəsindən söz açdı: “Özəl təhsil müəssisələri arasında ən yaxşı nəticələr göstərən Fəza məktəbləridi. Qız və oğlan uşaqlarının təhsil almasını təmin edən bu məktəblərdə yerli pedaqoqlar kimi türkiyəli müəllim və idarəçilər də işləyir. Məktəblərdə açıqfikirlilik , insan şərəfi, maraq, hörmət, möhkəm xarakter, kəşfə meyilli ağıl və kollektiv işguzarlıq kimi məziyyətlər aşılanır. Bu məktəblərdə plural həyat, tolerantlıq və hörmət ab-havası hakimdir. Bu atmosfer şagirdlərə çox müsbət təsir edir. Fəza məktəbləri ölkədə heç bir təbəqə arasında ayrı-seçkilik etmir”.

Belfastda “Birlik üçün təhsil” proqramının direktoru Conston Maqmaster (Johnston McMaster) şagirdlərə demokratiya tarixi və anlayışının öyrədilməsinin sülh üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Maqmaster çıxışında demokratiyanın inkişaf mərhələlərində böyük rol oynayan Mahatma Qandi, Nelson Mandela və Fəthullah Gülən kimi şəxsiyyətlərin adlarını çəkərək onlar haqqında da məlumatlı olmağın zərurətindən danışdı.

Y. Alp Aslandoğan çıxışında rəhbərlik etdiyi “Alliance for Shared Values (Ortaq Dəyərlər İttifaqı)” adlı qurum və onun fəaliyyəti haqqında məlumat verdi. Türkiyə və dünyada “Hizmət Hərəkatı” kimi tanınan fəaliyyətdən bəhs edən Aslandoğan bu fəaliyyətin ortaq dəyərləri müdafiə etdiyini və bu dəyərlərin bütün insanlığın xeyrinə olduğunu qeyd etdi.

Konfransda mühazirə və fikirləri ilə çıxış edən digər iştirakçılar: Kvazulu-Natal Universitetinin sabiq dekanı Michael Anthony Samuel,Yiova Universiteti Jurnalistika və Kütləvi İnformasiyalar Vasitələri fakültəsinin dekanı elmlər namizədi David Perlmutter, Humbolt Dövlət Universiteti İngilis dili fakültəsinin professoru Thomas Gage, Kambric Universiteti Pedaqogika fakültəsinin müəllimi professor Hilary Cremin, Dinlərarası Şuranın Uşaqların Əxlaq Tərbiyəsi şöbəsinin sədri Agneta Ucko, Fatih Universiteti Politologiya fakültəsinin müəllimi professoru İhsan Yılmaz və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Yunisefin üzvü Friedrick Affolter.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message