İzmir bizə qucaq açdı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » İzmir bizə qucaq açdı

İzmir bizə qucaq açdı

Sevgini duyanda, onu yaşayanda bu ali hiss daha gözəl, daha cazibədar, daha unudulmaz olur. Qardaşlığı görəndə, canı bir, qanı bir insanlarla görüşəndə insan daha məğrur, daha yenilməz, daha da qüvvətli olur. Sənə qucaq açan ölkə görəndə həmin məmləkət daha da sevimli, doğma və cəlbedici olur.

Mən Türkiyədə olarkən bu ali duyğuları yaşadım, bu hisslərin təsiri altında gözəl günlər keçirdim. Üstəlik bura əlavə etsək ki, mən ilk dəfə idi ki, bu qardaş ölkədə olurdum, duyğu, hiss, həyəcan və sevgimin böyüklüyünü təsəvvür etmək məncə o qədər də çətin deyil.

Bəli, mən ilk dəfə idi ki, sevgilərin aynası, qardaşlığın dünyası olan Türkiyəyə səfər edirdim. Həyəcan, ilk təəssürat, təbəssüm, sevgi və hörmətlə qarşılanma… İstanbulda olduğum bir neçə saat ərzində bu hissləri yaşadım. Atatürk hava lıimanından İzmirə uçanda artıq az bir müddət keçməsinə baxmayaraq Türkiyə mənim üçün sonsuz dərəcədə doğmalaşmışdı.

55 dəqiqəlik uçuşdan sonra İzmir bizə qucaq açdı. Gəncədən gedən iştirakçılarla şəhərin bir neçə görməli yerlərini gəzdikdən sonra İzmir Sərgi Mərkəzinə yollandıq. İlk öncə onu qeyd edim ki, XI Beynəlxalq Türk Dili Olimpiadası çox yüksək səviyyədə təşkil olunmuşdu. Bunu Türkiyəyə qədəm basdığımız ilk dəqiqələrdən hiss etməyə başladım. Nümayəndələr üçün ayrılmış avtomobillər, gəzinti yerləri, yemək servislərinin yüksək səviyyədə olması, dəqiqlik, otellər… hər bir şey gözlədiyimizdən də yüksək səviyyədə idi. Bütün bunlar türk xalqının qonaqpərvərliyindən, qonaqlara yüksək səviyyədə qulluq göstərməısindən, dinindən və dilindən asılı olmayaraq tolerant bir ölkə olmasından xəbər verirdi.

XI Beynəlxalq Türk Dili Olimpiadasının açılış mərasimi çox yüksək səviyyədə keçdi. Aparıcıların şirin, şəkər türk dilində söylədikləri sözlər ürəyimə yağ kimi yayıldı. İllərdən bəri ürəyimdə yatan duyğularım baş qaldırdı. Xəyallarım məni bambaşqa bir dünyaya apardı. O dünyada sevgi, qardaşlıq və bir də məğrurluq var idi.

Çıxışlar bir-birindən maraqlı və mənalı idi. Amma nəqliyyat naziri Binali Yıldırımın çıxışı mənim yaddaşıma hopdu. Türkcənin universal bir dil olduğunu deyən nazir bu mədəniyyət bayramının çox əhəmiyyətli bir missiyanı yerinə yetirdiyini vurğuladı: “Dünyanın dörd bir tərəfindən ölkəmizə, İzmirimizə gələn sevimli gənclər, hamınızı sevgi və hörmətlə salamlayıram. İzmir tolerantlığın, turizmin, dənizçiliyin vətənidir. O, məşhur fransız yazıçısı Viktor Hüqonun xatirələrinə mövzu olmuş, kraliçaya bənzədilmiş bir şəhərdir. Bu şəhərə gəlməklə, bizim qonağımız olmaqla İzmirə gözəllik qatdınız. Xoş gəlib, səfalar gətirmisiniz. Ölkəmiz və millətimiz adına, İzmirlilər adına sizləri görməkdən böyük bir məmnuniyyət duyuruq. Sizlərin timsalında bütün dost və qardaş ölkə xalqlarını sevgi və hörmətlə salamlayırıq”.

Çıxışlar başa çatdıqdan sonra səhnə iştirakçıların ixtiyarına verildi. Dili müxtəlif, rəngləri ayrı-ayrı olan gənclər səhnədə yer alaraq türk dilində mahnılar oxudular, şeirlər söylədilər, rəqs edib, oynadılar. Çıxışlar bir-birindən o qədər maraqlı, o qədər rəngarəng idi ki, 3-4 saatlıq vaxtın necə ötüb keçməsindən belə xəbərimiz olmadı. “Yeni bir dünya” mahnısının səsləndirilməsi ilə mədəniyyət bayramının açılışı sona çatdı.

140 ölkədən 2 min şagirdin iştirakı ilə keçirilən Olimpiadanın bir gözəlliyi də tədbirin tanıtım stendləri idi. Müxtəlif mədəniyyətlərin, geyim və kulinariyanın təmsil olunduğu stendlərdə gəncləır iştirakçılara məlumat verir, öz ölkələri haqqında fikir formalaşdırırdılar. Bu da olduqca böyük maraq doğururdu.

“Türk dili insanlığa, sülh və qardaşlığa çağıran dilin adıdır. Türk dili könüllər arasındakı gizli körpülərin təməlini atan, insanlığa barışı, sevgini, xoşgörüşü izah edən bir dildir. Bir ölkənin dilini bilmək, o ölkənin mədəniyyəti ilə qardaş olmaq deməkdir”.

Bəli, İzmirdə olduğum müddət ərzində mən bu duyğularla yaşadım, bu sevgini, bu hörməti, bu qonaqpərvərliyi gördüm. Və daha da qürurlu, daha da yenilməz, daha da məğrur oldum. Və bir də gəlmək ümidi ilə sağollaşdım.

Türkiyəyə səfərim ömrümə qızıl hərflərlə yazıldı. Heç bir zaman pozulmayacaq, rəngini itirməyəcək hərflərlə. Məni XI Beynəlxalq Türk Dili Olimpiadasına dəvət edən təşkilatlara, insanlara, qardaşlarıma dərin minnətdarlığımı bildirirəm. (Elçın İsmayil)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message