Gülən hərəkatının təcrübəsindən faydalanmalıyıq

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Gülən hərəkatının təcrübəsindən faydalanmalıyıq

İordaniyanın paytaxtı Ammanda toplaşan ərəb alim və ziyalıları Fəthullah Gülənin təşviq etdiyi “Könüllülər Hərəkatı”nı müzakirə etdi. Ammanda həyata keçirilən “Reformda çağdaş baxışın, ümmətin inkişaf etdirilməsi və dünya sülhünə təsirləri” adlı simpoziumda Fəthullah Gülən hərəkatının nümunə insan meydana gətirmə vizionu ilə təhsil alanındakı işləri araşdırıldı. Təşkilatçılığı Beynəlxalq Orta Yol (Vəsatiyə) Platforması və “Hira” jurnalına aid olan simpozium Amman Krallığının Mədəniyyət Mərkəzində keçirildi. Simpoziuma Suriya, Misir, İordaniya, Sudan, Livan Səudiyyə ərəbistanı, Seneqal, Cəzair və s. 22-dən çox ölkədən gələn alim və ziyalılar Gülən Hərəkatının dünya miqyasında həyata keçirdiyi təhsil fəaliyyətləri və dünya sülhünə töhfəsindən bəhs edildi. İslam dünyasının ən mühüm fikir və din xadimlərinin iştirak etdiyi simpoziumda oxunan məruzələrlə “Könüllülər Hərəkatı”nın, xüsusilə, təhsil sahəsindəki fəaliyyətləri dəyərləndirildi.

Qurani-Kərim sədalaları ilə başlayan simpoziuma İordaniya Vəqflər Naziri Abdussalam Abadiyin rəhbərlik edirdi. İlk iclasda İslam dünyasının görkəmli alimlərindən Suriyalı prof. Məhəmməd Ratıp əl-Nablusi, sabiq Misir Vəqflər Naziri Ahmedi Abunnur və prof. Semir Budinar Fəthullah Gülənin tarixi vizionu ilə bağlı məruzələrini oxudular.

Gülən hərəkatının təcrübəsindən faydalanmalıyıq

Salonu ağzına qədər dolan simpoziumda çıxış edən Şam Universiteti sabiq Rektor Müavini prof. Müvəffəq Dabul mühüm məsələlərə təmas etdi. Suriya alimi Dabul Gülən Hərəkatının təhsil və nümunəvi insan fəaliyyərtlərinin diqqətəlayiq olduğunu deyərək: “Dünya və ətrafımızdakı məsələləri çozmək istəyənlər Fəthullah Gülən təcrübəsindən faydalansın,” – deyə əlavə etdi.

“Tarixdə bütün ixtilaflar təhsillə aradan qaldırıldı”

Çıxışında Könüllülər Hərəkatının insanlar arasında ayrı seçkilik etmədən, məsələlərə “insan” ortaq məxrəciylə yanaşdığını deyən Dabul: “Hörmətli Gülənin mənimsədiyi təmsil etmə keyfiyyəti fəaliyyət (xidmət) metodunun ən mühüm əsasıdır. Təmsil etdikləri dəyərlərlə yetişən bu insanlar hal və hərəkətlərlə insanlara ən böyük nümunədir. Bu hərəkat insanlar arasında heç bir ayrı seçkilik etmədən, təəssübkeşlikdən uzaq insanlara bəşəriyyətin ortaq məxrəciylə yanaşır. Bu üslub qəlblərin yumşalmasına və oyanmasına səbəb olur,” – deyərək fəaliyyətin (xidmət) məsələlərə baxışını izah etdi.

Tarixdə bütün ixtilaflarlar təhsillə, maariflə aşıldığını deyən Dabul: “Tarixə baxsanız, xüsusilə millətlərarası ixtilafların aradan qaldırılmasında təhsil sahəsində olan fəaliyyətlər ən böyük rol oynadığını görərsiniz. Bizdə də bu həmişə belə oldu. Bunu dərk edən Hörmətli Fəthullah Gülən belə bir hərəkat başlatdı. Nümunəvi insan yetişdirmə yolunun təhsildən və qəlblərə səslənməkdən keçdiyini deyərək insanları maarifə səslədi. Bu böyük alimə güvənən və hərəkata könül verən insanlar onun səsinə səs verib fəaliyyətə başladılar. Hər kəsi çaş-baş qoyan fəaliyyətlə işə başlayan bu insanlar günümüzün nümunəvi təhsil metodunu ortaya qoydular,” – dedi.

“Biz xəyalını qurduq, onlar həyata keçirdi… Özümü onlardan biri hesab edirəm”

İstanbulda müəssisələrlə yaxından tanış olduğunu deyən Dabul: “Bir neçə yoldaşla İstanbuldakı təhsil müəssisələrinə baş çəkdik. Kolleclərdən hazırlıq kurslarına, tələbə yataqxanalarından xəstəxanalara qədər bir çox müəssisəni gəzərək bu möhtəşəm və uğurlu təcrübəni müşahidə etdik. Bizim xəyalını qurduğumuz nümunəvi insan yetişdirmə layihəsinin Türkiyədə həyata keçdiyini böyük heyranlıq və məmnuniyyətlə izlədik,” – dedi.

Fəthullah Gülən Hərəkatının bəşəriyyətin arzuladığı və həsrət çəkdiyi nümunəvi insan yetişdirmə layihəsi əsasında təhsil verildiyini deyən Suriya alimi: “Gülənin fikirlərini mənimsəyən bu fikirləri həyata keçirmək üçün böyük səy göstərən insanlarla qarşılaşdıq. O qədər yaxın münasibət qurduq ki, sanki onları çoxdan tanıyıram. İcazə versəniz, mən də özümü Gülən mədrəsəsinin bir üzvü olaraq təqdim etmək istəyirəm. Çünki mən bu böyük insanın fikirlərinə və üslubuna inanıram. Nə olar, məni də bu hərəkata (xidmətə) qəbul edin,” – dedi.

Çıxışında Fəthullah Gülən Xoca Əfəndinin əsərlərindən çox təsirləndiyini də deyən Dabul: “Bu əsərlər mənim zehinimi arındırdı. Bu əsərlər əvvəlki görüş və fikirlərimi, dünyaya baxış tərzimi nəzərdən keçirməyə vadar etdi. Xüsusilə, yad hesab etdiyim insanlara qarşı olan fikirlərimi nəzərdən keçirdim,” – deyə özündəki dəyişikliklərdən danışdı.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message