Gənc, dindar, savadlı və içtimaiyyətçi…

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Gənc, dindar, savadlı və içtimaiyyətçi…

Türk mütəşəbbislərin açdığı məktəblərin uğurları artdıqca Alman ziyalı və siya­sət­çilərin Gülən hərəkatına və Fəthullah Gülənin fikirlərinə marağı çoxalır. FID Berlin Dialoq Mərkəzi və Protestant Akademiyasının təşkil etdiyi üç günlük konfransda hərə­katın təhsil anlayışı müzakirə edildi. Godel: “Mən də övladlarımı Gülən məktəblərində oxutdurardım, çünki onların fərqli mədəniyyətlərlə tanış olmasını istəyi­rəm”.

Berlində Fəthullah Gülən Xocaəfəndinin fikirləri və Türk təhsil müəssisələrinin müzakirə edildiyi “Mənəviyyat və Təhsil” adlı üç günlük konfrans keçirildi. Berlin Protestant Akademiyası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (FİD Berlin) təşkil etdiyi konfransa yüzə yaxın elm adamı, sosioloq, pedaqoq, politoloq və qəzetçi iştirak etdi. Wannsee Gölü sahilində yerləşən qalada keçirilən konfrans böyük maraqla qarşılandı. Alman iştirakçılar Fəthullah Gülən Xocaəfəndinin din, dialoq, təhsil və s. mövzulardakı düşüncələri haqqında çox sayda sual verdilər.

Gənc, dindar, savadlı və içtimaiyyətçi...

Konfransın təşkilatçılarından Alman Protestant Akademiyası Dialoq üzrə məsul şəxsi prof. Erika Godel Gülən hərəkatı mənsublarının əsas xüsusiyyəti “insana xidmət etmək Yaradana xitmətdir” anlayışıdır dedi. Godel bu anlayışın dialoq və təhsil fəaliyyətlərinə də əks olunduğunu ifadə edərək: “Müasir dünyada olduğu kimi, keçmişdə də bəzi din adamları və həyatını Yaradana həsr etmiş inanclı şəxslər təhsilə önəm vermişdir” –dedi. Godel: “Almanya təhsil sistemində problemlərin çoxaldığı və bunun xüsusilə müsəlman uşaqların mənfi yöndə təsir etdiyi bir dövrdə Gülən
hərəkatının ölkəmizdəki fəaliyyəti inteqrasiyaya zəmin hazırladı. Dindarlıq müasirliyə zidd deyil. Bunu Gülən hərəkatında görmək mümkündür. Hərəkatın təhsil, dialoq, iqtisadi və media fəaliyyətləri inteqrasiyaya təşviq edir,”
– dedi. Onun: “Bu insanlar Quran oxuyurlar, ibadət edirlər, insanları sülhə çağırırlar. Daha nə istəyirik” ifadələri isə alqışla qarşılandı. Godel konfransdan müəyyən dairələrdən: “Bunlarla iş görməyin, kim olduqlarını bilirsinizmi?” kimi etiraz emailləri aldığını və onlara belə cavab verdiyini bildirdi: “Bəli, mən Gülən hərəkatının məqsədini
çox yaxşı bilirəm. Fəthullah Gülənin fəxri rəhbəri olduğu FİD Berlinlə Türkiyəyə getdim, Gülənin fikirlərini də kitablarından öyrəndim”.

“Övladlarımı Gülən məktəblərinə mən də verərdim”

Gülən hərəkatına mənsub inanclı insanlara çox ehtiyac olduğunu deyən prof. Erika Godel ölkənin azad demokratik quruluşuna birlikdə sahib çıxmağın böyük əhəmiyyət kəsb etdiyini bildirərək xristian və müsəlmanların bir-birindən öyrənəcəyi çox şey olduğunu vurğuladı. Godel konfarns əsnasında verilən suala isə bu sözləri əlavə etdi: “Mən də övladlarımı Gülən məktəblərində oxutdurardım, çünki onların fərqli mədəniyyətlərlə tanış olmasını istəyirəm,” – dedi. FİD Berlin Rəhbəri Ercan Karakoyunu “nümunəvi immiqrant” adlandıran Godel Gülən hərəkatı mənsublarına təriflər ünvanladı.

Karakoyun isə Fəthullah Gülən Xocaəfəndi ilə Protestant mütəfəkkir August Hermann Franckenin (1633-1727) fikirlərini müqayisə edərək hər iki mütəfəkkirin həyatından söhbət açdı. Gülən və Franckenin insanları maarifləndirmək üçün verdiyi mübarizə və göstərdikləri fədakarlıqdan bəhs edərək: “Hər ikisi də Allaha təvəkkül edərək ömrünü insanlara həsr etmişdir,” – dedi. Franckenin açdığı məktəblərdən bəhs edərkən: “Bu məktəblərdə yüzlərlə yetim uşağın təhsil alması mənim müvəffəqiyyətim deyil. Bu Yaradanın köməyi ilə olur” dediyini xatırladan Karakoyun Fəthullah Gülən Xocaəfəndinin
də: “Allah rizasını qazanmaq üçün görülən işləri insanlara şamil etmək doğru deyil, bu ixlası zədələyə bilər. Hər müvəffəqiyyəti Allahdan bilmək bizim düsturumuzdur” deyərək təvazökarlığa təşviq etdiyini vurğuladı. Karakoyunun konfransın sonunda dediyi: ““Mövlana gəl, gəl, nə olursan, gəl. İstər kafir, istər məcusi, istər putpərəst yenə gəl” nidaları ilə hər kəsi dialoqa dəvət edir. Fəthullah Gülən Xocaəfəndi isə: “Dayan, dayan, nə olursan, ol olduğun yerdə dayan. Mən sənin yanına gəlim” deyir” sözləri alqışlandı.

“Xocaəfəndi İslamda islaat aparmır”

Baden-Werttmberg Əyaləti Baş Nazir müşaviri din alimi prof. Michael Blume isə çıxışında Francke ilə Gülənin fikirlərini inanc və təhsil aspektindən yanaşmaq lazım olduğunu bildirərək dindarlıq, maarifləndirilmiş cəmiyyət və uşaqlara məsuliyyətlə yanaşma kimi təməl əsasların mühüm prinsip olduğunu dilə gətirdi. “Aşağı təbəqədən yüksələn hərəkatları tarixdə olduğu kimi, bu gün də elitarlar ləkələməyə çalışır” deyən Blume Türkiyə mənşəli Gülən hərəkatının da xalqa məxsus olduğunu və dindarlıqla elitarlığı birləşdirdiyini nəzərə verdi. Güləndə mənəviyyatın əsas olduğunu, şüurlu müsəlmanın
vəzifəsi özünü insanlara həsr etmək olduğunu xatırladan Blume bu mühüm təsbitini də dilə gətirdi: “Bəziləri Fəthullah Güləni Calvinlə müqayisə edir. Halbuki Gülənin yeni bir ideologiyası yoxdur və iddia edildiyi kimi İslamda islahat aparmır”.

Blume həmçinin: “Franckedə olduğu kimi Gülən hərəkatında da maddi-mənəvi fəkarlıq əsas yer tutur. Ancaq Franckedə əsas məqsəd missionerlik olduğu halda Güləndə dialoq, insanları olduğu kimi qəbul etmək və ümumbəşəri dəyərlər ön plandadır,” – dedi.

Stuttgart BİL Təhsil Müəssisələrinin Baş Katibi Muammer Akın isə oxuduğu məruzədə həyata keçirdikləri təhsil layihələri ilə Almanyada mövcud olan “Türk immiqrantlar təhsilə əhəmiyyət vermir” düşüncəsini yıxdığını ifadə edərək məktəb-ailə işbirliyi ilə təhsil problemlərinə praqmatik həll yolları tapdıqlarını bildirdi. Fəthullah Gülən Xocaəfəndinin məktəb açma düşüncəsinin məqsədəuyğun olması bu gün daha yaxşı anlaşıldığını deyən Akın tələbələrin məzun olub cəmiyyətdə yüksək yerlərə gələ bilmələri üçün böyük fədakarlıqlar göstərildiyindən danışdı. İmmiqrant gənclərdə Alman dili bilmə problemləri olduğunu da qeyd edən Akın dilə öyrənmə yeksək səviyyədə təşviq edilmədiyi təqdirdə gələcəkdə daha böyük problemlər yaşanacağını bildirdi. Türk mütəşəbbislərin açdıqları məktəblərin qapıları Alman uşaqlarına da açıq olduğunu xatırladaraq: “Gülən hərəkatı dinamik, özünü yeniləyən hərəkatıdır” deyən Akın Gülənin təhsil konsepsiyasında plüralizm və ümumbəşərilik  olduğunu və təhsil bu əsaslar üzərində qurulduğunu bildirdi.

“Gülən məktəbləri markadır”

Xristian din alimi prof. Johann Hafner Gülən hərəkatına bağlı məktəblərdə Fəthullah Gülənin fikirləri əsasında dialoq, tolerantlıq, hər kəsi olduğu kimi qəbul etmək kimi dəyərlərin öyrətildiyini və: “Gülən hərəkatına bağlı məktəb marka məktəb deməkdir. Mən şəxsən İstanbul və Qahirədə fəaliyyət göstərən məktəbləri gördüm. Hər ikisi də həmin bölgənin ən yaxşı məktəbləridir,” – dedi. Hafner həmçinin hər kəs uşağını özəl məktəbə göndərməsi normal hal olduğunu ifadə edərək üç uşağını da fərqli-fərqli Protestant və Katolik məktəblərinə verdiyini dilə gətirdi.

Fəlsəfə üzrə mütəxəssis prof. Kristian Junga məşhur mütəfəkkir Alexander von Humboldtun həyatından bəhs edərək dindarlıq və təhsilinin bir-birinə bağlı olduğunu və: “Bir insanı təhsilə yönəldən əsas amil mühakimədir. İnsan hislərini əqli ilə dəs­tək­ləməlidir” dedi. “Zaman” qəzeti paytaxt müxbiri və köşə yazarı Süleyman Bağ isə Gülən hərəkatının media fəaliyyətindən örnəklər verərək təhsil və dialoqun mediaya da əks etdirildiyini bildirdi. Bağ: “İğtişaş xəbərlərinin əvəzində çözüm axtaran və ictimai sülhə çağıran xəbər anlayışımız var” dedi. Konfransda həmçinin prof.
Klaus Möllering və Erhadr Brunn da media və təhsil mövzuda məruzə oxudular. Konfransın bir panelində isə uşaqları Tüdesb Təhsil Müəssisələrinə göndərən valideynlərə də yer verildi. Konfransda vəkil Belgin Akgül və bilgisayar mühəndisi Özcan Yıldız da iştirak edərək övladlarını Gülən məktəblərinə göndərmə səbəbini izah etdilər. (Oktay Yaman)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message