“Fəthullah Gülənin əsərlərindən çox təsirləndim”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Fəthullah Gülənin əsərlərindən çox təsirləndim”

Dialoq Avrasiya Platforması (DAP) Qazaxıstan Komitə Rəhbəri və ölkənin məşhur filosoflarından Qarifolla Yesim: “Dünya ziyalılarının bir araya gələrək fikir mübadiləsi aparmağı həyati əhəmiyyət daşıyır,” – dedi. Bu yaxınlarda İstanbul Şeraton Otelində Türk dilinə tərcümə edilən “Adəm-Zat” kitabının təqdimatını verən Yesim Türkiyədə çox səmimi qarşılandığını bildirdi. Astanada Cihan Xəbər Agentliyinə müsahibə verən Qarifolla Yesim beynəlxalq dialoq fəaliyyətlərində ölkəsini təmsil etdiyinə görə çox şad olduğunun bildirdi.

Ankarada keçirilən kitab təqdimatından sonra Baş Nazir Rəcəb Tayyib Ərdoğanın qəbulunda olduğunu bildirən Yesim: “Görüşdə Baş Nazir Ərdoğana Qazaxıstanda açılan Qazaxıstan-Türk Liseylərinin uğurlarından danışdım,” – dedi.  

“Dialoq Avrasiya Platforması Türkiyə-Qazaxıstan əlaqələrinin inkişafında böyük rolu var,” – deyən Yesim, son dövrlərdə qeyri-hökumət təşkilatları böyük fəaliyyətlərə imza atdığını bildirdi. DAP-ın müxtəlif ölkə ziyalılarını bir araya gətirən təşkilat olduğunu bildirən Yesim: “Müxtəlif xalqların ziyalılarının bir araya gəlməsi, görüşməsi, fakir mübadiləsi etməsi çox gözəl şeydir. İnsan öyrəndiyini, gördüyünü və bildiyini başqaları ilə bölüşmək istəyir. Dil insana bilik mübadiləsi üçün, bilik düşünmək üçün, düşüncə isə bölüşmək üçün verilmişdir,” – dedi.

Fəthullah Gülənin əsərlərindən çox təsirləndim

Qələmə aldığı “Adəm-Zat” adlı fəlsəfi əsərində insanın müsbət cəhətlərinin inkişaf yollarından bəhs etdiyini və qarşılıqlı münasibətin əhəmiyyətini vurğuladığını dilə gətirən Qarifolla Yesim dünyada hər kəsin eyni fikirdə olmasını gözləmək səhv olduğunu dedi. Uzun illər yalnız bir düşüncənin hakim olduğu sosialist bir ölkədə yaşadıqlarını deyən Yesim: “Əgər sözlər doğrudursa, insanlar arasında körpü – münasibət qurular. Allah Uca Kitab – Qurani-Kərimdə: “Sizi bir-birinizi tanıyasınız deyə fərqli yaratdım” buyurur. Keçmişdə insanlar bir-birini anlamadığı üçün qılınca əl atmışlar,” – deyə vurğuladı. 

DAP-ın fikir öndəri Fəthullah Gülənin düşüncələri dünyada qəbul edildiyini bildirən Qazax yazıçısı Gülənin çox gözəl və aydın dilə malik olduğunu ifadə edərək: “Fəthullah Gülən İslam aləminin böyük mütəfəkkiridir,” – dedi. Gülənin kitablarını böyük  maraqla oxuduğunu və çox təsirləndiyini deyən Yesim: “Əgər insan oxuduğu kitabda özünü görə bilirsə, o kitab onun xoşuna gələr. Fəthullah Gülənin kitablarını oxuyanlar orada istədiyini tapır və fikirlərini başa düşür. Çünki Gülən insani dəyərlərdən bəhs edir. Əgər insan içdəki müsbət xüsusiyyətlərini inkişaf etdirsə, bu yol onu İslama aparar,” – dedi. 

“Qazaxıstanda illərlə təhsil sahəsində dinlə bağlı heç nə oxdulmadı,” – deyən DAP Komitə Rəhbəri xalqın dinə olan tələbatını çox mədəni yolla həll olunacağını ifadə etdi. Yesim yazdığı “Dini Tanımaq” adlı kitabın məktəblərdə bu il dərs vəsaiti kimi istifadəyə verildiyini və bununla ilk addım atıldığını söylədi. “İslamiyyət xalqa mərhələ-mərhələ tanıdılmalıdır,” – deyən Yesim: “Biz bu metodu Hörmətli Güləndə də görürük,” – dedi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message