Fəthullah Gülən hərəkatının mahiyyəti

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəthullah Gülən hərəkatının mahiyyəti

19 iyul 2008-ci il tarixində “Gazeteciler ve Yazarlar Vakfı”nın (Jurnalistlər və Yazıçılar Cəmiyyəti) İstanbul baş ofisində bir qrup xarici jurnalistlərin, səfirlik və konsulluq nümayəndələrinin iştirakı ilə Fəthullah Gülən hərəkatının mahiyyəti mövzusunda seminar-görüş keçirilmişdir. Görüşdə iştirak edən Türkiyə-Zaman qəzetinin kemiş baş redaktoru hal-hazırda isə “Gazeteciler ve Yazarlar Vakfı”nın Mütəvəlli Heyəti Başqanı olan Hüseyin Gülərcə və tanınmış sosioloq Ali Bulaç əvvəlcə bu hərəkat barədə qısa məlumat vermiş, daha sonra isə iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Görüşdə Amerikanın İstanbul baş konsulu, “BBS World”-un İstanbul təmsilçisi, Almaniyanın Şpingel (Güzgü) qəzetinin İstanbul təmsilçisi, “The Guardian” qəzetinin İstanbul təmsilçisi və başqa mötəbər media təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Hüseyin Gülərcə:

Gülən hərəkatını iki əsas başlıq halında dəyərləndirmək istəyirəm:

1. Qloballaşmaya verdiyi töhfəsi

2. Bu hərəkatın İslam coğrafiyasında orijinal bir hərəkat olması.

Bu hərəkatı nümunələri özündən olan bir hərəkat kimi modelizə etmək istəyirəm.

Kənardakı insanların bu hərəkatı analiz edərkən, başa düşməyə çalışarkən yanıldıqları
nöqtə bu hərəkatı əvvəlkilərlə müqayisə etmələridir. Yəni əvvəlkiləri bir model
və sərt kimi etməklə bu hərəkatı anlamaqda çətinlik çəkirlər. Bu çətinliyi dəf etmək
üçün bəzi şeylər demək istəyirəm.

1. Bu hərəkat könüllülük əsasına söykənir, yəni bu bir camaaat deyil,
bir təriqət də deyil. Sosial mənada bir camaat adlandırıla bilər, amma dini mənada
bir camaat deyil. Bir misal gətirmək istəyirəm: Bu fəaliyyətlərin bir qolu olan
Abant Platformu üzvlərinin, hətta idarə heyəti üzvlərinin arasında fərqli
baxışa malik insanlar var.

Bu bir Nurçuluq hərəkatı və ya onun bir qolu da deyil.Məsələn möhtərəm Fəthullah
Gülənin belə bir sözü var: Əvvəla, daha əvvəllər də dəfələrlə dediyim kimi “cı”,”ci”
kimi kəlmələrdən küfür isnadı kimi narahat oluram… buna “könüllülər hərəkatı”
deməyin daha doğru olacağını zənn edirəm.

Bu hərəkatın bir başqa xüsusiyyəti də şəffaf olmasıdır. Yəni dediklərinin xaricində
başqa gizli bir məqsədlərinin olmamasıdır. Məsələn, möhtərəm F. Gülən yaxın günlərdə
Türkiyədə ən yüksək məhkəmə quruluşu tərəfindən bəraət aldı. Və bəziləri onun “İmam
Xomeyni kimi ölkəsinə dönəcək” deyə ortaya iddialar atdı. Amma özü, dedi ki -nə
mənim ölkəm İran deyil, nə də mən Xomeyni deyiləm, gələcəyə aid hər hansı bir məqsədim
də yoxdur.

Məsələn, bu şəffaflığın gərəyi olaraq möhtərəm Gülən İslam coğrafiyasında terror
əleyhinə ilk səsini duyuran insan oldu. İslamda terrorun olmadığını, terroristin
də müsəlman ola bilməyəcəyini dedi. Terrorun niyə məhz İslam coğrafiyasında geniş
yayıldığı mövzusunda möhtərəm F. Gülənin geniş şərhləri var.

Bu hərəkatın bir sivil toplum hərəkatı olaraq bu qədər şöhrət qazanmasının səbəbi
demokratiyanı, həm də kamil demokratiyanı müdafiə etməsidir.Möhtərəm F.Gülən bizim
Vəqfin Fəxri rəhbəridir. Vəqfin ilk açılış iclasında demişdi ki, Dünyanın və Türkiyənin
demokratiyadan geri yolu yoxdur.

Demokratiya və İslam mövzusunda da möhtərəm Gülənin geniş fikirləri var.Gülən
demokratiyanın tərifini verərkən demokratiyaya fərqli bir şəkildə yanaşaraq İslamla
uzlaşdığını deyir. Din dindir, demokratiya demokratiyadır. Amma İslam ölkələrində
demokratiya ona görə əhəmiyyətlidir ki, müsəlmanlar dini inanc və görüşlərini azad
və sərbəst şəkildə, heç bir maneəsiz yaşamaq istəyirlər. Bu elə demokratiyanın da
istədiyi, hədəflədiyi prinsipdir. Hətta möhtərəm Gülənin belə bir yanaşması var:
Demokratiya hələ yoxuşdadır. İnsanlar daha kamil bir demokratiya axtarışındadır.
İnsanlar sadəcə səadət dolu bir dünya həyatını təmin edəcəkləri bir demokratiya
aramamalıdırlar, axirət həyatlarını da xilas edəcək bir demokratiya axtarmalıdırlar.
Həm də bu daha kamil bir demokratiya şəklidir.

İslam coğrafiyası üçün islam və demokratiya mövzusunda iki xüsus nəzərə çarpır:

1. Demokratik üsulla idarə olunan ölkələrdə idarəedicilərin demokratiyaya
qarşı davranışları.

2. Türkiyə kimi dövlətlərdə İslamın siyasiləşdirilməsi, dinin siyasətə
alət edilməsi.

Bunlar da dinə daha çox zərər verir.

Bir digər əhəmiyyətli məqam da bu hərəkatın kadrlaşaraq dövlət içinə sızması
iddiasıdır. Xoca Əfəndi bunu qətiyyətlə rədd edir. Bu hərəkatın, bu müəssisələrin
hər bir fərdi bu dövlətə, bu millətə aiddir. Və bütün digər fərdlər kimi onlar da
hər yerə girə bilərlər. Məsələn, hər seçki dönəmində, seçkidən sonra bu camaatın
fəaliyyətlərinə iftira atılır,bunlar elədilər, bunlar seçdilər şəklində şayiələr
çıxarılır. Amma məlumdur ki, bu xalqın seçimi, xalqın iradəsidir. Möhtərəm Gülən
deyir ki, mən heç vaxt kimisə seçin şəklində bir şey demədim,mənə siyasətçilərdən
belə təklif edənlər oldu. Amma mən dedim ki, bizim işimiz könül sultanlığıdır.

Hətta keçən illərdə bu camaatdan kimi görünən bəziləri parlament seçkilərində
namizədliklərini irəli sürmək istədilər. Xoca Əfəndi dedi ki, mən də çıxıb deyərəm
ki, onlar mənim yoldaşlarım deyil.

Qısacası, Gülənin bu məsələ haqqında dediyi kimi: Biz öncə insanıq,ümumbəşəri
insani dəyərlərdə birləşməliyik, üslubumuza diqqət etməliyik.

2. Möhtərəm Gülən bir layihə qoyur ortaya. Bu türkçülük layihəsi deyil,
İslami layihə də deyil. Bu bir insanlıq layihəsidir. Bunu ondan da başa düşmək olar
ki, bu gün dünyanın 110-dan çox ölkəsində 1000-dən çox məktəb var və bunların çoxu
da qeyri-müsəlman ölkələrdədir. Əgər insanlıq layihəsi olmasa idi Vyetnamda, Kambocada
nə işləri vardı.

Bu bir insanlıq lahiyəsi olduğu üçün yeni bir insan modeli, yeni qəhrəmanlar
tələb edir. Bu insanlar sevgi qəhrəmanı olmalıdırlar.

Bir misalı xatırlatmaq istəyirəm. Bir dəfə Napaleon topçu alayını yoxlamaq istəyir:
“Bir çatışmazlıq varmı, çatmayan bir şeyiniz varmı”, -deyə soruşur. Alayın komandiri
deyir ki, bəs 9 əksiyimiz var. Napaleon: “Nədir onlar”, -deyə soruşanda adam başlayır
saymağa: barıt, yağ. Napaleon onun sözünü yarıda kəsib deyir: “Burada saxla, əgər
barıtınız yoxdursa, topçu alayı da yoxdur deməkdir”. Mən də deyirəm ki, sevgi yoxdursa
bu qəhrəmandan, modeldən söhbət gedə bilməz.

Bu mənada möhtərəm Gülən deyir ki, biz əvvəlcə insan sonra müsəlmanıq. Quran
insan üzərinə, insan adına and içir. Həqiqətən də, insan həddi-büluğ çağına qədər
ümumi mənada insandır, sonra müsəlmandır.

Sevgi varsa bir çox anlayışlar ortaya çıxır, bir məna ifadə edir. Sevgi varsa,
şəfqət var, fədakarlıq var, mərhəmət var… Bütün bunlar ancaq sevgi ilə olur. Sevgi
varsa, xoşgörü və tolerantlıq var.Xoşgörü və tolerantlıq varsa, dialoq və yardımlaşma
da var. Məncə demokratiyanın ruhu da sevgidir. Dialoq ancaq sevgi ilə olur. Möhtərəm
Gülən əvvəllər dialoqu hər kəsi mövqeyində, olduğu kimi qəbul etmək şəklində ifadə
edirdi, müəyyən müddətdən sonra bunu fərqli bir şəkildə ifadə etdi: hər kəsin mövqeyinə
hörmətlə yanaşmaq. Mən də Xoca Əfəndidən soruşdum ki, bunun daha yüksək mərhələsi
də varmı? Bəli var o da paylaşmadır dedi.

Möhtərəm Fəthullah Gülənin ən çox vurğuladığı xüsus bu deyilənləri həyatına tətbiq
etmək, bir başqa ifadə ilə təmsil etməkdir. Təmsil təbliğin önündə gəlir deyir,
o. Ən çətini də elə budur. Məncə möhtərəm Gülən hərəkatının bu qədər müvəffəqiyyət
qazanmasının ən böyük səbəbi də onun tövsiyəsi ilə açılmış müəssisələrdəki insanların
təmsil keyfiyyəti, yaşayış tərzləri, nümunəvi insan olmalarıdır.

Belə bir nəslin, qəhrəman tipli insanların yetişməsi üçün təhsil istiqamətli
bir bir metoda üstünlük verir. Qəlb-beyin bütünlüyünə nail olmağa çalışır. Qərbdə
bir vaxtlar mənəvi dəyərləri, qəlbi həyatı bir kənara qoyaraq müsbət elmlərə çox
üstünlük verdilər, bununla səadət əldə etməyə çalışdılar. Amma nəticədə həlli mümkün
olmayan böyük problemlərlə qarşılaşdılar. Eyni şəkildə müsbət elmləri nəzərə almadan
yalnız mənəvi həyata yönəlməklə etibarını itirən sistemlər də oldu. Ona görə də
bu iksinin də bir araya gətirilməsinə, iki qanadlı fərdlərin meydana gəlməsinə nail
olmağa çalışmaq lazımdır. Enşteynin bu mənadakı bir sözü lap yerinə düşür: Elmsiz
din topal, dinsiz elm isə kordur.

Ali Bulaç:

Mən bu hərəkata həm sosial, həm də dini tərəfdən baxmaq, qiymət vermək
istəyirəm.Tarixə perpendikulyar şəkildə baxsaq, üç nəsil İslamçılıq müşahidə olunur.
1758-1947, 1947-1997, 97-dən bu günə kimi olan nəsillər. Bu mərhələləri əsaslandıran
ən əsas məsələlərdən biri köç və şəhərləşmə nəticəsində yeni şəraitlə uyğunlaşıb-uyğunlaşmama
məsələsidir. Bəzi camaatlar yeni şəraitə uyğunlaşdıqlarına görə irəli çıxır, bu
şəraitə adaptasiya olur və nailiyyət qazanırlar. Bu hadisə siyasətdə də, sosial
həyatda da, mədəniyyətdə də əməli olaraq yaşanır.

Möhtərəm Fəthullah Gülənin həyatını üç dövrə bölmək olar: lokal, milli və qlobal
dönəmlər. Bu üç Gülən arasında ümumi mənada kəsilməzlik olsa da, bəzi kəsilmələr
də müşahidə olunur. Əvvəlcə Ərzurumda olanda o qlobal düşünmür. İzmirə gələndə o
milli düşünməyə başlayır. Hələ milli dönəmdə ikən o ələvilərə və komunistlərə xoş
baxmır. Amma qlobal dönəmdə o hamı ilə, hər kəslə dialoq qurmağın yollarını axtarır.

Gülənin müvəffəqiyyəti ondadır ki, o, İslamın ruhuna bağlı qalır, yeni şəraitə
görə İslamın tələbini də, şərhini də müvəffəqiyyətlə yerinə yetirir və bu şəraitə
uyğunlaşa bilir.

Horizontal istiqamətdə (eninə) baxılanda Tütkiyədə üç növ müsəlmanlıq
müşahidə olunur:

1. Siyasi-AK partiyası və Səadət partiyası kimi. Səadət partiyası
yeni vəziyyətə uyğunlaşa bilmədi və səhnədən çıxdı. AK partiyası isə yeni vəziyyətə
uyğunlaşdı və indi ən birinci partiya mövqeyindədir.

2. Kültürəl (sadə) müsəlmanlıq-Türkiyənin müəyyən hissəsini
camaatlardan, siyasətdən uzaq olan bu təbəqə təşkil edir.

3. Sosial müsəlmanlıq ən böyük müsəlmanlıqdır.

Sosial müsəlmanıığın ən böyük kütləsi camaatlardır. Camaatlar təriqət deyil.
Gülən hərəkatı da ən böyük sosial müsəlmanlıq nümunəsidir.

Gülən hərəkatı sosial mənada bir camaatdır, dini mənada deyil.Bu cammat köç və
şəhərləşmə nəticəsində meydana gəlmişdir. “Allahın nəzəri camaatın üstündədir” -deyir
Əfəndimiz. Yardımlaşmanı, bir-birinə dəstək verməni ön plana çəkir. Bu camaat Osmanlıdakı
camaatlar kimi nə dövlətin qoludur, nə də onun əleyhinədur, könüllüdür. Mənə görə
həqiqi sivil xalq toplumudur və cəmiyyətin əsas tərkibi bunlardır. Başqa sivil xalq
quruluşları da var. Bunlar xalqla həmdəm ola, onun içinə girə bilmirlər, hər yerdə
yoxlar (qadın təşkilatları, feministlər və s. kimi). Bir də dövlətin belə
quruluşları var.

Mən Gülən hərəkatının çox əhəmiyyətli olduğuna, qlobal bir mahiyyət daşıdığına
inanıram. Başqa yerlərdə bunun bənzərləri ya yoxdur, və ya çox zəif bir oxşarlıq
var. Bu çox əhəmiyyətli bir modeldir.

Dünya tarixində üç böyük hərəkət var:

1. Köçərilikdən oturaq həyata keçidə yönəlmiş hərəkət.

2. Kəndlərdən böyük şəhərlərə hərəkət.

BMT-nin araşdırmalarına görə dünya əhalisinin yarısı şəhərlərdə yaşayır.Hər gün
bu və digər məqsədlə 200 min insan kənddən şəhərə gedir.

3. Şəhərlərin yaranmasından onların mərkəzinə olan hərəkət.

Məncə qərb sosioloqları bu hərəkəti idarə edə və başa düşə bilmirlər. Bu gün
böyük şəhərlərin mərkəzləri olduqca sıxdır. Bu hərəkatın necə tənzimlənməsi ciddi
bir problemdir. Məsələn, Misirdə və Əlcəzairdə bu hərəkatı idarə etmək mümkün olmadı
və terrora çevrildi. İranda çevrilişə səbəb oldu. Amma Türkiyədə Gülən hərəkatı
bunu tənzimlədi və bir problem olmadı.

Bu baxımdan Gülən hərəkatı və ona bənzər camaatlar demokratiyanı formalaşdırır
və kamilləşdirir. Bu baxımdan bu hərəkat tarix ilə müasirlik, İslam dünyası ilə
qərb arasında bir dialoq vasitəsidir.

Suallar:

Bu hərəkatın quruluşundan bəhs edə bilərsinizmi? F.Gülən Amerikada ola-ola
buralara necə təsir edir?

H.Gülərcə: Mən ən son iki ay əvvəl möhtərəm F.Gülənlə görüşəndə o dedi ki, bu
hərəkat əvvəllər bir mərkəzli kimi idi.Amma hal-hazırda min mərkəzli bir hərəkatdır.
Vyetnamdakı bir məktəb Amerikadan necə idarə oluna bilər, ona necə nəzarət oluna
bilər? Mən 4 ildən çox “Zaman” qəzetinə rəhbərlik etdim. Bir dəfə də olsun mənə
filan xəbəri ver, filan şeyi belə yaz şəklində bir söz demədi. Çünki insana dərin
bir hörmət hissi var onda. Bəs belə olan halda bizim aramızda necə bir münasibət
var, necə nizamlanır aramızdakı əlaqələr və necə olur ki, biz ortaq fikir və dəyərlərdə
birləşirik? Məsələ ondan ibarətdir ki, hər kəs kimi mən də işimi qurarkən bir məhək
daşı, bir yol axtarıram. Xoca Əfəndinin bir söhbətində və ya bir yazısında bu mövzuda
nələrin olduğuna baxaraq mənə deyilirmiş kimi oradan özümə ölçü götürür, nəticə
çıxarır və ona görə davranıram. Dünyanın dörd bir tərəfində olan və onu sevən, bu
hərəkata bağlı olan hər kəs də belə davrandığına görə bir mərkəzdən idarə olunurmuş
kimi bir vəziyyət müşühidə olunur.

Sağ-sol qarşıdurmalarının yüksək səviyyədə olduğu 1968-ci ildə universitetə daxil
oldum. Dəyənəklərlə İslamı qorumağa çalışır, bu yolun doğru olduğuna inanırdıq.
Hətta sopalarımızda “Allah üçün vur” yazılmışdı.Bizə sağın qəhrəman gəncləri deyirdilər.
Yanlış yolda idik, amma fərqində deyildik. O vaxt hələ Güləndən əvvəlki mərhələ
idi. Bizim yaşıdlar indi möhtərəm Güləni daha yaxşı başa düşürlər.

Onu tanıdıqdan sonra fikirlərinə çox əhəmiyyət verməyə başladım. O, bir az əvvəl
də qeyd etdiyim kimi ümumi söhbətdə: “İnsanların qüsurlarını üzə çıxarmayın, Allah
Səttardır” -deyir, bir başqa dəfə: “Siyasətçiləri pisləməyin” –deyir, mən də buradan
öz payıma düşəni götürür, rəhbərlik etdiyim qəzetdə bunlara diqqət etməyə çalışıram.
Bu bir idari iyerarxiya deyil, bu məsləhət alma və nəticə çıxarıb onu həyata keçirmə,
tətbiq etmə deməkdir.Bunlar fərqli şeylərdir.

Hansı ölkədə məktəb açılacağına kim və nəyə əsasən qərar verir və bunlar necə
maliyyələşdirilir?

Bu fəaliyyətlər Türkiyədəki xaricə açılma, xarici ölkələrə sərmayə qoyuluşu ilə
paralel bir şəkildə baş verir. Yəni hər hansı bir ölkəyə iş qurmaq üçün gedən iş
adamları bu olkədə də bir məktəbin olması təklifi ilə təhsil könüllülərinə müraciət
edirlər. Onlar da bu ölkə şərtlərini nəzərə alaraq orada məktəbin açılıb-açılmayacağına
birlikdə qərar verirlər. Bu hadisə birmərkəzli bir fəaliyyət olaraq görulsə də,
əslində daha əvvəl də qeyd etdiyim kimi eyni duyğu ve düşüncəyə sahib insanların
öz ideallarını fərqli bölgələrdə həyata keçirməsindən başqa bir şey deyil. Bir ölkədə
olan iş adamları və təhsil könüllüləri tərəfindən ortaya qoyulan maddi sərmayə sadəcə
o bölgəyə sərf olunur, yəni burada dövlət mənasında bir mərkəzi yönləndirmədən söz
gedə bilməz.

Dialoqun üç fərqli mərhələsindən bəhs etdiniz və dediniz ki, möhtərəm Gülən
üçüncü mərhələ olaraq paylaşmağı qeyd edir.Paylaşmaq dedikdə iç-içə girib qarışmaqmı
nəzərdə tutulur,yoxsa bu başqa bir şeydir?

H.Gülərcə:Dəyərli F.Gülən dialoq fəaliyyətlərinə başlayanda bəziləri onu qınadı,
o isə bu işləri ən yüksək səviyyədə həyata keçirməyə davam etdi. Hətta bəziləri
dedilər ki, Vatikanin yüz kardinalından 99-u məlum idi, 100-cüsü də Fəthullah Gülən
imiş. Paylaşmanı iç-içə girmə kimi başa düşmək çox mənasız olardı. Diyaloq yeni
bir tərkib meydana gətirmək demək deyil, bu digər din mənsublarına da hörmətsizlik
olardı. Paylaşmağı buna bənzədə bilərik: 100 otaqlı bir məkanda hamı öz pəncərəsindən
vahid bir bağçaya baxır, amma günorta yeməyində bir yerə yığışırlar. Dünyada bir
çox problemlər var narkomaniya, terror, qadın alveri və sairə. Bunların həllində
paylaşmaq olar. Onsuz da dinlərarası dialoq dinlərin paylaşılması deyil, mən səninlə
dialoq qururam, bir az sonra sən də mənim kimi olacaqsan demək deyil. Doğrudur,
paylaşmada hər iki tərəfin bir-birindən alacağı çox şey var. Məsələn, bu gün Qərbdəki
demokratiya və insan haqları bu mövzularda bizə cəsarət verir, biz bu cəsarəti almasaq,
öz ölkələrimizdə demokratiyanı müdafiə etməkdə çətinlik çəkərik. Bunun kimi Qərbin
də bizdən alacağı dəyərlər vardır.

Bu hərəkata necə üzv olmaq olar? Və üzv olduqdan sonra ondan nələr gozlənilir?

A. Bulac: İki növ təşkilatlanma modeli var. I irsi olan, burada adətlər
və ənənələr əhəmiyyətlidir. II iradi camaatlar, burada giriş-çıxış sərbəstdir. Bu
böyük şəhərlərdə olur, bir şəxs 7-8 camaatı gəzər və xoşuna gələndə qərar tutar.
Camaatlara eyni zamanda müəyyən mənada iqtisadi təsisatlar kimi də baxıla bilər.
İşə düzəlmə, evlənmə və s. kimi ehtiyacları camaat təmin edir. Gülən camaatı da
bu cür iradi camaatların ən çox müvəffəqiyyət əldə edənlərindəndir.

H.Gülərcə: Bəs bunlarda üzv olma məsələsinə gəldikdə isə hər kəs tanıdıqlarının
da bu çevrəyə daxil olmasını, onların da bu ümumi savabdan paylarını almasını istəyir.
Odur ki, məsələn adam bir qonşusunu söhbətə dəvət edir. Daha sonra bir məktəb tikintisindən
bəhs olunanda onun da kömək edib edə bilməyəcəyini soruşur. O adam söhbətə gəlməyə
də bilər və ya söhbətə gəlsə belə-belə bir fəaliyyətə kömək etməyə bilər. Buna görə
o sərbəstdir. Cəzalandırmaq deyilən bir şey yoxdur. Məsələn, mənim kiçik qardaşım
da bu camaatın üzvlərindəndir. Onun oğlu evlənmək istəyəndə qardaşım qızın müsəlman
olub olmadığını soruşdu, o da dedi ki, əlbəttə, evləri məscidin yanındadır. Yəni
bu mövzularda hər kəs sərbəstdir.

İş tapmaq işə düzəlmək təşkilatlanma deyilmi?

H.Gülərcə: Məsələn, mən dı hərəkatla bir çəkilən şəxslərindənəm. Oğlum
kimya mühəndisliyi ixtisasından məzun oldu və münasib iş tapa bilmədiyinə görə Amerikaya
magistratura oxumağa getdi. Dediyiniz şəkildə bir təşkilatlanma varsa, mənim kimi
bir adamın bir oğlu işsiz qalardımı?

A.Bulac: Yanlış anlaşılmasın, mən bu hərəkat bir iqtisadi təsisatdır dəyəndə
onu başa düşülən mənada bir təşkilat kimi, qələmə vermək istəmədim. Bu insanlar
eyni duyğu və düşüncəni paylaşırlar və gündəlik tələbatlarının ödənilməsində də
təbii ki, bir-birinə müraciət edəcək bir-biriləri ilə iş, münasibət quracaqlar.
Məsələn, mən “Zaman” qəzetində yazaram. “Zaman” qəzeti STV-də reklam verə bilər
STV-də eyni şəkildə etibar etdiyi üçün “Zaman”la işbirliyinə girə bilər. Və mən
inandığım üçün övladımı da bu məktəblərə göndərərəm. Artıq burada istər-istəməz
bir birlik və bərabərlik meydana çıxır.

H.Gülərcə: Belə bir hədis var: Allah işini layiqincə görənləri sevər.
Məsələn, “Asiya Bankı” misalını verək: İnsanlar ona etibar etdikləri üçün pullarını
bu banka könül rahatlığı ilə yatırır, o bank da gündən-günə inkişaf edir.

Bu camaatlaşma da bir mənada qloballaşmanın əsasıdır.

İş adamlarından başqa bu fəaliyyətlərin bir maddi qaynağı varmı?

H.Gülərcə: Bu hərəkatın doğru olduğuna inanan hər bir insan maddi imkanın
necə olmasından asılı olmayaraq, bu və ya digər şəkildə bacardığı qədər bu fəaliyyətlərə
maddi dəstək verir. Məsələn, bir müəllim 800 dollar maaş alırsa, hər ay bunun müəyyən
bir hissəsini, məsələn 50 dollarını bu fəaliyyətlər üçün ayırır. Məsələn, bir tələbəyə
hər ay 50 dollar məbləğində təqaüd verir. Nəticə olaraq hesabladıqda, bəlkə də,
bu cür yardımların ümumi məbləği iş adamlarının dəstəklərindən daha çox olur. Bu
insanlar pullarını F.Gülən ver dediyi üçün deyil, Allah ver dediyi üçün verirlər.

Bu məsələdə mərkəzi bir idarə etmə varmı, yoxsa necə?

H.Gülərcə: Daha əvvəl də qeyd etdiyim kimi, bunun bir mərkəzdən idarə
olunması mümkün deyil. Hər şəhərin və yaxud bölgənin könüllüləri tərəfindən verilən
bu pullar o bölgənin ehtiyacları üçün sərf olunur.

Dövlət niyə bu hərəkatdan qorxur?

H.Gülərcə: Dövlət hər bir sivil hərəkatdan qorxur, ehtiyat edir.

Bəs niyə bu qədər çox qorxur?

H.Gülərcə: Bu modern bir hərəkatdır və dövlətin də həmçinin modernləşmə
siyasəti var. Bunlar qarşı-qarşıya gəlirlər. Dövlət istəyir ki, modernləşmə dövlətin
qərar və nəzarəti həyata keçirsin. Amma bu modernləşmə xalqın qərar və nəzarəti
ilə olur. Dövlət də bunu istəmir. Bu gün Türkiyədə sosial təbəqələr modernləşmə
dedikdə qərbləşmə, fransızlaşma və sonra da müasir mənada fransızlaşma başa düşürlər.

Türkiyədəki modernləşmə adətən dinin xaricindədir. Amma bu hərakat dini əsas
qəbul edir. Türkiyədəki bu anki qarşıdurma bürokratik təbəqə ilə sosial mərkəzli
xalq arasındakı qarşıdurmadır. Əhalimizin 80 faizi şəhərdə yaşayır.

Hərəkatın bir son hədəfi varmı yoxsa, məqsəd dünyanın bütün uşaqlarına ingilis
dili öyrətməkdirmi?

H.Gülərcə: 1990-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən
bir konfransa göndərdiyi məktubunda Gülən belə deyir: “Qoca dünya ölümündən əvvəl
yenə bir bahar yaşayacaq” (“İnsanın özündəki sevgi” kitabından) və son hədəf
olaraq ədalətin hakim olduğu bir bahardan bəhs edir. Bu mənada ümumbəşəri insani
dəyərlərdə birləşməni son hədəf olaraq başa düşmək olar. Xoca Əfəndi deyir ki: “Məni
xəyalpərəst olaraq görə bilərsiniz, amma səadət dolu bir dünyanın əldə olunması
üçün bir də bu yolu sınayaq. Buna dəyməzmi?” –belə deyir, sınamağa və yaşamağa davam
edir.

Hərəkatın Türkiyə haqqında son hədəfi nədir?

Demokratik və Avropa Birliyinə girmiş bir Türkiyə istəyir. Avropa Birliyinin
də bizə ehtiyacı var. Bu gün Qərb İslam coğrafiyası ilə müsbət əlaqələr qurmaq istəyirsə,
ancaq Türkiyə ilə dostluq qurmaqla buna nail ola bilər.

Rəsmi mərasimlərdə, gəzintilərdə və konfranslarda hərəkat mənsubları arasında
qadınlara, demək olar ki, rast gəlinmir, bunu necə izah edirsiniz?

H.Gülərcə: Siz məsələyə öz pəncərənizdən baxırsınız, sizə çox qəribə gələ
bilər, amma Türkiyədə bu gün qız uşaqlarının məktəblərə göndərilməsi üçün kampaniyalar
təşkil edilir. Bizdə hələ indi-indi maariflənmə prosesi gedir. İnsanların dünyagörüşlərində
ciddi ziddiyətlər var. Bunlar hələ indi-indi aradan qaldırılır. İndi yeni məktəblər
tikilir və xəstəxanalar inşa edilir, qadınlar işə cəlb olunur. Mən bir tarix verim,
20 ildən sonra bu sözü deyə bilməyəcəksiniz.

F.Gulən son dövrləri necə dəyərləndirir? Siyasətdən ayrı durmağa çalışır,
amma hər halda əlaqəsi var. Çünki bəzi dövlət böyüklərini dəstəkləyir.

H.Gülərcə: Ölkənin inkişafı üçün və ümumi məsləhət naminə bütün dövlət
böyüklərini dəstəkləyir. Özal kimi, Ecevit kimi.

Amma bu dövlətin onun üçün ayrı bir yeri var?

H.Gülərcə: Fəthullah Gülən üçün bir fərqi yoxdur.

Bir faktı qeyd etmək istəyirəm. Bugünkü dövlətin nazirlər kabinetində bu hərəkatın
nümayəndələrindən tək bir nəfər belə yoxdur. 330 nəfər millət vəkili arasında sadəcə
2 nəfər özlərini bu hərəkatın nümayəndələrindən hesab edənlərdəndir.

Bir vaxtlar biz də bütün mənfi halları masonların və sionistlərin məsul tuturlar,
bu gün

Gülən hərəkatı o qədər geniş yayılıb ki, hər şeyi onun üstünə atır və onu tuturlar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message