“Dostlarımız hər keçən gün çoxalır”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Dostlarımız hər keçən gün çoxalır”

Dialoq Avrasiya Platforması qurucularından, Türkiyənin dostu Professor Rastislav Borisoviç Rıbakovun rəhbərlik etdiyi Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu 190-cı ilini qeyd etdi. 18 dekabrda keçirilən mərasimə institutun bir dövr rəhbəri olan Rusiyanın sabiq baş nazirlərindən Yevgeniy Primakov, Türkiyənin Moskvadakı səfiri Xəlil Akıncı, DA Platrformu sabiq rəhbəri Harun Tokak və Rusiyanın müxtəlif bölgələrindən bir çox elm adamı qatıldı.

Rusiyanın ən nüfuzlu təhsil qurumlarında biri olan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu 1818-ci ildə Sank-Peterburqda fəaliyyətə başlayıb. Çar, Rus imperiyasının geniş miqyaslı inkişafı üçün şərqin tədqiqinin zərurətinə inanırdı. Rusiyanın şərq siyasətində müvəffəqiyyət qazanması Şərqşünaslıq İnstitutunda işləyən elm adamlarına bağlı idi. Çar dövründə İran, Türkiyə, Əfqanıstan, Orta Asiya, Qafqaz, Yaponiya, Ərəb dünyası və Çin kimi ölkələr arasında inkişaf edən siyasi münasibətlər Şərqşünaslıq İnstitutu tərəfindən müəyyən olunurdu. Şərqşünaslıq İnstitutu 1950-ci ildə Moskva şəhərinə köçürüldü. Şərqşünaslıq İnstitutunda 500 elm adamı fəaliyyət göstərir. Nadir kitab zənginliyinə malik olan qurumda hər il yüzlərlə elmi əsər nəşr olunur.

Rıbakova yapıncı hədiyyə edildi

Mərasimdə çıxış edən Akıncı Türkiyənin və Türk mədəniyyətinin tədqiqində göstərdiyi xidmətə görə Şərqşünaslıq İnstitutuna minnətdarlığını bildirdi. Akıncı Türkologiya sahəsi ilə məşğul olan bir çox elm xadiminin Şərqşünaslıq İnstitunun məzunu olduğuna diqqət çəkdi. Rusiya Federasiyasının müxtəlif bölgələrindən gələn elm xadimləri instituta müxtəlif hədiyyələr təqdim etdi. Abxazya Dövlət Etnoloji İnstitutunun Rəhbəri Vasiliy Avidiba Rusiya Şərqşünaslıq İnstitutu Rəhbəri professor Rıbakova geydirdiyi çoban geyimi; yapıncı isə böyük alqışla qarşılandı.

Şərqşünaslıq İnstitunun çox nüfuzlu bir qurum olduğunu qeyd edən Tokak: “Şərqşünaslıq İnstitutu bir çox elm xadimi, siyasətçi və sənətçinin yetişdiyi bir mərkəzdir. Bura yalnız Rusiyanın deyil, Avrasiyanın qəlbidir. Bu qurumun rəhbəri; Rıbakovun Dialoq Avrasiya Platformasının qurucuları arasında olması təqdirəlayiq bir haldır”, -dedi. Cihan Xəbər Agentliyinə müsahibə verən Rıbakov dünyanın sülh və əmin-amanlıq içində olması üçün səy göstərdiklərini ifadə edərək: “Bizim əsərlərimizi oxuyanlar xalqların bir-birinə qarşı anlayış içində olmaları lazım olduğunu öyrənir. Övladlarımıza gələcəkdə daha gözəl bir dünya qurmaq üçün çalışırıq. Türkiyə haqqında bir çox əsər nəşr etdik. Tarix bizə aydınlıq gətirir. Oxumalıyıq. Dostlarımız hər keçən gün çoxalır”, -dedi.

Dağıstanlı elm xadimi Gacı Gamzatov da verdiyi müsahibədə Şərqşünaslığın bütün elmləri əhatə etdiyini vurğuladı. Gamzatov: “Avropada elmi qurumların qaynağı şərqdir. Dünyada baş verənləri şərq olmadan anlaya bilməzsiniz. Şərqşünaslara böyük vəzifə düşür”, -dedi. Şərqşünaslıq institunun müəlliməsi Nadejda Emilyanova da platform sayəsində Türkiyəni daha yaxından tanıma fürsəti əldə etdiyini, Şərqşünaslıq İnstitutun və platformun bir olmasının Avrasiyanın sülhünə xidmət etdiyini qeyd etdi. (Faruk Akkan)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message