“Daha çox Türk məktəbi istəyirik”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Daha çox Türk məktəbi istəyirik”

Cənubi Afrikanın ən məktəbi “Star” liseyinin açılış mərasiminə ölkənin dövlət nümayəndələri iştirak etdi. Mərasimdə çıxış edən Təhsil Naziri Angie Motşekya: “Bu ölkədə daha çox Türk məktəbi açılsın,” – dedi. Ötən ilin universitetə qəbul imtahanlarında yüzdə yüz uğur qazanan liseyin yeni kompleksində artıq 500 şagird təhsil alacaq.

Cənubi Afrikanın ulduzu “Star” liseyin yeni kompleksi çoxsaylı qonağın qatıldığı mərasimlə açıldı. 2002-ci ildə təhsil verməyə başlayan liseyin açılışını Təhsil Naziri Angie Motşekya etdi. Mərasimə Durban bələdiyyə başçısı, millət vəkilləri, elm adamları ilə yanaşı, Türkiyədən də bir dəstə nümayəndə iştirak etdi. Türkiyədən gələn heyətdə AK Partiya Karaman Millət Vəkili Mevlüt Akgün, Beynəlxalq Universitetlər Birliyi Başçısı və Fateh Universiteti Rektoru prof. Şərif Əli Tekalan, Media Etik Şurası Dərnəyinin Rəhbəri Xalid Əsəndir də iştirak etdi. Yeni kompleksin sponsoru iş adamı Abdullah Karacan, atası Camal Karacan, ailəsi və çoxsayda iş adamı Danimarkadan gələrək açılış mərasimində iştirak etdi.

Daha çox Türk məktəbi istəyirik

Məktəbin adı xeyriyyəçi iş adamı Abdullah Karacanın atası Camal Karacanın adı əlavə olunaraq dəyişdirildi. Təhsil Naziri Motşekya açılış çıxışında yeni kompleksə sponsorluq edən Camal Karacana təşəkkür edərək: "Ölkəmizdə belə bir fədakar iş adamının adının dalğalanması bizim üçün böyük qürurdur. Bu dəyərli ailədən Cənubi Afrikada başqa təhsil sahələrinə də sərmayə qoymalarını gözləyirik," – dedi. Nazir, Camal Karacanın Star Liseyi ilə birlikdə ölkədə 6 məktəbə rəhbərlik edən Horizon Təhsil Vəqfinə "Cənubi Afrika təhsilində yeni bir səhifə açdığı" üçün təşəkkür etdiyini bildirdi. Danimarkada yaşayan Türk iş adamı Abdullah Karaca 500 şagirdli məktəbin maddi dəstəyini öz öhdəsinə aldı. Mərasimdə iştirak etmək üçün 70 yaşını ötmüş anası və məktəbə adı qoyulan atası ilə birlikdə gələn Karacan dünyanın harası olur-olsun bəşəriyyətin ən böyük tələbatı olan təhsilə dəstək verməkdən böyük qürur duyduğunu ifadə etdi. Əvvəllər də müxtəlif təhsil təşkilatlarına dəstək verdiyini deyən
Karacan Cənubi Afrikada öz ölkəsindəki qədər rahat hiss etdiyini vurğuladı. AK Partiya Millət Vəkili Mevlüt Akgün çıxışında: "Bu məktəblər Türk millətinin bəşəriyyətə böyük xidmətinin ən böyük nümunəsidir, ölkəmizin qürurudur. Dövlət nümayəndələrimiz getdikləri hər ölkədə Türk məktəblərinə həm baş çəkir, həm də dəstək verirlər. Burada bu gün yeni bir tarix yazılır".

Mərasimdə milli xalq rəqsi “qolbastı”nı ifa edən ibtidai məktəb şagirdləri böyük maraqla qarşılandı. Ksolo adlı şagird “Akdəniz” mahnısı ilə qonaqları coşdurdu. Star Liseyinin müdiri İlhami Demirtaşın verdiyi məlumata görə ötən il məktəb Cənubi Afrikada 6000 liseyin, 55273 şagirdin iştirak etdiyi, 217355 şagirdin isə heç bir universitetə qəbul olunmadığı giriş imtahanlarında yüzdə yüz uğur qazanaraq ölkə tarixində yeniliyə qol çəkdi.(Türkmen Terzi)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message