Fəthullah Gülən Xocaəfəndi “New York Times”a müsahibə verdi

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəthullah Gülən Xocaəfəndi “New York Times”a müsahibə verdi

Amerika mətbuatının Fəthullah Gülənə qarşı marağı gün keçdikcə artır. “The Wall Street Journal”a (WSJ) verdiyi müsahibədən bir həftə sonra ABŞ-ın dünyada tanınan nüfuzlu qəzeti “New York Times” (NYT) Xocaəfəndi haqqında xəbər-müsahibə dərc etdi. Dünən günortadan sonra qəzetin internet səhifəsində dərc olunan xəbərdə “Güləni sevənlər ondan böyük ehtiramla danışır”, “Gülən şirin sözlü müsəlman vaiz, yazıçı və müəllimdir” ifadələrinə yer verildi

Georgetown Universitetindən prof. Con L. Espositonun Fəthullah Güləni Tibet Lideri Dalay Lamaya bənzətdiyi yazıda Gülənin sülhə, tolerantlığa, ABŞ-Türkiyə əlaqələrinin gücləndirilməsinə və sərbəst bazar iqtisadiyyatına əhəmiyyət verməsindən söz açıldı. Bununla yanaşı, Gülənin, “Həqiqi İslamda terrora yer yoxdur” bəyanının Qərbi cəsarətləndirdiyini vurğuladı.

“Bir Fəaliyyətə liderlik edən Türkü tənqid edən və qaralayanlar var” başlıqlı yazını qələmə alan Brain Novlton Xocaəfəndinin Pensilvanyada sadə həyat yaşadığını dilə gətirdi.

Fəthullah Güləni Türkiyənin həm ən nüfuzlu, həm də ən çox müzakirə edilən şəxs kimi tanıdan qəzet bütün bunlara baxmayaraq ABŞ-ın sabiq Xarici İşlər Nazirləri Madlen K. Olbrayt və Ceyms A. Beykr kimi şəxslərin Gülənə yaxın qurumların tədbirlərində çıxış etdiyini və Gülənin fəaliyyətini müsbət qiymətləndirdiyini diqqətə çatdırdı.

Türkiyədə Gülənin ifrat milliyyətçi tərəfdarları olduğuna görə tənqid edildiyini bildirən müəllif bu insanların Fəaliyyətin ölkədə mövqeyini gücləndirməsindən narahat olduğunu vurğuladı. “NYT” müxbiri Novlton tənqidçilərin Güləni dünyəvilik əleyhdarı olmaqda ittiham etdiyini bildirərək: “Gülən bir mənada ənənə və müasirliyi birləşdirməyə çalışır” ifadələrinə yer verdi.

Xocaəfəndinin yaşadığı məkanın həm çölünü, həm də içini təsvir edən “NYT” müxbiri bu yerin Güləni və bir ovuc tərəfdarını ziyarət edənlər üçün müasir qonaq evi olduğunu qeyd etdi. Gülənin səhhətində ciddi problemlər olduğunu qeyd edən müəllif onun çox nadir hallarda qaldığı yerdən kənara çıxdığını dilə gətirdi. Gülənin həyatından da qısaca bəhs edən yazı onun 5 yaşında Quranı öyrəndiyini, 14 yaşından vaizlik etdiyini nəzərə çatdırdı.

Müəllif həmçinin Gülənin çoxlu tərəfdarı olduğunu, tərəfdarlarının yavaş-yavaş artdığını media, maliyyə və digər sahələrdə Könüllülər hərəkətinə bağlı bir çox müəssisənin olduğunu qeyd etdi.

Xocaəfəndinin Fəaliyyətin öz adı ilə anılmasından narahat olduğunu bildirən məqalənin yazarı bunu Onun öz dilindən fəaliyyətin arxa planında qalmağa çalışması ilə əlaqələndirdi. Tərəfdarlarının fəaliyyəti ilə bağlı bir suala Gülən: “Məncə, bu Fəaliyyətin “Fəthullah Gülən hərəkəti” adlandırılması yanlışdır, bunu Fəaliyyətə könül verən bir çox insana hörmətsizlik sayıram. Mənim bu Fəaliyyətdə rolum olduqca məhduddur. Burada nə bir liderlik var, nə bir mərkəzdən idarə, nə də bir iyerarxiya,” – dedi.

Bu Fəaliyyətin 110 ölkədə mindən çox məktəb açdığını bildirən xəbər belə davam edir: “Bu məktəbləri imkanlı müsəlman iş adamları maliyyələşdirir. Amerikada bu məktəblərdən bir neçəsi var, hətta Birmada belə bir məktəb açılıb. İslam dəyərlərinə sadiqdirlər, amma mədrəsə sistemindən fərqli olaraq müvafiq ölkələrin rəsmi tədris planı əsasında təhsil verirlər, həmçinin müasir elm və texnologiyaya üstünlük verirlər. Təhsilin keyfiyyəti olduqca yüksəkdir və bu məktəblərdə təhsil almaq üçün böyük rəqabət var”.

Türkiyədə Gülənə qarşı dəfələrlə məhkəmə iddiası qaldırıldığını, ancaq hər birinin bəraətlə nəticələndiyini bildirən müəllif Gülən Fəaliyyəti haqqında yazılar yazan Utah Universitetinin siyasət elmləri professoru Hakan Yavuzun fikirlərinə də yer verdi: “Məqsədi müdafiəsiz və marjinal insanlara qoruyucu bir dairə meydana gətirmək deyil, əksinə Opus Dei kimi dövlət idarəsini ələ keçirmək və iqtidar olmaqdır” sözlərinə də yer verildi.

Bundan əlavə, Türkiyənin ən müasir təhsil müəssisələrində dərs demiş və müşavirlik vəzifəsində çalışmış Tomas Mişelin isə Fəaliyyət mənsubları haqqında “Yaxşı motivasiyalı, aqil, əyləncəli fanatizmdən, kultdan uzaq insanlar” kimi sözlərini sitat gətirdi.

Fəaliyyət barədə Hyuston Universitetinin əməkdaşı sosioloq Helen Rous Ebaugh da “NYT” qəzetinə fikrini bildirdi. Sosioloq Ebaugh “Bu məktəblər gənclər üçün alternativ təhsil müəssisələridir. Bu məktəblər sayəsində gənc nəsil terrora qoşulmaq məcburiyyətində qalmır,” – dedi. Ebaugh “NYT”-ə müsahibəsində İstanbulda, Fatih Universiteti rəhbərliyindən Gülən haqqında eşitdiyi hadisəni danışdı: Səudiyyə Ərəbistanının təklif etdiyi maddi yardımı “Səudiyyə hökuməti dəstək verir” kimi anlaşılar deyə qəbul etmədi.

Xəbərdə Qəzzəyə humanitar yardım aparan gəmilərlə bağlı Gülənin “The Wall Street Journal”da dərc olunan fikirlərini bir daha təsdiq etdiyi bildirildi. Türkiyə hökuməti İsrailin yardım gəmilərinə müdaxiləsini şiddətlə tənqid etdiyi bir dövrdə Gülən səhvi təşkilatçılarda gördü, “hakimiyyətə qarşı çıxmaqdansa” öncədən İsrail rəhbərliyindən icazə alınmalı olduğunu vurğuladı.

Qəzet Gülənin “Türk hökumətinə bəzi “müsbət addımlar”da dəstək verə biləcəyini” bildirərək Onun sözlərini əlavə etdi: “Bu, onlara siyasi məsləhət vermə və ya onların nəzarəti altında hərəkət etmə mənasına gəlmir” dediyini dərc etdi. Gülənin “Dindar və ya dünyəvi heç bir iqtidar Türkiyə həqiqətlərini görməzlikdən gələ bilməz” sözlərinə yer verən müəllif “Dinini yaşayan nə qədər insan var və hər gün məscidlər insanlarla dolub-daşır. Həmçinin hər bir hökumət bütün dini azlıqları – istər Nasturian, istər Protestant, istərsə Yəhudilər olsun – nəzərə almaq məcburiyyətindədir” sözlərini vurğuladı.

Xəbərin sonunda Gülənin “Amerikaya Türkiyə, Əfqanıstan, Pakistan, ya da digər ölkələrdən gələn radikal düşüncəli insanlar tərəfindən narahat edilmədən və onlardan bir zərər görmədən yaşamaq ümidi ilə gəldim. Amerikanın qonağıyam” sözlərinə yer verildi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message