Fəaliyyətə liderlik edən türkü tənqid edən və qaralayanlar var

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəaliyyətə liderlik edən türkü tənqid edən və qaralayanlar var

SAYLORSBURQ, PENSİLVANİYA – Məhsuldar torpaqların Pocono dağının ətəklərinin füsunkar gözəlliyi ilə birləşdiyi yerdə – şimali-şərqi Pensilvaniyada Türkiyənin ən nüfuzlu şəxsiyyətlərindən biri sakit ömür sürür.

O, eyni zamanda ən çox müzakirə edilən simalardan biridir.

Fəthullah Güləndən böyük hörmətlə bəhs edən yaxınları Onu şirin sözlü müsəlman vaiz, yazıçı və müəllim kimi tanıdır.

Corctaun Universitetinin professoru, həmçinin Gülən haqqında yazılar yazan Con L. Esposito: Güləni tanınmış simalardan ancaq Dalay Lama ilə müqayisə edə bilərəm deyir.

Gülən sülh və tolerantlıq, ABŞ-Türkiyə əlaqələrinin möhkəmliyi və sərbəst bazar iqtisadiyyatının tərəfdarıdır. Yaxın keçmişdə bəyan etdiyi Həqiqi İslamda terrora yer yoxdur sözləri Qərbliləri cəsarətləndirir.

Həm keçmiş Xarici İşlər Naziri Madlen Olbrayt, həm də onun həmkarı Ceyms A. Beykr Gülənə yaxın qurumların keçirdiyi tədbirlərdə nitq söyləmiş, Onun demokratiya və dialoqa dəstəyini müsbət qiymətləndirmişdir.

Ancaq əleyhdarlar Ona daha qaranlıq aspektdən baxır. Gülənin millətsevər tərəfdarlarının Türkiyədə güclü mövqeyə gəldiyini və bəlkə də, gizli məqsədlərinin oluduğunu iddia edirlər.

Uzun müddət dünyəvi olan və hazırda İslama dost hökumət tərəfindən idarə olunan Türkiyə İsrail, İraq və İranla əlaqələrində özünə əsas rol verdikcə, daha böyük beynəlxalq rola, mövqeyə can atdıqca ictimai sahədə dinin yeri haqqında daxili gərginlik daha çox maraq obyektinə çevrilir.

Gülən müsəlmanların ənənəvi dəyərlərə qarşı güclü zərbə hesab etdiyi, dünyəvilərin müasirləşmə baxımından qaçılmaz, labüd saydığı dünyəviləşdirməyə – təxminən yüz il əvvəl M. Kamal Atatürk zamanında gerçəkləşdirilmişdir – qarşı mübarizə aparan ancaq güclü tərəfin bir hissəsini təşkil edir. Gülən bir mənada, ənənə və müasirliyi birləşdirməyə çalışır.

O, bir ovuc tərəfdarı ilə ziyarətə gələnlər üçün müasir qonaq evləri, bir görüş salonu və turuncu sazan balıqları ilə dolu süni gölün yerləşdiyi 10 hektarlıq qıjı və küknar ağacları ilə dolu bir yerdə yaşayır.

Səhhətində problemlər olan Gülən bu kəndsayağı, mənzərəli məkandan nadir hallarda ayrılır.

Klassik Türk mətbəxindən ibarət günorta yeməyində söhbət etdiyimiz təvazökar insan, qəsəbə imamının oğlu Gülən böyük nüfuzuna baxmayaraq, insanda heç də bu mövqeyin təəssüratını oyatmır.

Beş yaşından bəri Quran öyrənən və 14 yaşından vaizlik edən Gülən getdikcə böyük tərəfdar topladı. Məktəblər, xəstəxanalar və iş yerlərindən ibarət beynəlxalq bir şəbəkə qurdu. Bunlar arasında Asiya adlı milyardlarla dollarlıq valyuta ehtiyatı olan İslam bankı, Türkiyənin ən böyük qəzeti Zaman da daxil olmaqla Somerset, Nyu Cersidə EBRU-TV adlı bir televiziya kanalı da var.

Bütün bunlar Gülən Hərəkəti adlandırılan, ancaq fəaliyyətin arxa planında qalmağa üstünlük verən liderin Könüllülər Hərəkəti adını verdiyi fəaliyyətin bir parçasıdır. Gülən bunların heç birinin ona aid olmadığını və yalnız bir yorğan, bir neçə yataq dəsti və dəyər verdiyi bir neçə kitabı olduğunu söylədi. Bu fəaliyyətin neçə ölkədə fəaliyyət göstərdiyini, neçə müəllim olduğunu, neçə şagird təhsil adığını bilmədiyini dilə gətirdi.

Fəaliyyətlə bağlı verdiyimiz bir suala: Məncə, bu Fəaliyyətin Fəthullah Gülən hərəkəti adlandırılması yanlışdır, bunu Fəaliyyətə könül verən bir çox insana hörmətsizlik sayıram. Mənim bu Fəaliyyətdə rolum olduqca məhduddur. Burada nə bir liderlik var, nə bir mərkəzdən idarə, nə də bir iyerarxiya deyə cavab verdi.

Ancaq verilən məlumata görə 110 ölkədə 1000-dən çox məktəbi və bəlkə də, 5 milyon üzvü var. Vaşinqtonda Fəthullah Gülənə bağlı Rumi Foruma rəhbərlik edən Avstriyaliya doğumlu Emre Çelik bu yaxınlarda ucqar yerdə, Zanzibar adasında bir məktəbə baş çəkdi və onun fikrincə, Afrika hələ bundan da çoxuna layiqdir. məktəblər imkanlı müsəlman iş adamları tərəfindən maliyyələşdirilir.

Amerikada da bu kimi bir neçə məktəb var, hətta Birmada da birini açıblar. İslam dəyərlərinə sadiqdirlər, amma mədrəsə sistemindən fərqli olaraq müvafiq ölkələrin rəsmi tədris planı əsasında təhsil verirlər, həmçinin müasir elm və texnologiyaya üstünlük verirlər. Təhsilin keyfiyyəti olduqca yüksəkdir və bu məktəblərdə təhsil almaq üçün böyük rəqabət var

Bir çox insanın ilham mənbəyi oldu deyir informatika ixtisası üzrə təhsil alan Emre Çelik. Mənim kimi insanlar, ikinci nəsil Avstraliyalı Türklər, Türk diasporu, onun fikirlərindən təsirləndik.

Ancaq 1990-cı ilin sonunda Gülən hərəkəti Türkiyənin keçmiş hökuməti ilə ziddiyyətə düşdü. Amerikaya müalicə üçün gələn (şəkər və ürək xəstəsi) Gülən bir vəkilin dövləti yıxmaq ittihamından sonra Amerikada qaldı.

Qeydə alınmış bir söhbətdə Gülən bütün nüfuzlu dairələrə qədər, səssizcə sızmağı söyləyirdi. O, təkidlə sözlərinin yanlış mənalara yozulduğunu söylədi və nəticədə ittihamlar təkzib edildi.

Mütəxəssislər hazırkı İslama dost hökumətin bəzi nümayəndələrinin Gülən camaatından olduğunu iddia edir. Janes İslamic Affairsa görə bir çox polis də həmçinin Gülən camaatına mənsubdur və bu, polisin güclü milli kəşfiyyat dairələrinə qədər gedib çıxır. Türkiyədə yaşanan telefon dinləmə skandallarından sonra bu, çox həssas bir mövzuya çevrildi.

Gülən Fəaliyyəti haqqında yazılar yazan Utah Universitetinin siyasət elmləri professoru Hakan Yavuzun fikirlərinə görə: Məqsədi müdafiəsiz və marjinal insanlar üçün qoruyucu dairə meydana gətirmək deyil, əksinə Opus Dei kimi dövlət idarəsini ələ keçirmək və iqtidar olmaqdır Opus Dei ifrat mühafizəkar Katolik təriqətidir.

Ancaq onu uzun müddət müşahidə edən bir şəxs daha müsbət fikirlər söyləyir.

Polis akademiyası Türkiyənin ən yaxşı və ən prestijli təhsil müəssisələrindən biridir, deyir uzun illər Vatikana islami məsələlər üzrə müşavirlik edən, hal-hazırda Ankarada yaşayan rahib Tomas Mişel. Gülən məktəblərindən məzun olan şagirdlərin əksəriyyəti qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyinə görə məzunların çoxu akademiyaya qəbul olunur.

Onun fikrincə, bu insanlar, ümumiyyətlə yaxşı motivasiyalı, aqil, əyləncəli, fanatizmdən, kultdan uzaq insanlardır.

Gülən, Fəaliyyətin bütün Türk hökumətləri ilə, eyni zamanda xarici hökumətlərlə də eyni məsafədə dayandığını vurğulayır, dövlət strukturlarında mövqe tutmaq kimi bir istəklərinin olmadığnı bildirir.

Ancaq bəzi mütəxəssislərə görə, Amerikanın hakim dairələri üstü örtülü də olsa, Gülənin SSSR-in dağılmasından sonra yüzlərlə könüllü göndərdiyi Orta Asiya Türk dövlətlərində Fəaliyyətin varlığını mülayimləşdirici faktor kimi dəstəklədilər.

Gülən Fəaliyyətini tədqiq edən Hyuston Universitetinin sosioloqu Helen Rose Ebaugh: Bu məktəblər gənclər üçün alternativ təhsil müəssisələridir. Bu məktəblər sayəsində gənc nəsil terrora qoşulmaq məcburiyyətində qalmır, – dedi. Ebaugh İstanbulda Fateh Universiteti rəhbərliyindən Gülən haqqında eşitdiyi hadisəni danışdı: Səudiyyə Ərəbistanının təklif etdiyi maddi yardımı Gülən Səudiyyə hökuməti dəstək verir kimi anlaşılar deyə qəbul etmədi.

Türkiyə hökumətinin İsrailin yardım gəmilərinə müdaxiləsini şiddətlə tənqid etdiyi bir dövrdə Gülən səhvi təşkilatçılarda gördü, hakimiyyətə qarşı çıxmaqdansa öncədən İsrail rəhbərliyindən icazə alınmalı olduğunu vurğuladı. (Gülən: Ən pis dövlət və hökumət dövlətsizlik və xaosdan daha yaxşıdır dedi.)

Fəaliyyətə liderlik edən türkü tənqid edən və qaralayanlar var

Türk hökumətinə bəzi müsbət addımlarda dəstək verə biləcəyini bildirərək Bu, onlara siyasi məsləhət vermə və ya onların nəzarəti altında hərəkət etmə mənasına gəlmir, – dedi.

Gülən: Dindar və ya dünyəvi heç bir iqtidar Türkiyə həqiqətlərini görməzlikdən gələ bilməz, – dedi. Dinini yaşayan nə qədər insan var və hər gün məscidlər dolub-daşır. Həmçinin hər bir hökumət bütün dini azlıqları – istər Nestorian, istər Protestant, istərsə Yəhudilər olsun – nəzərə almaq məcburiyyətindədir sözlərini vurğuladı.

1999-cu ildən bəri Türkiyənin hərarətli siyasi atmosferi və Gülənin səhhət problemi onu girişi daim adamlarla dolu olan Pennsilvaniyadakı evinə məhkum etdi. Gülən qəhvə rəngli geniş evin iki-üç otağında ömür sürür.

Türk sənət əsərləri ilə dolu olan otaqda Gülən Şekspirdən Kanta, Sufi şeirlərinə qədər geniş silsiləli ədəbiyyət oxuyur. Səhhəti imkan verdikcə ziyarətinə gələnlərin suallarını cavablandırmaq üçün insanların qarşısına çıxır. Qadınlar da kişilərə qarışmadan balkondan Güləni dinləyir. Gülən Amerikaya Türkiyə, Əfqanıstan, Pakistan, ya da digər ölkələrdən gələn radikal düşüncəli insanlar tərəfindən narahat edilmədən və onlardan bir zərər görmədən yaşamaq ümidi ilə gəldim. Amerikanın qonağıyam, – dedi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message