Berlində Gülən konfransı başladı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Berlində Gülən konfransı başladı

Almaniyanın Potsdam Universitetində tərtib olunan “Ənənə və müasirlik arasında müsəlmanlar. Mədəniyyətlər arasında körpü – Gülən hərəkatı” adlı iki günlük beynəlxalq konfransda Fəthullah Gülənin düşüncələri, dünyaya baxışı, təhsil və dialoq fəaliyyətləri haqqında müzakirələr aparıldı. Gülənin ümumbəşəri dəyərləri vurğulayaraq, dil, din, irq fərqi qoymadan insanları birləşdirməyə təşviq etdiyini gündəmə gətirən konfransda dünya sülhünün qarşılıqlı anlayış, qərəzsiz yanaşmalar və yalnız insanlıq məxrəcində təsis ediləcəyini vurğuladı.

Potsdam Universiteti Dini Elmləri Fakültəsi və Berlin Mədəniyyətlərarası Dialoq Forumu (FID) tərəfindən tərtib olunan və Abraham Geiger Kolleci, Protestant Akademiyası ilə Alman Şərqşünaslıq İnstitutu tərəfindən də dəstəklənən konfransa çox sayda qonaq qatılarkən, Gülən Hərəkatını tanımaq üçün müxtəlif ölkələrdən Berlin Potsdama gələn nazirlik nümayəndələri, elm xadimləri, jurnalistlər, iş adamları, dərnək və institut rəhbərləri, şagirdlər mədəniyyətlər və dinlər arası dialoq mövzusunda bir-birindən maraqlı çıxışları dinləməyə imkan tapdılar.

Potsdam Universiteti Dekanı Professor Sabina Kunst açılış nitqində İslamla dialoqun ictimai miqyasa malik olduğunu vurğulayaraq, müsəlmanlarla aparılan dialoqlarda tənqidə müsbət rəy verdiyi halda, qərəzlilik və qarşılıqlı polemikadan uzaq olmağa çağırdı. Üç səmavi dinin ortaq köklərini xatırladan Kunsta görə xariciləşdirmək və hər şeyi “ağ-qara” olaraq təsvir etməkdən uzaq olmaq lazımdır.

Müxtəlifliyə hörmətin əhəmiyyətindən söz açan dekan Professor Bernhard Kroener isə Alman plüral cəmiyyətinin müsəlmanlara əl uzatmaması təqdirdə immiqrantların öz içinə qapanacağını bildirdi. “Dialoq qarşılıqlı hörmətdir. Bu hörmət insana hörmətdir, fərqli ibadət şəkillərinə hörmətdir” deyən Kroener, müxtəlifliyə hörmətin əhəmiyyət li olduğunu vurğuladı.

Konfransın ilk çıxışını edən Humboldt Universiteti müəllimi Professor Wolfgang Kaschuba Avropa ənənəsində “düşmən etmə, xariciləşdirmənin” olduğunu deyərək, müsəlmanların Almaniya və Avropada yeni bir düşmən kimi görüldüyünü qeyd etdi. Müsəlmanlara qarşı qərəzin müxtəlif sahələrdə “körükləndiyini” vurğulayan Kaschuba fərqliliklərə təhlükə amili kimi baxıldığını qeyd etdi. Müxtəlif nümunələrlə müsəlmanların “Biz cəmiyyətin bir parçasıyıq” mesajını verdiklərini vurğulayan Kaschuba sülh şəraitində birgə ömür sürməyə ehtiyac olduğunu xatırlatdı.

Konfransda təşkil olunan seminarda çıxış edən FID Dərnəyinin Rəhbəri Ərcan Karakoyun demokratiyanın İslamla zidd olmadığını ifadə edərək F. Gülən fikirlərinin sülhə xidmət etdiyini dedi. “Gülən hərəkatı siyasi məqsədləri olmayan ictimai hərəkatdır” deyən Karakoyun bildirdi ki, Gülən hərəkatı mənsubları göstərdikləri fəaliyyətlərlə yaşadıqları ölkələrə böyük fayda verirlər.

Gülənin hökumət sistemini dəyişdirmək kimi bir məqsədi olmadığını deyən Professor Leonid R. Sukyanin isə, onun İslamı fərdi olaraq rahatlıqla yaşama imkanına sahib olmasını, insan ləyaqətinin qorunmasını, insanın sosial kimliyi ilə cəmiyyətdə yerini tuta bilməsini istədiyini ifadə etdi. “Gülən insan haqlarını tələb edir”, deyən Sukyanin onun təşviqi ilə aparılan dialoq və təhsil fəaliyyətlərinin insanlığın ortaq məxrəcində reallaşdırıldığını vurğuladı.

Gülən hərəkatının Almaniyada apardığı fəaliyyətin “klassik immiqrant fəaliyyəti” ilə uyğun gəlmədiyini vurğulayan Professor Bekim Agaiyə görə isə hərəkatın mahiyyətini anlaya bilmək üçün Gülənin fikirlərini tədqiq etmək lazımdır. Gülənin fikirləri ilə meydana gələn “xidmət” hərəkatının “müsbət hərəkat” olaraq dəyərləndirildiyini dedi. Almaniyada qurulan 150 təhsil qurumu və 11 özəl məktəbin yüksək təhsilli nümayəndələr tərəfindən dəstəkləndiyini ifadə edən Agai bu insanların ölkədə yaşayan immiqrant uşaqlarına da nümunə olduğunu dilə gətirdi. (Oktay Yaman, “Cihan” Xəbər Agentliyi)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message