BBC Radiosunda Gülən Hərəkatı Haqqında Geniş Reportaj

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » BBC Radiosunda Gülən Hərəkatı Haqqında Geniş Reportaj

BBC Radiosunun 4-cü kanalı Gülən Hərəkatı haqqında geniş məzmunlu xəbər yayımladı. Gülən Hərəkatı haqqında fərqli fikirdə olan yerli və xarici vətəndaşların görüşlərinə yer verən xəbər hərəkatın Türkiyənin inkişafında böyük rol oynadığını diqqətə çatdırdı. Hərəkatın Türkiyənin ixracatının artmasında da böyük təsirə malik olduğunu vurğulayan veriliş “Gülənə dəyən, yanır” iddialarına və buna əks fikrlərə də yer ayırdı.

“İslamın müasir siması, yoxsa gizli planı olan bir təşkilatlanma?” sualı ilə başlayan xəbərdə “Kenyadan Qazaxıstana milyonlarla tərəfdarı olan və milyardlarla dollara hökm edən bir hərəkat” sözlərinə yer verildi. BBC-nin həmkarı Edvard Storiton (Edward Stourton) bu xəbəri Türkiyədə həm Gülənə yaxın olanlarla, həm də “hərəkatı” tənqid edənlərlə görüşərək hazırlamışdır. Verilişdə “Diyanətdə vaiz işləmiş bir şəxsdən ilham alaraq 130 ölkədə mindən çox özəl məktəb, beyin mərkəzləri, qəzet, TV, radio kimi media qurumları, universitetlər və hətta bir bank” deyərək heyrətini gizlətməyən Storiton: “Bu bənzərsiz qeyri-adi şəbəkənin gözə görünən bir təşkilatlanması, rəsmi bir sistemi yoxdur. Rəsmi üzvlük sistemi də yoxdur” – dedi.

“Hərəkata dəstək verənlər İslamın sevgi və qardaşlıq dini olduğunu vurğulayaraq təhsil, dialoq və əməyə böyük əhəmiyyət verən “xarizmatik lider” Fəthullah Gülənin düşüncələrindən ilham alıb hərəkət etdiklərini bildirirlər” açıqlamasına yer verən Storiton 40 dəqiqəlik verilişində Gülənin fikirlərini mənimsəyən iş adamları tərəfindən qurulan TUSKON-nun dünyada ticarət körpüləri salmasına və bu təşkilata üzv olan iş adamlarının yardımı ilə Hərəkatın təhsil fəaliyyətlərinə dəstək verməsinə diqqət çəkdi.

“Hərəkatın Türkiyədə təqribən 10 milyon dəstəkçisi var” deyən müxbir, yeni bir araşdırmaya görə hərəkata mənsub könüllülərin aylıq gəlirlərinin 5-20 faizini xidmət fəaliyyətinə verdiyini dilə gətirdi. Gülən ardıcıllarının məscid yerinə məktəb açdığını və dünyanın hər yerində müxtəlif din və mədəniyyətə mənsub insanlarla dialoq fəaliyyətləri həyata keçirdiyini də vurğulayan “BBC Radio 4” “Dialogue Society” adlı dərnəyin İngiltərədəki fəaliyyətlətinə toxundu.

Gülənin fikirlərindən ilhamla açılan məktəblərin müasir və yüksək texniki avadanlıqla təchiz olunduğunu bildirən verilişin prodüsseri Storiton məktəblərin sekulyar olmasına baxmayaraq burada çalışan müəllimlərin siqaret, içki və s. kimi pis vərdişləri olmadığını və şagirdlər üçün “model rol” təşkil etdiyini ifadə etdi.

“Hərəkatı dəstəkləyən iş adamları Türkiyənin ixracatının artmasında Gülənin çox böyük təsiri olduğunu iddia edir” deyən müxbir Gülənin xaricdə ticarətlə məşğul olan iş adamlarına geniş düşünməyi öyrədərək üfüq göstərdiyini qeyd etdi.

Digər tərəfdən Gülənə yaxınlığı ilə tanınan media qurumlarının AKP ilə yaxın əlaqədə olması iddialarına da yer verilən verilişdə hərəkatın siyasət, dövlət və cəmiyyətdə oynadığı rolla bağlı müzakirələrə də təmas edildi. Verilişin prodüsseri Storiton Hənəfi Avcı və Əhməd Şıkın Gülən əleyhinə yazdıqları kitaba görə həbs olunduqları iddiasını dilə gətirməklə yanaşı, həbs qərarının əsl səbəbinin “çevrilişə dəstək ” olduğunu bildirdi.

Verilişdə həm mətbuat azadlığı kampaniyasının təşkilatçısı Fərai Tınçın “Türkiyə jurnalistləri Gülən haqqında bir şey yazmağa qorxur” ittihamları, həm də Jurnalist və Yazarlar Vəqfinin Sədr Müavini Camal Uşşakın: “Gülənin jurnalistlərin həbsinə dəstək verməsini düşünmək çox məntiqsizdir. Belə bir şey etmək hərəkata çox böyük zərər verər” sözləri əksini tapdı. Veriliş “Gülənə dəstək verənlərin və əleyhdarların həmfikir olduğu bir cəhət var ki, o da hərəkatın ölkə daxilində və dünyada böyüyərək və güclənərək yoluna davam etməsidir” sözləri ilə yekunlaşır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message