Barış Könüllülərinin Dəvətinə Böyük Maraq

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Barış Könüllülərinin Dəvətinə Böyük Maraq

Jurnalistlər və Yazarlar Vəqfinin (Gazetecilər ve Yazarkar Vakfı) “Orta Şərqdə Son Hadisələr və Fəthullah Gülənin İslam Dünyası Haqqında Düşüncələri” mövzusunda təşkil etdiyi paneldə Türkiyə və Orta Şərq üzrə mütəxəssis prof. dr. Ənvər Alamla (Anwar Alam) alim və müstəqil jurnalist dr. Kamar Ağa (Kamar Agha) iştirak etdi.

Türk Mədəniyyət Mərkəzi (TMM) ilə Türkiyə-Amerika Federasiyaları Assambleyası Türkiyə-ABŞ dostluğunun möhkəmlənməsinə xidmət edən mühüm bir görüşə ev sahibliyi etdi. Ziyafətdə fəxri qonaq kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri Mehmet Ali Şahinlə yanaşı, amerikalı senator və millət vəkilləri də iştirak etdi. Qonaqlar iki ölkə arasındakı əlaqələri müsbət qiymətləndirdilər.
Yeni qurulmasına baxmayaraq Amerikada Türkiyə lehinə uğurlu lobbiçilik fəaliyyəti həyata keçirən Türk Mədəniyyət Mərkəzi (TMM) və Türkiyə-Amerika Federasiyaları Assambleyasının birlikdə təşkil etdiyi dostluq yeməyi böyük maraqla qarşılandı.

Nyu Yorkun ən məşhur məkanlarından “Siprini (Cipriani)”də təşkil edilən sayca dördüncü ziyafət mərasiminin fəxri qonağı TBMM-in Spikeri Mehmet Ali Şahin oldu. Demokratlar Partiyasının məşhur senatorlarından Bob Keysi (Bob Casey) ilə Krisn Cillibrand (Kristen Gillibrand) da tədbirə qatılanların arasında idi. Tədbirə həmçinin federal və ştat səviyyəsində amerikalı millət vəkilləri, müxtəlif dinlərin və sivil toplum qurumlarının nümayəndələri, iş, diplomatik və akademik dairələrdən məşhur simalar da iştirak etdi. Ziyafətə Türkiyənin Vaşinqton Səfiri Namiq Tan, BMT-də Daimi Nümayəndəsi Ərtoğrul Apakan və Nyu York Baş Konsulu Mehmet Samsar da qatıldı.

F. Gülənə Rəsmi Təqdir

Nyu York əyalətinin millət vəkili Stiven Simbrovitz (Steven Cymbrowitz) TMM nümayəndələrinə Fəthullah Gülən Xocaəfəndiyə verilmək üçün təqdir sənədi təqdim etdi. Nyu York Əyalət Məclisinin möhürünü daşıyan sənəddə Gülən təliminin fərqli inanc və insanlar arasında hörmət və tolerantlığın artmasına, güclənməsinə xidmət etdiyinə diqqət çəkilir. Sənəddə F.Gülənin “insanlığın təhsili, xoşgörü və dialoquna özünü fəda etdən insan” olduğunu bildirərək ona işlərində müvəffəqiyyətlər arzulayırlar. ABŞ-lı vəkil Simbrovitz çıxışında Gülənin fikirlərindən ilhamla açılan təhsil və mədəniyyət müəssisələrin siyasi və ya maddi maraq daşımadığını, əsl məqsədin insanlığa xidmət olduğunu söylədi. TBMM Spikeri M.A. Şahin dünən 14 müxtəlif millətdən olan 190 şagirdə təhsil verən Bruklin Amiti məktəbini də ziyarət etdi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message