“Afrikada daha çox Türk məktəbi açılsın”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Afrikada daha çox Türk məktəbi açılsın”

5 ölkənin üzv olduğu Afrika Birliyinin Dövri Sədri Qvineya Xarici İşlər Naziri Eustaquio Nseng Esono keçən həftə İstanbulda səfərdə idi.

Nazir “Türkiyə-Afrika Birgə Əməkdaşlığın Nazirlər Səviyyəsində Gözdən Keçirmə Konfransı”nda iştirak etdi. Konfransda “Zaman” qəzetinə müsahibə verən Esono Afrikanın hazırkı problemləri təhsillə həll olunacağına diqqət çəkdi. Afrika qitəsinin bir çox ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin sayının artmasını istəyən Esono səbəbini isə belə açıqladı: “Avropa öz səfriliklərini bağlayanda Türkiyə Afrikada məktəb açdı. Xalqımıza “balıq tutamağı” öyrətdi. Bizim bu məktəblərə olan ehtiyacımız daha da çoxaldı. Hər ölkədə təkcə bir məktəb fəaliyyət göstərir. Bu artıq bizi təmin etmir. Ölkənin bütün şəhərlərində məktəblər açılmasını istəyirik”.

Eustaquio Nseng Esono Türk məktəblərinin Afrikanın bir çox ölkəsində fəaliyyət göstərməsindən məmnun olduğunu dilə gətirərək bu məktəblərin sayının az olmasından təəssüfləndiyini qeyd etdi. Çətin günlərdə AB-nin öz səfirliklərini bağlayıb Afrikanı tək qoyduqlarını xatırladan Qvineyalı nazir, o günlərdə açılan Türk məktəbləri isə Türk xalqının nə qədər səmimi insanlar olduğunu göstərdiyini söylədi.

Türkiyə ilə əməkdaşlığımız əbədidir

Türk xalqının Somaliyə göstərdiyi qayğını heç vaxt unutmayacaqlarını deyən Qvineyal nazir, “Göstərdiyiniz yardımlara təkcə təşəkkür kifayət deyil. Üstəlik təkcə “alan” tərəf deyil, “verən” tərəf də olmaq istəyirik” dedi. Türkiyə ilə əməkdaşlığın əbədi olacağını söyləyən Esono “Bu bölgə ilk dəfədi ki, həqiqətən bir ölkəyə güvənir” dedi. Avropalıların daha çox iqtisadi gəlir üçün Afrikaya maraq göstərdiyini deyən nazir sözünə belə davam etdi: “Fransızlar, İngilislər, İspan və Almanlar illərlə bizi istismar etdi. Arvopalılar həmişə bizdən daşıdı, sonra da Afrika xalqını tək qoydu. Halbuki Afrika çox zəngin qitədir, ancaq bu zənginliyi öz xalqı üçün istifadə etməyə imkan vermədilər”.

Afrika Birliyinin Dövri Sədri bölgədə ilk dəfə müstəmləkəçilik fəaliyyətlərinə başlayan Fransanın və ən çox müstəmləkə payını ələ keçirən İngiltərənin qitəyə ən çətin günlərdə kömək etmədiyini dedi. Bölgə xalqının artıq bu ölkələrlə əməkdaşlıq etmək istəmədiyini deyən Esono, üstəlik Avropanın bölgədəki daxili müharibələrin də əsas mənbəyi olduğunu düşünür. Gineli nazir “Avrapa ilə qurduğumuz əməkdaşlıqlar çox pis nəticələr doğurdu. 50 ildən sonra keçmişə baxanda Afrikanın get-gedə yox olduğunu gördük. Biz artıq Avropaya güvənmirik” dedi. Türkiyə ilə əməkdaşlığının qısa müddətdə çox müsbət nəticələr doğurduğunu deyən Qvineyalı nazir 2012-ci ildə daha çox əkinçilik, ticarət və bankçılıq sektoruna üstünlük verəcəklərini qeyd etdi.

Türkiyənin AB-yə daxil olma məsələsini dəyərləndirən nazir, “Türkiyə Avropa, Asiya, Orta Şərqdə indi də Afrikada mühüm bir mövqe əldə etdi. AB-nin Türkiyəyə ehtiyacı var. AB yaxın gələcəkdə Türkiyənin qapısını özü döyəcək” dedi. Türkiyə son üç ildə Afrikada 14 yeni səfirlik açaraq sayını 27-yə yüksəltdi. Gələn il isə 6 səfirlik açılması planlaşdırılır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message