ABŞ-ın “Cornell Universiteti”ndə Dostluq İftarı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » ABŞ-ın “Cornell Universiteti”ndə Dostluq İftarı

ABŞ-ın “Cornell Universiteti”nin alimləri və İthaca bölgəsindən təxminən 150 tanınmış qonaq, universitetin “Willard Straight Hall-Memorial” salonunda iftar yeməyində bir araya gəldi. “Cornell Rumi Society” tərəfindən təşkil edilən Ramazan dostluq proqramında ayrıca “Sülh və Rumi dialoq” mükafatları verildi.

İftar proqramı “Cornell Rumi Society”nin Rəhbəri Yusuf A. Bozkurtun açılış nitqi ilə başladı. Türkiyə və Ramazan mədəniyyəti haqqında sinevizyon təqdimatı keçirildi. İkinci hissədə “Sülh və Rumi Dialoq” mükafatları təqdim edildi.

Sülh mükafatına İthaca Bələdiyyə Başçısı Carolyn K. Peterson və Universitetinin Yaxın Şərq Fakültəsinin Dekanı Professor Kim Haines-Eitzen layiq görüldü. İthaca Bələdiyyə Başçısı Peterson Ithaca şəhərinin fərqli din və mədəniyyətlər baxımından zəngin olduğunu və burada 60-a yaxın millətin nümayəndəsinin yaşadığını söylədi. Bunun İthacanın sülh və ehtirama qucaq açdığının göstəricisi olduğunu qeyd edən Bələdiyyə Başçısı Peterson “Cornell Rumi Society”yə belə bir proqramı “Cornell Universiteti”ndə həyata keçirdiyi üçün təşəkkür etdi.

Universitetinin Yaxın Şərq Fakültəsinin Dekanı Professor Kim Haines-Eitzen isə “Cornell Rumi Society”ni tərtib etdiyi fəaliyyətlərə və mədəni zənginlik ehtiva edən proqramlar təşkil etməsinə görə təbrik etdi. Dekan Kim Haines Eitzen: “Belə mədəni zənginliklərin İthaca “Cornell Universiteti”ndə toplandığı üçün çox xoşbəxt olduğunu,” -dedi.

“Cornell Universiteti” Dekanı David J. Skorton isə universitet şəhərciyində dinlərarası dialoq və mədəniyyət sahəsində fəaliyyətlərinə görə “Rumi mükafatı”na layiq görüldü. Dekan adına proqrama qatılan Dekan Müavini Thomas W. Bruce mükafatı alarkən dekanın göndərmiş olduğu təşəkkür ismarıcını oxudu.

Sufizm və Rumi haqqında tədqiqatları ilə tanınan “Georgia Universiteti”ndən Professor Alan Godlas da gecədə: “Mövlana Cəlaləddin Rumi-İslamda Sevgi və Ruhi Dəyişmə” adlı bir çıxış etdi. Professor Alan Mövlana Cəlaləddin Ruminin fəlsəfəsinə bağlı, təmənnasız və heç bir qarşılıq gözləmədən sevmənin necə də sonsuz bir sevgiyə səbəb olduğunu anlatdı. Hz. Məhəmmədin (s.ə.s) hədislərindən nümunələr verdi. Professor Alan ayrıca çıxışında Fəthullah Gülən Xoca Əfəndinin sufizm haqqındakı fikirlərini də dilə gətirdi. Professor Alan Godlasın çıxışından sonra oxunan azanla birlikdə yemək yeyildi.

Yeməyin arxasından Atakan Sarı və Mahbud Burton tərəfindən Türk sufi musiqisi konserti verildi. Proqramın sonunda isə əbru sənətçisi Bingül Sevimli canlı olaraq əbru nümayiş etdirdi.

“Cornell Rumi Society” tərəfindən təşkil edilən Ramazan dostluq proqramına; “Cornell Graduate studies”, “Cornell United Religious Work”, “Yaxın Şərq Tədqiqatları Bölümü”, “Sülh Fəaliyyətləri Bölümü”, “Einaudi Mərkəzi”, “Beynəlxalq Tələbə Proqram Dairəsi”, “Cənub Asiya Proqramı”, “Cənub-Şərq Asiya Proqramı”, “Avropa Tədqiqatları”, “Afrika Mərkəzi”, “Cornell Universiteti Proqramlaşdırma Dairəsi”, “Müqayisəli Müsəlman Birlikləri Komitəsi”, “Din Mərkəzi”, “Etik və İctimai Siyasət” ilə “Alp Travel” sponsorluq etdi…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message