“Zaman” niyə gündən-günə yüksəlir?

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » “Zaman” niyə gündən-günə yüksəlir?

Keçmişdə abunə fəaliyyətləri ilə bağlı demişdim ki: “Zaman”a sahib çıxan oxucularımız onda axtardığı dəyərlərini tapır, tapa bilmədiklərini də əlverişli şərait yarandıqca tapacaqlarına inanırlar. Bu inamla da “Zaman”ın inkişafına dəstək olmaqda əzmli və qərarlıdırlar. Yetər ki, biz dəyərlərə sahib çıxmaq əzmimizi artıraraq davam etdirməkdən çəkinməyək…

Məhz bu ortaq dəyərlərə görə biz qəzetimizi xalqımızın xoş qarşılamadığı ədəbsiz şəkillərlə doldura bilmərik. Toplumu cəbhələrə bölən, bir-birindən uzaqlaşdıran, ayrı-seçkilik məzmunlu yazılara yer vermərik. Bizim kimi düşünməyənləri gözdən salmaq məqsədilə təxribat mahiyyətli xəbərlərlə ölkədə gərginliyə səbəb olmarıq. Yəni dialoq və tolerantlıq anlayışımızı qoyub ölkə daxilində bir-birinə nifrət edən kütlələr formalaşdırmağa təşəbbüs göstərmərik..

Məhz bu xoşgörülü üslubumuzu görən diqqətli oxucularımız “Zaman”ı hər keçən gün daha geniş kütlələrə tanıtmağı, ölkənin birliyinə kömək edən qəzetçilik xidməti bilib bizə sahib çıxır, bunda da yanılmırlar.

Gəlin Fəthullah Gülənin “Fikir atlası” kitabındakı “Qəzet və jurnalistika haqqında” yazısında əksini tapan jurnalistika anlayışına birlikdə baxaq, jurnalistikada hansı prinsiplərə riayət etməliyik, bir görək:

Qəzet, radio, televiziya, jurnal, və s. vasitələrdən istifadə edərək insanlara faydalı olmaq üçün atılan addımlar əvvəla çox sağlam təməllər üzərinə oturdulmalıdır. Əgər bu məsələdə sağlam əsaslar müəyyən edilməz və mövzu sağlam strategiyalarla əsaslandırılmazsa, bunun insanlara faydadan çox zərər vermə ehtimalı var…

Zənnimcə, Qərbdə, qəzetə verilən ilk ad ümumiyyətlə, “Jurnal” olmuşdur. Bunun dilimizdə mənası “ara vurmaq”, “ayıbları açıb tökmək”, “dedi-qodu etmək” olmalıdır, bildiyim qədər. Belə jurnalistika bəzən xalqı məlumatlandırsa da, təməlində insanların kirli paltarlarını ortaya tökmək, gizli işlərini faş etmək və maraq oyadan şeylərlə oxucu tapmağa çalışmaq.. kimi mənfəətlərə bağlıdır…

Əfsuslar olsun ki, bu jurnalistika anlayışı dünyanın hər yerində olduğu kimi, bizim dünyamıza da olduğu kimi gətirilmiş və qəbul da edilmişdir. Bu, İslami əsaslarla ziddiyyət təşkil etsə də, təəssüf ki, müsəlmanlar arasında öz təsirini davam etdirir. Bu yaxınlarda bir dostum ideal jurnalistika üçün, “Bəzi istedadlı insanların “Waşinqton Post”, “Times”, “Le Figaro” kimi qəzetlərdə işləməsi lazımdır”, tezisini irəli sürdü. Əslində, bu dəyərləndirmə bir mənada doğru idi. Çünki jurnalistika hal-hazırdakı missiyasına görə, əlbəttə, onlardan öyrənil­ərdi.

Ancaq yalan üstünə bina edilmiş, yalan dolu xəbər şəbəkəsinə bağlı bir dünyadan həqiqətə tərcüman olmağa çalışan insanların çox şey öyrənməsi də mümkün deyil.

Bizə görə (jurnalçılıq), yəni qeybətçilik, milləti bir-birinə vurma, sui-zənn etmə Allahın qadağan etdiyi çirkin əməllərdir.. Biz mühakiməsiz edam verə bilmərik.. heç kəsin isməti, şərəfi, namusu ilə oynaya bilmərik.. inancımıza əsasən bunların hamısını haram qəbul edərik..

Elə isə müsəlmanlar öz dəyərləri əsasında bir jurnalistika anlayışı ortaya qoymaq məcburiyyə­tindədir!..

Deməli, “öz dəyərləri əsasında bir jurnalistika anlayışı ortaya qoymaq əzmində olan oxucularımız “Zaman”a bu əzmkarlığa görə sahib çıxır, onu daha geniş kütlələrə tanıtmağı ölkənin birlik və bərabərliyinə kömək edən nümunəvi bir jurnalistika xidməti hesab edir. “Zaman”ın tirajını bir milyona çıxarmaq üçün də hazırdır.

Bu vəfalı və əzmkar oxucularımıza “Uğurlu olsun!” deyir, belə birləşdirici anlayışla xidmət etmək istəyən həmkarlarımızın da eyni isti münasibəti görməsini arzu edirəm.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message