Xoca Əfəndi Dönəcəkmi?

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Xoca Əfəndi Dönəcəkmi?

Fəthullah Gülən Xoca Əfəndiyə təkrar verilmiş bəraət qərarı hamımızı sevindirdi və bizi ümidləndirdi. Bu qərar ədalət mövzusunun bir nömrəli ictimai müzakirə obyektinə çevrildiyi bir zamanda hər kəsə məlhəm oldu.

Demokratiyada hər təşkilat müzakirəyə açıq və hesab verə bilmə prinsipinə görə işləyir. Sadəcə rəhbərlik, ya da qanunvericilik orqanları nümayəndələri deyil, bürokratiya, yerli idarə orqanları, iqtisadi təşkilatlar, hətta mülki təşəbbüskarlar belə bu şəffaf müzakirə mühitinə daxildirlər. Lakin mövzu ədalətdən gedirsə, onun ətrafında meydana gələn şübhələr hamımızı, hər şeyi alt-üst etməyə qadirdir. Hüququn aradan qalxması deyil, hüququn əskik, ya da ağır işləməsi də deyil, hüquq barədə ən kiçik, hətta qeyri-ciddi bir şayiə belə ictimai etibarı sarsıda bilər. Çünki ədalət cəmiyyətdə ən həyati məsələ, ən alt təbəqədəki vətəndaşın belə ən əsas tələbatıdır. Bir yetimin gecə açıq qalan üstü qədər, məscid həyətinə atılmış qundaqdakı körpənin ürək sızladan üşüməsi qədər ən təməl ehtiyacdır ədalət. Su kimi, hava kimi, çörək kimi… Yəni, ədalət barədə şübhələrin qarşılığı eynilə aclıq, susuzluq, çılpaqlıq qədər yoxsulluğun işarəsidir…

Əvvəlcə Ankara 11-ci Ağır Cəza Məhkəməsi, sonra isə Ali Məhkəmənin 9-cu cəza dairəsinin verdiyi bəraət qərarını hüquq və sosioloji sahələrin mütəxəssisləri qiymətləndirəcək. Hətta ədalətin öz-özünü töhmətə saldığı bu günlərdə, Gülənə verilən bəraət qərarının yeni və ümidli bir dövrə işıq saçdığını da deyəcəklər. Heç olmasa, mən bir hüquqşünas olaraq buna ümidvaram.

Lakin bu gün bəhs etmək istədiyim başqa mövzudur. Xoca Əfəndinin geniş və səmimi söhbətini oxuyarkən, bütün sosioloji şərhləri keçirəm. Cümlələrində bir körpə saflığı ilə axan pak vətən həsrəti, qürbətdə həsrətdən sızlayan könül və çox bildirməsə də, qovuşmaq diləyən əhval-ruhiyyəsi mənə çox təsir etdi…

Onunla tanış deyiləm. Camaatından da deyiləm. Təəssüf ki, başqa bir camaatım da yoxdur. Amma qələmə aldığı dua məcmuəsini (Qulubud-dariya) hər gecə oxuyarkən, sanki heç getmədiyi, həmişə burada olduğu düşüncəsinə qapılıram. Mənə elə gəlir ki, sanki mən onu tanıyıram. Hətta bir gün göz-gözə gəlsək, sanki o da məni tanıyacaq. Yəqin yaş ötdükcə, ayrılıq, ölüm, xəstəlik, qürbət sizə daha da yaxınlaşdıqca belə olur. Pıçıltı ilə gecə boyunca tənha etdiyiniz dualar sizə sirdaş olur. Üzünü heç görmədiyiniz ruhlarla ünsiyyət və dostluq qurursunuz. Mən Xoca Əfəndini heç görməmişəm.

Xoca Əfəndi bu gün dünyaya yayılmış minlərlə könül qəhrəmanının, müəllimin və idealistin göz bəbəyidir. Şübhəsiz ki, bu sevgi dalğası eyni zamanda onun üzərində böyük bir məsuliyyətdir. Bu ağır məsuliyyəti hiss edərək söyləndiyi sözləri, eyni zamanda milyonlara təskinlik verən bir təvazökarlıq nümunəsi olaraq oxudum müsahibəsində. Ona qarşı həyata keçirilən bütün haqsız və yorucu təzyiqlərə, qoparılan fırtınalara: “Haqqım halal olsun” -deyərək cavab verən səbrinə də məsələn, heyran qaldım. Lakin bu halallaşmanın kiçik bir qeydi də var; “Allahın və Peyğəmbərin haqqı başqa, o haqqı qovuşduracaq olan məhkəmə bizi aşar”, -deyə qısa bir qeyd…

Mənim kimi hüquqi mübarizə və mülki təşəbbüskar dili üzərində gedənlərə çox da yaxın olmayan bir üslübdur bu. Amma nə yalan danışım, dini baxımdan qibtə ediləcək, nümunə götürüləcək birini də xatırlatdı mənə. Hz. İsanı, məsələn. “Bilsə idilər etməzdilər, bilmədikləri üçün zülm edirlər” -deyən günahsız və məzlum Ruhullahın müsəlmanlar olaraq hamımıza əmanət etdiyi çətin və səbir tələb edən bir yoldur bu… Bütün dünya haqsız-haqsız və qəzəblə üzərinizə hucum edəcək və siz hələ də mütəbəssim və təvazökar bir üslubla ümidin və sülhün tərəfində olacaqsınız… Xoca Əfəndinin üzlət və təqvalı halı insanda olduqca böyük təəssürat oyadır. Bütün bunlarla müqayisə edəndə, özümü bir daha səbirsiz və əsəbi görürəm… Bəlkə onun bu halının müqavimətsizlik, təzyiqə boyun əymə, zülüm qarşısında səssiz qalma olduğunu düşünənlər də olacaq. Amma mən bu mövzunu Xoca Əfəndinin müsahibə boyunca təkrar etdiyi: “Allah Riza”sı mülahizəsi ilə əlaqədar dəyərləndirilməsini istəyirəm. Başa gələnlərin nəticə etibarilə, qədər və imtahan olduğu inancı, bizim kimi zülmə və zalıma etiraz edənlər üçün çox əhəmiyyətli bir şüar olmalıdır.

“Mən öz ölkəmin övladıyam; xaricdən idxal edilmiş və millətin başına bəla olmuş tüfeylilərdən deyiləm. O ölkənin övladıyam mən. Onun bir ovuc torpağını dünyalara dəyişmərəm. Bütün Amerikanı versələr, Qorucuq kəndi (öz kəndi) yoxsul bir kənddir, mən o kəndi vermərəm” -deyərkən içində coşan o tərtəmiz uşaq ruhu… Tezliklə vətəninə qovuşmaq istəyən qərib çiçəkləri kimi, həsrət çəkdiyi vətəninin dağı, daşı üçün alışıb-yanan bir insanın dünyası deyilmi bu?

“Yəhya Kamalın bir şeirində deyildiyi kimi: “Bizdən olmayanlar bizi anlamazlar.” Bütünlüklə o torpağın övladı olmaq, o torpağı qoxuluya-qoxuluya yetişmək, əyilib onun çaylarından su içmək, onun çöllərində qaçmaq, onun çiçəklərini qoxlayaraq böyümək, Anadolunu bilmək, tanımaq əsasdır. Gərək bu yurdda bunları yaşayıb, bu ruhda yetişsinlər ki, sizin hissiyyatınızı da anlasınlar. Sizdən olmayanlar sizi anlaya bilməzlər” -deyir qürbətin, sürgünün verdiyi ürək ağrısı ilə…

Onun vətən üçü çox darıxdığını, bir uşağın anası üçün darıxdığı qədər həsrət çəkdiyini düşünürəm. “Burnumun ucu göynəyir” -deyərdi nənəm. Sosiologiya və hüququn anlaya bilməyəcəyi bir cümlədir bu. Bilirəm, amma mən bunu hiss edirəm.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message