Somadan Pensilvaniyaya sıçrayan qığılcım

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Somadan Pensilvaniyaya sıçrayan qığılcım

Somadan Pensilvaniyaya sıçrayan qığılcım

Salona girəndə möhtərəm Xocaəfəndi bir balaca yuxusuz və olduqca kədərli görünürdü. Göz-gözə gələr-gəlməz: “Soma”, – dedi. Bir qədər susdu, gözləri nəmli idi: “Hislərim tarıma çəkilib; inanın, bütün gecə gözümə yuxu girmədi!” cümləsi ilə davam edi; “Gün ərzində o qədər tərlədim ki, mübaliğə olmasın, yarım saatda bir paltar dəyişdirmişəm!” sözü ilə qəlbinin/zehninin hələ də odu sönməyən mədəndə və qovrulan ürəklərdə olduğunu dilə gətirdi.

Somanın yetimləri

Fəthullah Gülən Xocaəfəndi Somada baş verən faciənin xəbərini alanda dərin kədərə qərq olmuş, dərhal bir başsağlığı vermiş və xalqımızı duaya səsləmişdi. İllərlə hər axşam namazından əvvəl 40 dəqiqəlik dua oxuma saatında və digər minacət dəqiqələrində artıq onun və yanında qalanların birinci mövzusu Soma olmuşdu. Üstəlik möhtərəm Xocamızın tələbi və iştirakı ilə burada da Soma şəhidlərinin ruhuna qiyabi cənzaə namazı qılınmışdır.

Ancaq KİV vasitəsilə uzaqdan müşahidə etdiyimiz bu böyük fəlakətin ağrısını səngitmək üçün daha çox çalışmaq lazımdı. Başda Bosniya və Hersoqovina olmaqla Balkan ölkələrinin son 120 ilin ən böyük sel fəlakəti ilə üz-üzə qaldığını da öyrənən Xocaəfəndi məqalənin başında qeyd etdiyim bir neçə cümlədən sonra telefonu əlinə aldı. Bir gün əvvəl “Kimsə Yoxmu” dərnəyinin Somaya yardım kampaniyasına pul bağışlayacağını söyləmişdi, bu gün də ABŞ-da fəaliyyət göstərən humanitar yardım qurumumuz olan “Embrance Relief”in idarəçilərinə zəng vurdu; 5000 dollar Soma, 5000 dollar da Bosniya və Hersoqovinaya bağışladı.

Qiymətli Xocamız “Gizlin verilən sədəqə/yardım daha fəzilətli deyilmi?” kimi fikirlərin qarşısını almaq üçün telefonun dəstəyini qoyub bir hədis oxudu: Peyğəmbərimiz (aleyhi əkməlüt-təhaya) buyurur ki: “Sədəqəni gizlin vermək daha fəzilətlidir. Ancaq başqalarına nümunə olmasını və onların da saleh əməl işləməsini istəyən insan üçün açıq vermək daha fəzilətlidir.”

Sonra yenə uzun bir səssizlik oldu, Xocaəfəndi köks ötürdü və bu sözlərlə səssizliyi pozdu: “Xəbərlərdə gördüm: “Son nəfəsi namazda verim!” düşüncəsi ilə palçıqla dəstəmaz alıb namaza duranlar var imiş!”

Soma şəhidləri

“Şəhidlik gözü yaşlı ailələr üçün təsəlli ola bilərmi? Bunu dilə gətirmək olarmı?” deyə sual verdik.

Hüzünlü bir səs tonu ilə cavab verdi Xocaəfəndi: “Kaş, səbəblərə riayət edilə, lazımi tədbirlər alına və bu bu faciələr baş verməməydi. Heyhat!… Təəssüf ki, olan oldu və millət olaraq dərindən sarsıldıq. Bundan sonra yaralara məlhəm olmaq, bu hadisədən dərs götürmək və bu kimi faciələrin bir daha qarşılaşmamaq üçün lazımi tədbirlər görmək lazımdır.”

Möhtərəm Xocamız: “Şəhidlikdə əsas amil imandır” deyərək sözə dava etdi. Şəhidlərin üç hissəyə bölündüyünü bildirdi:

İleyi-kəlimətullah (Allahın adını ucaltmaq) yolunda və müharibə meydanında vəfat edən və ya mal, can və namusunu qoruma zamanında haqsız yerə öldürülən insanların həm dünya, həm də axirət şəhidi sayıldığını, bu şəhidlərin yuyulmadan, kəfənlənmədən, əyinlərindəki qanlı paltarlarla dəfn edilməsi lazım gəldiyini söylədi.

Ürəkdən inanmasa da, müsəlman görünən və müsəlmanların tərəfində döyüşüb öldürülən insanların da dünyəvi kriterilər baxımından şəhid sayıldıqlarını, ancaq belə insanlara Allahın dərgahında şəhid savabı verilməyəcəyini, belə ki, Rəsuli-Əkrəm Peyğəmbərimizin Uhud döyüşündə müsəlmanlar arasında ölən Kuzman adlı şəxs haqqında: “O, cəhənnəm əhlidir!” buyurduğunu söylədi.

Bəzi insanların cənazəsi digərləri kimi yuyunub kəfənlənsə də, Haqqın dərgahında şəhid sayıldıqlarını və şəhid mükafatına nail olacaqlarını söylədi. Peyğəmbərimizin bu sözlərini axtırlatdı: “Beş növ şəhid var: vəba xəstəliyindən, daxili orqanların xəstəliklərindən, suda boğularaq, dağıntı altında qalaraq və Allah yolunda ölənlər.” Hədislərdə halallıqla ailəsinin ruzisini təmin edərkən ölən, elm uğrunda can verən, doğumda dünyasını dəyişən, qarın ağrısından, yaxud da apendisitdən vəfat edən möminlərin də şəhid olduğuna dair məlumatların yer aldığını söylədi.

Somada baş verən faciədə rəhmətə gedən möminlərin də, inşallah axirətdə şəhidlər sırasına girəcəyini və bunun yaxınları üçün böyük bir təsəlli olması lazım gəldiyini vurğuladı.

Soma və cinayətin bir başqa növü

Bununla yanaşı, baş vermiş hadisənin “alın yazısı” və “şəhidlik” sözləri ilə unutdurula bilməyəcəyini, bu andan etibarən mütləq dərin tədqiqatlar, hərtərəfli analizlər, geniş layihələr və tədbirlər ortaya qoymağın zərurətindən danışan Xocaəfəndi, xüsusilə yetim qalan uşaqları qoruma məsələsinə diqqət çəkdi. “Kimsə Yoxmu” dərnəyi tərəfindən başladılan nümunəvi fəaliyyətlər kimi müəyyən xeyriyə fəaliyyətlərlə boynu bükük qalan uşaqlarla yaxından maraqlanmağa və oxuduqları müddət ərzində təhsil xərclərinin qarşılanmasına səslədi.

Digər tərəfdən baş verən fəciənin hüquqi yöndən ciddi şəkildə araşdırılması, səbəbkarlar haqqında cinayət işinin açılması, cinayətkarların cəzalandırılması və bundan sonra oxşar hadisələrə səbəb olacaq faktorların qarşısının alınması üçün qanunların gözdən keçirilib yenidən şəkilləndirilməsinin lazım gəldiyini dilə gətirdi. Xocaəfəndi İslam dinindəki hökmlərin əsas məqsədinin zəruriyyəti- xəmsə deyilən “din, can, nəsil, mal və ağlın qorunması” olduğunu deyərək insan həyatına qəsd edilən hər cür cinayətə dərəcəsinə görə “qisas”, “diyət” və “kəffarə” adları altında müxtəlif cəzaların verildiyinə işarə etdi. Nəbilər Sərvəri Peyğəmbərimizin dövründə baş vermiş döyüşlərin cəmində sadəcə 160-170 səhabənin şəhid olduğunu, bunun səbəbinin təkcə o dövrün şərtləri ilə deyil, İslam dinin insan həyatının qorunmasına verdiyi əhəmiyyətlə də əlaqəsinin olduğunu vurğuladı.

Somada baş verən faciənin bəzi yönləri etibarilə İslam hüququndakı “təsəbbübən qatil” (səbəb olmaq surətilə öldürmək) kateqoriyasına daxil olduğunu, səbəblərə riayətin Allaha qarşı hörmətin gərəyi, səbəbləri gözardı etməyin isə həm Haqqa hörmətsizlik, həm də məsuliyyət sayıldığını dilə gətirdi. Haqsız yerə kimisə qətl etməkdən, yaxud da qətlinə səbəb olmaqdan tir-tir titrəyərək qorxmağın zəruriliyini, səbəbkarların burada olmasa da Haqqın dərgahında mütləq cəza çəkəcəklərini bildirərək bu Quran ayəsini xatırlatdı: “Hər kəs yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (“Maidə” surəsi, 5/32)

Möhtərəm Xocamız söhbətinin axırında faciə qurbanları haqqında – səbəbi nə olur olsun – “layiqini tapdılar” deməyin qətiyyən yanlış olduğunu vurğulayaraq: “Hamı belə vəziyyətdə çox gərgin olur, iynənin ucu ilə toxunsanız belə, çuvalduz batırılmış kimi təsir edər və o ölçüdə qarşılıq görərsiniz. Bundan başqa o cür mülahizələr müsibəti iki qat artırır” – dedi və əlavə etdi: “Nə bilmək olar, bəlkə də hər birimizin günahı var. Hamı özünü sorğu-suala çəkməli və öz günahına tövbə etməlidir”

Soma faciəsində dünyasını dəyişən işçilərə bir daha Cənabi-Allahdan rəhmət və məğfirət diləyir, yaralılara şəfa niyaz edir, zərər çəkənlərin ailələrinə, yaxınlarına və millətimizə səbri-cəmil diləklərimizi çatdırırıq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message