Fəthullah Gülənlə qəhvəaltı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Fəthullah Gülənlə qəhvəaltı

Əvvəlki yazılarımda da qeyd etmişdim, 18 sentyabr şənbə günü səhər çağı Nyu Yorkdan Pensilvaniyaya bir qrup jurnalistlə (Mən, Cüneyt Özdemir, Ferhat Boratav, Bejan Matur) yola çıxdıq. Əsərlərindən, söhbətlərindən tanımağa çalışdığım Fəthullah Güləni nəhayət görəcəkdim, nəhayət, neçə ay çəkən səylərdən sonra görüş siyahısında olan minlərlə jurnalisti qabaqlaya bilmişdik. Narahatdım da, çünki hər ilk tanışlığa gedərkən hiss etdiyim normal narahatlığa bir də “Birdən, davranış normalarına vərdiş etmədiyim bir mühitdə səhv bir hərəkətim olar, görəsən, düzgün davrana biləcəyəmmi?” əndişəsi əlavə olunmuşdu.

Bu hislərlə başladı saat yarım sürən yolumuz. Olduqca gözəl bir təbiətin içindən keçir Pensilvaniyaya aparan yol. Xüsusən də payızda təbiətin bir möcüzəsinə çevrilir buralar. Ağaclar qırmızının hər çalarına bürünür, ortaya əntiqə bir sənət əsəri çıxır. Bu gözəl və sakit təbiət mənzərəsi narahatlığımı bir az azaltdı.

Nəhayət evin yerləşdiyi qəsəbəyə çatdıq. Evin ətrafını bürüyən təbiət mənzərəsi olduqca gözoxşayan idi. Sonradan öyrəndim ki, evin kiçik otağında bir növ münzəvi ömür sürdüyünü deyən Fəthullah Gülən çox nadir hallarda çölə çıxıb bu gözəlliyi görərmiş, hətta o evin sakinləri mənə Gülənin həyətdəki kiçik gölün yanına 13 ildə sadəcə iki dəfə düşdüyünü dedilər.

Fəthullah Gülən bizi qarşılamaq üçün qapının eşiyində gözləyirdi. Ənənəvi nəzakət sözlərindən və əl görüşəndən sonra əvvəlcə bizi qonaq otağına dəvət etdi, oturduq. Heç bir siyasi mövzuya girmək istəmirdi, buna görə də hamımızda sual vermə narahatçılığı vardı.

Sonra bizi qəhvəaltı masasına dəvət etdi.

Bir də gördüm ki, mənə masanın başındakı yer qalıb. Dərhal: “Başda mənim oturmağımm düzgün olmaz,” – dedim. Fəthullah Gülən: “Bizdə belə adətdir, siz oturun oraya,” – dedi. Utana-utana da olsa, oturdum.

Sonra söhbətimiz başladı.

Qarşılıqlı şəkildə özümüzü sıxdığımıza görə, sual-cavablar heç cür arzu etdiyimiz axara düşmürdü. Zarafatcıl xasiyyətimiz işə salıb abı-havanı bir az yumşaldana qədər bu belə davam etdi.

Güləni güldürdüyüm an

Fəthullah Gülən əsgərlik xatirələrini danışırdı. Mən onun çevrilişə cəhd edən Talat Aydemirin bölüyündə əsgərlik etdiyini eşidincə özümü saxlaya bilməyib: “Siz də mi çevriliş tərəfdarı idiniz!” dedim. Bu zarafatım Fəthullah Güləni güldürdü və yeni tanış olan insanların təbii narahatlığı bir anda yox olub getdi.

Daha sonra “Türkiyədən ötrü darıxırsınızmı?” sualına “Elə bir an yoxdur ki, Türkiyəni düşünməyim” deyə cavab verdi.

Bir çox şəhərdə, bölgədə yaşadığını nəzərə alıb ən çox hara üçün darıxdığını soruşanda isə “İzmir üçün çox darıxmışam” cavabını verdi.

Referendumda “xeyr”lə məşhur olan sahil bölgəsinin lideri İzmirin Fəthullah Gülənin xəyallarını süsləməsi və qayıdarsa, İzmirdə yaşamaq istəyəcəyi təəssüratını oyatması içimdən “Bundan yaxşı manşet olardı” həyəcanını keçirdi.

“Türkiyəni görmək istəyirsiniz?” sualının cavabında isə layiq olduğu qədər qüdrətli, dünyada layiq olduğu səviyyədə hörmət görən bir Türkiyə düşündüyünü bildirdi.

Onun adından hərəkət etdiyini deyən insanların davranışlarından narahat olub-olmadığı sualına “Bizdə iyerarxiya yoxdur” deyərək cavab verməyə başladı və bununla bəzi şeylərə nəzarət etmə imkanının olmadığına eyham vardı.

Sualımıza dəqiq bir cavab almasaq da, adından istifadə edib yanlış iş görənləri xoş qarşılamadığı təəssüratını oyatdı məndə.

Gülən terror məsələsi ilə bağlı çox baş yorur, bunun qarşısının necə alınması barədə düşünür, bölgələrdə açılan məktəblərdə fəaliyyət göstərən camaat mənsublarının təhlükə altında olması onu çox narahat edir.

Bu vaxt Gülən Amerika konqresində “Mavi Mərmərə” gəmisini təşkil edən “İHH”-nin “terrorist təşkilat” kimi tanınması ilə bağlı irəli sürülən təklifi yaxından izləyir, hətta mənə “Yoldaşlarım, mənə təklifin qəbul edildiyini söylədilər,” – dedi.

Oradan ayrılanda “bu söhbət fotoşəkilli bir müsahibə olsaydı, necə xoşbəxt olardım” – deyə öz-özümə düşünərək çıxdım yola. Elə Cüneyt Özdemir də söhbətin çəkilişsiz keçməsinə kədərlənmişdi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message