Rıbakovun Pəncərəsindən Dünyanın Gələcəyi

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Rıbakovun Pəncərəsindən Dünyanın Gələcəyi

Rusiya Elmlər Akademiyasının üzvü Ordinaryus Professor Rostislav Rıbakovu, xüsusilə də Bolqarıstanda demək olar ki, tanımayan yoxdur. Sosioloq, siyasətçi və şərqşünas olan Rıbakov, dünyada öz sahəsində böyük nüfuza malik bir mütəxəssis kimi məşhurdur. Rıbakov ötən həftə Bolqarıstan səfərində idi. Bu səfərin səbəbi isə Fəthullah Gülən Xoca Əfəndinin “İnsanın Mahiyyətindəki Sevgi” adlı kitabının Bolqar dilinə tərcüməsinin təqdimat mərasimi idi.

“Trud” qəzetinin nəşriyyatında işıq üzü görən kitab böyük maraqla qarşılanaraq nəşriyyatın ən çox satılan kitab siyahısının ikinci sırasında öz yerini aldı. Bolqarıstan sabiq prezdenti və Balkan Siyasət Klubunun Rəhbəri Jelyü Jelevinin də çıxış etdiyi təqdimat mərasimində geniş ziyalı təbəqəsi bir yerə toplandı. Təqdimatdan bir gün sonra Plovdivə baş çəkməyə gələn Rıbakovla bir gün boyunca söhbət etmə fürsətim oldu. Rus ədəbiyyatından; Puşkindən Tolstoydan söz açdıq. Dünyada baş verən hadisələrdən danışdıq. Təəssüratlarımı sizinlə də paylaşmaq istəyirəm.

Rıbakova soyuq müharibədən sonra dünyada baş verən ictimai və siyasi hadiəslər; 11 sentyabrdan sonra iflasa uğrayan Amerikanın İraq və Əfqanıstanı işğal etməsini və dünyanın gələcəyi barədə sullar verdim. Rıbakov 20-ci əsrdə Sovetlər Birliyinin dağılmasından sonra Amerikanın yeganə hegemon güc olduğunu, hələ də bunun keçərli olduğunu deyir. Bu müddət ərzində Rusiya yenidən Amerikaya alternativ hegemon güc olaraq önünə çıxmışdır. Yeganə bir fərqlə, o da ki Amerika get-gedə qatı bir dövlət sisteminə bürünərək köhnə Sovet Rusiyaya bənzəməyə doğru addımlar atarkən, Rusiya kapitalistləşərək Amerikanın köhnə yerini alır. Yəni rollar dəyişilir. Çin, Hindistan və Yaponiya güclənir. Onun təxmininə görə bu ölkələr gələcəkdə dünyanın hegemon gücü olacaqlar. Bu uzaqgörənliyinə: “Əgər dünyanın gedişatı belə davam etsə” şərtini də əlavə edir Rıbakov. Plovdiv Mövləvixanasında neyin həzin sədaları altında Rıbakov: “Lakin mənim dünyanın gələcəyi ilə bağlı başqa bir ümidim var,” – deyə mövzuya başqa yöndən yanaşır. Bəlkə bunu görməyə ömrüm çatmaz, ancaq gənc nəslim mütləq görəcəyinə inanıram dediyi ümidinə gəlin qulaq verək: “İnanıram ki, gələcəkdə hal-hazırda böyük sarsıntı keçirən mənəvi dəyərlər yenidən güclənəcək. Yeni bir görüş ortaya çıxacaq. Bu görüşdə ümumbəşəri və insani dəyərlər ön plana çəkiləcək. Yaxşı bəs bu necə olacaq, sualına Ribakovun cavabı isə belədir: “Bu yolu Gülən Hərəkətı açacaq”. Gülənin fikirlərindən bəhrələnərək dünyanın bütün coğrafiyalarında açılmış məktəblərin o ölkələrin yerli dəyərlərinə, milli və mənəvi dəyərlərinə, bundan daha önəmlisi ümumbəşəri insani dəyərlərə əhəmiyyət verən dünyagörüşü ilə ixtilaflardan bezmiş bəşər üçün yeni bir ümid olduğunu deyir Rıbakov. Əksinə bütün mədəniyyətlərin öz kökü və insani dəyərləri ilə yenidən tanış olacağını əlavə edir. Dialoq və töleranlıq anlayışı ilə toplumların bir-birini daha yaxşı anlaya biləcəyini ifadə edir. Gülənin öz şəxsiyyətini ön plana çıxarmayan, idealları ilə yaşayan bir lider olduğunu deyən Ribakov onun öhdəsinə götürdüyü ən böyük məsuliyyət isə fanatizmə etiraz olduğunu vurğulayır. Rıbakovun ifadə etdiyi kimi, 150 il əvvəl kim deyə bilərdi ki, Ruslar, Bolqarlar və Türklər keçmişi bir yana qoyub eyni amal ətrafında bir araya gələcək. Bəli qloballaşan dünyada bütün ixtilafları arxada qoyaraq gələcəyə baxmaq çox önəmlidir. Bundan daha da önəmlisi, sürətlə dəyişən dünyanın gələcəyinə ümidlə baxmaq. Ondan da önəmli olan isə yenidən formalaşan dünyaya bizim qatqılarımızdır. Bir qatqımız varsa: “Yaxşılıq etdinsə, boş yaşamamısan” deyən Bolqar sənətçisi Emil Dimitrovu təsdiqləmiş olacağıq. “Dəyişən dünyada mən nə edə bilərəm” deyib yola düşmək önümüzdə duran ən məntiqli həll yoludur.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message