Peyğəmbər yolunda zorakılığa yer yoxdur

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Peyğəmbər yolunda zorakılığa yer yoxdur

Fəthullah Gülən: Peyğəmbər yolunda zorakılığa yer yoxdur

Müsəlmanlar hər gün “Ya Rəbbi! Bizi doğru yoldan ayırma” deyə dua edirlər. Bu dua möminlərin ifrat və təfritdən uzaq olmasına, mötədil həyat yaşamasına kömək edir.

Nə hissə qapılmalı, nə də dəyər və inanclarımızın əleyhinə sistemli şəkildə həyata keçirilən təxribatlara qarşı səssiz qalmalıyıq. Peyğəmbərimiz Hz. Məhəmmədin (s.a.s.) mirasına edilən həqarətlərə zorakı yollarla etiraz bildirilməsi bu tarazlığı pozdu. Zorakılıqla (yandırmaqla, dağıtmaqla, öldürməklə) müşayiət olunan etirazlar yanlış və sirati-müstəqimdən uzaq idi.

Müsəlmanlar Peyğəmbəri-Zişana (s.a.s.) edilən təhqirlərə biganə qalmamalı, əksinə olduqca həssas və diqqətli hərəkət etməlidirlər. İslama həqarət edənlər, ola bilsin ki, etdikləri zülmü və ayrı-seçkiliyi haqlı göstərmək üçün cəmiyyətdə mənfi müsəlman imicini formalaşdırmaq məqsədi güdürlər. Müsəlman dünyasında bu kimi şər niyyətli təhrik və qarşıdurmalara zəmin hazırlanması ilk dəfə deyil ki?! Müqəddəs dəyərlərimizə ilk öncə karikaturalarla hücum etdilər, indi də məlum film və bir fransız jurnalında karikatura çəkməklə… Sabah, kim bilir, hansı vasitələrə əl atacaqlar. Müsəlmanlar zorakılığa əl atmaqla onların əməllərinə xidmət etməməlidirlər. Müsəlman qollarını açaraq təhriklərə uyan kütlələrə “dayanın” deməlidir. Peyğəmbərimiz (s.a.s) haqqında deyilən mənfi bir söz müsəlmanı dərindən kədərləndirməlidir. Bu kədəri biruzə vermək isə tamam başqa məsələdir. Məsuliyyətsiz hərəkətlər İslamın nurlu simasını ləkələyər və ən çox da müdafiə etdikləri sünnəyə zərər verər. Belə bir məsələdə hər bir müsəlmanın, Allahın (c.c.), Quranın və Peyğəmbəri-Zişanın haqqı var. Ona görə də heç kim düşüncəsiz hərəkət etməməlidir.

Hər kəs atdığı hər addımın nəticələrini əvvəlcədən ətraflı düşünməli və məsləhətlə hərəkət etməlidir.

Müsəlmanlar özünə sual verməli “Görəsən, İslamı və Peyğəmbərimizi (s.ə.s.) dünyaya layiqincə tanıda bildikmi?” Biz Onu sözlə deyil, əməllə gözəl təmsil edərək insanlarda rəğbət oyada bildikmi? Təmsilin açmadığı qapı yoxdur.

“Əgər “İslam” deyəndə ilk ağıla gələn kamikadzelər olursa, insanlarda İslama qarşı müsbət münasibətin formalaşması mümkündürmü!? Məsum insanların canına qıymaqla tarixdə müsəlmanlara qarşı törədilən barbarlıq arasında nə fərq var?” Liviyada Amerika konsulluğuna hücum edib bu zavallı filmlə heç bir əlaqəsi olmayan səfir və konsulluq işçilərinin öldürülməsini necə izah etmək olar? Əgər bu hücumu törədənlər müsəlmandırsa, demək, İslamdan heç xəbərləri yoxdur. Əslində, onlar bu əməlləri ilə ən böyük cinayəti İslama qarşı işləyirlər.

Müsəlman dürüst və şəffaf olmalı, söz və hərəkətləri daima üst-üstə düşməlidir. Müsəlman öz dəyərlərinə hörmət edilməsini istədiyi kimi, xristianların, yəhudilərin, buddistlərin və digərlərinin müqəddəs dəyərlərinə də eyni hörməti göstərməlidir. Mənfi bir hadisəyə münasibət bildirəndə də sirati-müstəqimə sadiq qalmalıdır. Hər hansı münasibəti bildirməyin düzgün metodu, yolu-yöntəmi var. Məsləhət-məşvərətə və beynəlxalq təşkilatlara müraciət edilsə, daha məqbul yollardan istifadə oluna bilər.

İnsanları zorakılığa sövq etmək məqsədilə planlaşdırılmış bu kimi təşəbbüslər söz azadlığından sui-istifadədir. İnsanların hüquq, etibar və azadlığını pozan bu üsul bəşəriyyəti xaosa sürükləyə bilər.

Bu cür təhriklərə uymaq əvəzinə, bu cür hadisələrin pislənməsi, qarşısının alınması, araşdırılması və məsələlərə aydınlıq gətirilməsi üçün İƏT və ya BMT kimi əlaqədar beynəlxalq təşkilatlara müraciət etmək lazımdır. Təkcə Hz. Məhəmmədin (s.a.s.) deyil, digər müqəddəs şəxsiyyətlərin də zərrə qədər təhqirə məruz qalmaması üçün lazımi tədbirləri görməliyik.

Bəli, Peyğəmbərimizə (s.a.s.) tez-tez edilən bu hücumları qınamaq, pisləmək lazımdır ancaq zorakılıq düzgün etiraz şəkli deyildir. Əksinə, dayanmadan, yorulmadan çalışaraq cəmiyyətdə bütün dinlərin müqəddəs dəyərlərinə hörmət anlayışını yaymağa çalışmalıyıq.

Bu yazı ilk dəfə “Financial Times” qəzetində dərc olunmuşdur.

[widgetkit id=83]

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message