Nursuzluq təhlükəsi

Türkiyədə son ayların gərginliyi təkcə bələdiyyə seçkilərində kimin uğur qazanması ilə bağlı deyil. Hər seçki ərəfəsi vədlər, qovğalar, hətta söyüşlər parlamentli respublika modelində olmazsa-olmaz kimi qarşımıza çıxar. Bu dəfə Türkiyədəki gərginliyin pərdə arxasında uzun illərdir davam edən təkpartiyalı iqtidarın xarizmatik lideri Ərdoğanın bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə qədər hakimiyyətdən uzaqlaşdırılması üçün bütün texnoloji və canlı bombaların işə salınması prosesi durur.

Kimsə bu qədər ciddi ittihamların qarşısında geniş xalq dəstəyi olmasaydı, yaxşı-pis müxalifət mediasının olduğu bir mühitdə bu qədər duruş gətirə bilməzdi. Korrupsiya, qara pulların transferi hər bir iqtidarın təbiətində var və bunun ölçüsünü qaçırmadıqca, cəmiyyət də bu sferada müəyyən davranış manevrlərinə anlayışla yanaşa bilir. Xüsusilə də embarqo altında olan bəzi ölkələrin qara pullarına sahiblənmək üçün dövlətlərarası savaşın dolayı faydasının vicdanlı iqtidarlar tərəfindən cəmiyyətin ciddi problemlərinin bir qisminə yönələcəyi ehtimalını göz önünə gətirərək, “bu pul mənə gəlməsə, qonşuma və ya başqa bir güc mərkəzinə köçəcək” düşüncəsində kifayət qədər haqlılıq payı var. İndi Türkiyədə mübahisə predmeti olan və nazir oğlanlarından götürülən böyük məbləğdə pullar büdcədən oğurlanan vəsaitlər deyil, birbaşa iqtisadi əlaqələr qurması məhdudlaşdırılmış ölkələrin qara sayılan vəsaitlərinin dünyanın əsas sahibləri hesab edilən güclərə axmasını Türkiyənin əngəlləməsindən yığılan pullardır. Bütün bu hərəkətlərin xaricdən yönləndirilən əsas hədəfi Türkiyə cəmiyyətində az-çox anlayışlı hər kəsə artıq bəllidir. Xüsusilə də dinləmə məsələsində müstəqil, güclü, xalqda sabit dəstəyi olan bir iqtidarın qanundankənar yollarla çökdürülməsinin bütün üsulları sınaqdan çıxarılmaqdadır…

İllər öncə AKP-nin bağlanmasından başlayıb, ötən ilin Gəzi hadisələrinə qədər, 17 dekabr rüşvət əməliyyatından tutmuş, baş nazirin bütün danışıqlarının dinlənilməsi və sosial mediaya ötürülməsinə qədər hamısının daxili texnologiyanın imkanları ilə gerçəkləşdirilən işlər olmadığı hər kəsə aydındır. Ərdoğan üçün burada iki vahiməli nəticədən söhbət gedir. Birincisi, Türkiyə iqtidarı müasir texnologiyanın imkanları ilə bacaracaq gücdə deyil və dövlət sirrini qorumaq imkanını itirmişdir. İkincisi isə xarici güclər istənilən dövlət adamını şantaj edərək iqtidardan götürmək gücünə sahibdirlər. Ərdoğan bunun qarşısında iki üsula üstünlük vermiş oldu. Hüquqdan yan keçməklə də olsa, sərt formada kütləvi kadr yerdəyişmələri gerçəkləşdirdi və xalqla canlı təmas yolunu seçərək, öz müqavimət taktikasını kütlənin dəstəyini qazanmaq üzərində qurdu. Türkiyə cəmiyyətinin korrupsiyaya qarşı həssaslığından daha ciddi bir həssaslığı oyada bildi. Xarici güclərin iqtidarı tənzimləmək səyləri kütlə tərəfindən daha təhlükəli hesab edilməyə başladı. Və bu zaman əsas ittiham olunanlar arasında vaxtilə bu iqtidarın arxa planda qalan ortağı və imtiyazlarını paylaşdığı din xadimi Fətullah Gülənin başında durduğu “Xidmət hərəkatı” oldu. Təbii ki, bunlar səbəbsiz deyil və istər əməliyyatlarda, istərsə də sosial mediada gizli danışıqların paylaşımında bu hərəkat mənsublarının böyük güclərlə birlikdə addımladığının bütün bilgiləri Ərdoğanda olmasaydı, bu qədər açıq hədəf seçməyi ağlabatan görünməzdi. Bəlkə də Ərdoğan əslində bütün bu dinləmə və paylaşma əməliyyatının bir camaat imkanları ilə gerçəkləşdirilə bilməyəcəyini yaxşı anlayır, sadəcə, birbaşa ABŞ və ya İsrailin hədəfinə çevrilməmək üçün onlarla əməkdaşlıq içində olmasını düşündüyü daxili qüvvənin üzərinə yüklənməyi daha optimal hesab edir.

Bütün bunlar hələlik siyasi ittihamlar və ehtimallardır, yalnız hüquqi isbatı olduqdan sonra Ərdoğanın haqlı və ya haqsız olacağını daha rahatlıqla söyləmək mümkündür. Hətta bunlar doğru olsaydı belə, camaat içindən hansısa qruplaşmanın fəaliyyətinin məsuliyyətinin bütün “Xidmət hərəkatı”na qarşı yönəldilməsi siyasi taktika olaraq bəlkə də Ərdoğanın işinə yaraya bilər, ancaq ədalətli davranış olaraq qiymətləndirilməsi mümkün deyildir. Bütün hallarda Türkiyə baş nazirinin dinlənilməsi və paylaşılmasına qarşı sərt mövqe sərgiləməsi təqdirolunandır və AKP vizyonunun bu yollarla durdurulması indiki gərgin beynəlxalq şəraitdə Türkiyənin faydasına sayılmaz.

Bunlar hamısı Türkiyənin güncəl siyasətinin tablosu və biz azərbaycanlıları maraqlandıracaq xüsusi tərəfi yox. Kimin haqlı olduğunu, kimin həmin cəmiyyətin başında duracağını həll edən Türkiyə vətəndaşlarıdır, vəssalam. Türkiyədə onlarla camaat, təriqət, partiya, sivil toplum quruluşları, həmkarlar təşkilatları, mason və başqa yabançı quruluşlar var ki, bu cəmiyyətin həyatını bu və ya digər təsir imkanları ilə tənzimləyərlər. Siyasətdə də keçmiş müttəfiqlərin fikir ayrılıqlarının hər kəscə haqlı tərəfləri ola bilər və burada da kimisə öncədən ittiham etmək bizlərə uyğun olmaz. Ancaq təəssüf ki, Türkiyədə baş verənlərin ardınca illərdir türk məktəblərinə qarşı düşməncəsinə münasibət bəsləyən, İslam dininin adı gələndə özünü rahatsız hiss edən kimsələr bu fürsətdən yararlanmağa qalxmışlar. Azərbaycanda “nurçu” adlanan məchul bir təriqət qorxusu haqqında vahim bir təbliğata başlamışlar. Hakimiyyətdə təmsil olunan savadlı kadrlara, Milli Məclisdə öz aktivliyi ilə seçilən millət vəkillərinə, tanınmış ziyalılara təriqətçi damğası vuraraq bu təhlükənin əsassız olmadığını sübut etməyə çalışırlar. Şimalın, cənubun bütün agenturası, eləcə də din haqqında, təriqət haqqında molladan eşitdiyindən başqa bir şey anlamayanlar xoşları gəlməyən hər kəsi sanki təriqət tərəfindən idarə olunan obrazda təqdim etməyə başlamışlar. Son hədəf olaraq da illərdir Azərbaycan üçün ən zəki insan kapitalı yetişdirən məktəblər seçilmiş, onların sıradan çıxarılması üçün yarışa girməklə kifayətlənilməmiş, öz ölkəsinin təhsili üçün narahatlıq keçirən insanların da müdafiəyə qoşulmaması üçün hər cür fişləməyə əl atmışlar.

İndi hansısa bir nadan, bir əyyaş, bir allahsız belə məni rahatlıqla “dəqiqləşdirilməmiş məlumata görə” təriqətçilikdə, missionerlikdə ittiham edə bilir və mümkündür ki, bununla da düşündüyümüz doğruları söyləməkdən uzaqlaşacağımızı proqnozlaşdırırlar. Ancaq unudurlar ki, sevdiyim bir formula hər zaman ardıcıllıqla əməl etməyə çalışmışam indiyədək: “Bu gün eşidilməyəcək sözü gələcək üçün söylə!” Əminəm ki, Türkiyədəki siyasi mübahisələrin süni şəkildə Azərbaycana köçürülməsinin nə qədər zərərli tendensiya olduğu yaxın zamanlarda üzə çıxacaq. Maraqlı cəhət budur ki, Azərbaycanın mərhum prezidentləri Əbülfəz Elçibəyin, Heydər Əliyevin quruluşuna dəstək verdiyi, indiki prezident İlham Əliyevin fəaliyyətinə təqdirlə yanaşdığı bu məktəblərin, onların pedaqoq və məzunlarının birdən-birə öz liderlərindən daha ağıllı olduğunu düşünən bir sıra hərəkatçılar və ya iqtidar mənsubları tərəfindən təhlükə mənbəyi kimi göstərilməsi olduqca düşündürücüdür.

Azərbaycanda çoxlu sayda təhsil müəssisəsi var. Ancaq hamıya da aydındır ki, çoxlu sayda keyfiyyətli təhsil ocağımız yoxdur. Bu boşluğun bir qismini müstəqillik dövründə Türkiyədən gələn müxtəlif vəqflərin təmsilçiləri doldurmuş. Mərhum Turan Yazqan da belə bir bu vizyona öncüllük etmişdi, eyni zamanda “Xidmət hərəkatı” kimi tanınan Fətullah Gülənin dindar və idealist ardıcılları da illər ərzində modern məktəb şəbəkəsi qura bilmişdilər. Turan Yazqan məktəbləri dindarla əlaqəli deyildi, buna baxmayaraq, bu gözəl niyyətli insanın yaratdığı məktəblərin də nə maddi bazasına, nə də təhsil şəraitinə köməklik edilmədi və tədricən əvvəlki keyfiyyətini itirdi. Daha geniş həmrəyliyə və maddi imkana sahib olan “Xidmət hərəkatı” isə qısa müddətdə dünyanın xeyli ölkəsinə yayıldı və həm həmin ölkələrin təhsil səviyyəsinin qalxması, həm də Türkiyənin təbliğ olunması üçün faydalı işlər gördü. Bu məktəblər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına da faydalı oldular. Sonradan təsis olunan Qafqaz Universiteti Azərbaycanda rüşvət qoxusu gəlməyən bir neçə təhsil müəssisəsindən biri kimi nüfuz qazandı. Araz kurslarının da ali məktəbə qəbulda ən yüksək nəticələri göz qabağındadır. Fənn olimpiadalarında iştirak və uğur faizlərinə görə dünyada Azərbaycanın üzünü ağartdılar.

Bu uğur qazanan məktəblilərin hamısı Azərbaycan vətəndaşlarının övladları idi və qazanan yenə də biz azərbaycanlılar olduq. İddia edilirsə ki, bu məktəblər təriqətçi hazırlayır, ehtimal edək ki, hər 100 şagirddən 5-6-sı dönüb oldu təriqətçi, hər 100 müəllimdən də 10-u oldu missioner. Nədənsə indiyədək bu missionerlərin hazırladığı təriqətçi uşaqların hansınınsa adı dövlət çevrilişlərində hallanmadı. Avtoşların, narkomanların, xuliqanların sırasında nadir hallarda bu məktəblərin təriqətçi hesab etdiyiniz şagirdlərinin adına rast gəlməyiniz mümkündür. Uzun saqqal da saxlamadılar ki, “vəhhabi” deyib qorxduğunuzu bəhanə edəsiniz. Həmin məktəblərin 9-10-cu sinif şagirdləri səviyyəsində bilik sahibi olmayanlar indi yüzlərlə bu məktəb məzunlarını ələ salmağa, barəsində həqarətlə danışmağa nədənsə özlərində bir haqq görməyə başlamışlar.

Mən öz ölkəsinin gələcəyini düşünən vətəndaşlardan biri kimi bu məktəblərə qarşı hücumları millətimiz, təhsilimiz üçün edilən ən ciddi düşmənçilik hesab edirəm və buna qarşı öz səsimi qaldırıram. Bunu həm də ona görə edirəm ki, yüzlərlə Azərbaycan övladına modern bilik və tərbiyə vermiş bu məktəblərin, onların fədakar müəllimlərinin haqqını yeyənlərin və ya bu haqqın nə olduğunu anlayaraq susanların içində yer almayım, sadəcə, Azərbaycan adına hər bir yetişdirdikləri bilgili, əxlaqlı Azərbaycan övladlarına görə minnətdarlıq bildirənlərdən olum.

Bir maraqlı gerçəyi də xatırladım. Azərbaycanın yüzlərlə tanınmış, tanınmamış insanları var ki, aldığı biliklərə görə həm də hansısa yəhudi, rus, gürcü və hətta erməni müəlliminə borcludurlar. Bu adamlar bilik alarkən, hansısa sənəti öyrənərkən müəllimlərindən sormalıydılar ki, sənin təriqətin, mənsub olduğun gizli təşkilatın adı nədir? Nuru Paşanın əsgərləri xalqımızı xilas etməyə gələndə onların hansı camaatdan, təriqətdən olduğunu soruşan vardımı? Bu gün ən bahalı ingilis, rus təmayüllü bağçalarda, liseylərdə, universitetlərdə dərs deyənlərdən hansı missionerlik fəaliyyətini icra etdiyini, hansı xristian təriqətinə adam hazırladığını soruşan varmı? Buyurun, dinin elementar qaydalarının uşaqlara öyrədilməsinin əleyhinəsinizsə, onlarla belə alternativiniz var – başqasını ittiham etmədən uşağınızı bir rus və ya şotland müəllimin tərbiyəsinə verin. Türk məktəblərinə, onların vətənsevər müəllimlərinə, məzunlarına qarşı təriqətçi damğası vuraraq fişləmə kampaniyası indiki reallıqda bəlkə də istədiyiniz nəticəni verə bilər, ancaq Azərbaycanın təhsilinin daha da geriləməsində, bu fədakar pedaqoqlara, bu məktəblərin savadlı və dövlətinə, millətinə bağlı məzunlarına qarşı ədalətsiz ittihamların, böhtanların səsləndirilməsində rol aldığınıza görə mütləq utanacaqsınız.

Bundan sonrasına bu gözəl məmləkətimiz üçün tək bir təhlükə görürəm: Nursuzluq təhlükəsi…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message