Nəhayət, müsəlmanların Qərbə münasibətinə həqiqi bir baxış

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Nəhayət, müsəlmanların Qərbə münasibətinə həqiqi bir baxış

Amerikanın görkəmli İslam alimlərindən professor dr. Con L. Esposito (Corctaun Universiteti, Vaşinqton) və dünyada məşhur “Gallup” təşkilatının “İslam Tədqiqat Mərkəzi”nin direktoru Daliya Moqahed böyük bir tədqiqat işinə imza atdılar. Əlli min nəfər arasında aparılan anketin nəticələri müsəlmanların Qərblə əlaqəli fikirləri haqqında konkret məlumat verdi. Əksəriyyəti müsəlman olan 35 ölkədə altı il boyunca aparılan tədqiqat kitab halında satışa buraxıldı. Kitabın adı: “Who speaks for Islam? What a billion müslims really think”dir (İslam adına kim danışar? Bir milyard müsəlman həqiqətən nə düşünür?)

Kitab 11 sentyabrdan sonra Qərb aləminin qarşısında duran “Müsəlmanlar niyə bizə nifrət edir?” kimi bəzi suallara cavab mahiyyətini daşıyır. Çünki son illərdə, ümumiyyətlə, müsəlmanların düşüncəsi deyil, bəzi radikal qrupların ifadələri ictimaiyyətə təbliğ edildi və İslama qarşı mənfi imic yaradıldı. Bu tədqiqat müsəlmanların əksəriyyətinin həqiqi dünyagörüşünü dünya ictimaiyyətinə təqdim edilən yalnış məlumatların əksinə, açıq-aydın ortaya qoyur. Neçə vaxtdır, elə qərəzlərlə, mənfi niyyətlərlə və səhv məlumatlandırmalarla cəmiyyətlər yönləndirildi ki, ancaq belə bir tədqiqatla bunların yalnışlığı vurğulanıb, yenidən dialoq zəminləri meydana gətirilə bilərdi. Çünki müsəlmanların əksəriyyəti heç bir zaman şiddəti, terroru təsdiq etmədi, ona tərəf çıxmadı. Amma buna baxmayaraq, müsəlmanları amansızcasına dünya ictimaiyyətinə yadlaşdırdılar. Heyrət və dəhşət içində ona atılan böhtanlara səbir etdi.

Nələr edilmədi ki! Dünyanın bir küncündə şəxsiyyəti naməlun bir nəfərin və ya qrupun etdiyi bir səhv müsəlman kimliyi ilə ümumiləşdirilərək mərhəmətsizcəsinə İslama və müsəlmanlara aid edildi. İnsanlar şübhə altında qoyuldu. Almaniya kimi ölkələrdə əcnəbilərə qarşı düşmənçilik alovlandırıldı və xalqlar arasında ideologiya və səhv məlumatlardan divarlar hörüldü.

Bəlkə, buna görə Con L. Esposito, “Türk İslamı və Dünyəvi Dövlət: Gülən Hərəkatı” (Syracuse Üniversity Press 2003) adlı kitab yazdı. Çünki Xoca Əfəndi terroru və şiddəti lənətləyən gur bir səslə dünya ictimaiyyətinə mövqeyini nümayiş etdirmişdi. 11 sentyabrdan sonra Qərbdə: “Nə üçün müsəlmanlar terroru açıqca lənətləmirlər” tənqidini edərkən, Xoca Əfəndi “Müsəlman terrorist, terrorist də həqiqi müsəlman ola bilməz”, -deyə qəti və aydın bir şəkildə mövqeyini nümayiş etdirmişdi. Esposito bu mövqeyi və İslamın bu şərhini bütün dünyanın tanıması adına Gülənin fikirlərinə dəyər verdiyini yuxarıdakı əsəri ilə göstərmişdi.

Espositonun Gülən Hərəkatını analiz etdiyi kitabı ilə bu yeni tədqiqatı arasında müəyyən paralelliklər görmək mümkündür. Qərb aləminin müsəlmanlara qarşı olan səhv mövqeyi açıq-aydın ortada idi. Müsəlmanlara böyük haqsızlıqlar edildi. Onların düşüncə və hissiyyatı görməməzliyə vuruldu. Espositonun bu böyük araşdırması bir çox yönü ilə əhəmiyyət kəsb edir. Misal üçün; İranda sorğu aparılan insanların səksən beş faizi, İndoneziyada doxsan faizi, Səudiyyə Ərəbistanında isə altmış bir faizi kişi və qadın bərabərliyinin tərəfdarıdır.

Yenə 10-a yaxın İslam ölkəsində müsəlmanların çoxu: “Qərbin ən çox nəyinə dəyər verirsiniz?” sualını: “Texnikada inkişaf, fikir azadlığı, dinin rahat yaşanması və parlamentli demokratiya”, -deyə cavablandırır. Tədqiqat müsəlmanların almanlarla əlaqədar düşüncələrini, hörmətsizlik, elmi və texnoloji inkişaf, təcavüzkarlıq və əxlaqi korlanma şəklində ortaya qoyur. Esposito Qərbə duyulan nifrətin əsas mənbəyini çox gözəl yekunlaşdırmışdır: “Müsəlmanlar bizə deyil, etdiklərimizə nifrət edir.” Bu qənaəti də çox maraqlı və əhəmiyyətlidir: “Müsəlmanlar, ümumiyyətlə, Qərb demokratiyasına və fərdi azadlıqlara dəyər verirlər, lakin Qərbin sosial quruluşunun özlərinə tətbiq edilməsini istəmirlər. Müsəlmanlar Amerikanın istiqamətləndirdiyi və müəyyən etdiyi demokratiya modelini deyil, özlərinin də təyinedici rolda olmalarını istəyirlər. Nə sekulyarizmi, nə də teokratiyanı mənimsəyirlər. Müsəlmanların əksəriyyəti dinin təməl dəyərləri ilə birlikdə demokratik bir sistem istəyirlər.”

Bu təsbit Xoca Əfəndinin demokratiya ilə əlaqədar düşüncələri ilə necə də üst-üstə düşür: “Kamil və hər şəxs tərəfindən mənimsənmiş bir demokratiyadan bəhs etmənin mümkün olmadığı və demokratiyanın hələ bir inkişaf mərhələsini yaşadığı belə bir dövrdə İslamın demokratiyaya qata biləcəyi zənginlik də mütləq düşünülməlidir. Əbədi bir Zatın təvəccöhündən və əbədiyyətdən başqa heç bir şeylə razı salınması mümkün olmayan insan oğlunun mənəvi ehtiyaclarına da cavab verə biləcək bir demokratiyanın inkişaf etdirilməsi məsələsi də mütaliə və müzakirə edilməlidir. İstəsəniz siz belə bir anlayışa “məna yönlü demokratiya” da deyə bilərsiniz. Yəni, insan haqq və azadlıqlarına hörməti ehtiva edən, din və vicdan azadlığını güdən, eyni zamanda insanların inandıqları kimi yaşamalarına da mühit hazırlayan bir demokratiya… İnsanların əbədiyyətlə əlaqəli istəklərini yerinə yetirmək mövzusunda onlara köməkçi olan demokratiya… İnsanın maddi-mənəvi bütün ehtiyaclarını nəzərə alan və onun bütün ehtiyaclarını təmin etməyi hədəf seçən kamil demokratiya… Məhz demokratiyanı bu cür inkişaf etdirib insaniləşdirmənin yolları axtarılmalıdır. Təəssüf ki, insanlıq hələ bu üfüqə çatmayıb. Nə Qərbdə, nə Şərqdə, nə Amerikada, nə də Uzaq Şərqdə hələ belə bir demokratiyadan danışmaq mümkün deyil.”

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message