İnsanın mayasındakı sevgi

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » İnsanın mayasındakı sevgi

Bolqarıstandakı Tolerantlıq Akademiyasının dəstəyi ilə Mehmet Ömər bəy M. Fəthullah Gülənin “İnsanın Mayasındakı Sevgi” adlı kitabını Bolqar dilinə tərcümə etdi. Bu kitab 2008-ci il sentyabr ayının həftəlik satış hesabatında ən çox satılan kitablar siyahısında ikinci oldu. 2009-cu il 12 mart tarixində kitabın təqdimat mərasimi təşkil olundu.

Bu mərasimdə iştirak edən tanınmış elm və fikir adamları maraqlı çıxışları ilə yadda qaldılar.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu rəhbəri professor Rostislav Rıbakov: “Xristianlıqda qədim bir həqiqət var: “Onları meyvələrindən tanıyacaqsınız,” – deyilir. Həqiqi müəllim digər müəllimlərdən belə seçilə bilər. Müəllim olan Güləni də doğrunu deyən, lakin əsl müəllim olmayanlardan belə seçə bilərik. Onları meyvələrindən tanıyacaqsınız. Bu kitab da onun meyvəsidir, lakin sadəcə bu deyil. Eyni zamanda, Türkiyə dəyişir, Bolqarıstan və Rusiya, Qırğızıstan, Qazaxıstan, Moldova, Hindistan da dəyişir. Mən Gülənin təşviqi ilə Hindistanda açılmış məktəblərin təhsil sistemini araşdırdım. Mənim üçün çox maraqlı idi. Təhsil sistemləri ilə, sevgi dolu nəsihətləri ilə, tolerantlığa aparan dialoqla dövlətlər dəyişir, insanlar dəyişir. Bunda da Fəthullah Gülənin böyük rolu var”.

Bolqarıstanın eks-prezidenti Jelyu Jelev: “Bu kitab məni mütəmadi olaraq bu fikirlərə, yəni qlobal mədəniyyətin bütün sistemlərinin təşkilində əsas nöqtələri axtarmağa sövq etdi. Ümid edirəm ki, bunu bacaracaq və sağ-salamat bu mədəniyyətə daxil olacağıq”.

Təqaüddə olan general professor Stoyan Andreyev: “Mən Hantinqtonun tezisi ilə bağlı baş verənlərə təəssüf edirəm. Hantinqtonun bəhs etdiyi qarşıdurmadan bəşəriyyətin xilas yolunu Fəthullah Gülənin sehirli formulunda tapdım. Fəthullah Gülən: “Görüşüb danışdığımız insanlar Yəhudi, Xristian və ya Müsəlman, kim olur-olsun, bu düşüncə ilə hərəkət edilməli və bizi bir-birimizdən ayıran məsələlərə toxunulmamalı, ortaq xüsuslar üzərində durulmalı və müştərək yönlər araşdırılmalıdır” deyir və bunu tövsiyə edir: “Bundan sonra gördüyümüz və görəcəyimiz hər iş müasir elmlə uyğunlaşmalıdır”. Mən bunun tənzimləyici olduğunu və insanlığın dirçəlişi naminə istifadə ediləcəyini düşünürəm”.

Bolqarıstan Baş Müftüsü professor Mustafa Aliş Hacı: “Hz. Məhəmməd Əleyhissalam (s.ə.s.) belə buyurur: “Şübhəsiz ki, Allah bu ümmətə hər əsrin başında bir mücəddid göndərərək dini yenidən canlandırar”. Qənaətimcə, Allahın (c.c.) sevgi və tolerantlığın müasir dillə izahı üçün, necə davranmağı göstərmək üçün göndərdiyi böyük şəxsiyyətlərdən biri Fəthullah Güləndir”.

Vidin Metropoliti Dometian, “Burada çıxış edənlərdən biri: “Bu kitabı oxuyan inanan və inanmayan hər kəs məmnun olacaq” dedi. Mən deyirəm ki: “Əgər bu kitaba inanmayan biri oxusa, o, sevginin, sülhün və tolerantlığın mənbəyi olan Tanrını axtarmaq üçün səmaya yönələcək”.

Tədqiqatçı-yazar Enes Ergene: “Mövlananın: “Nə olursan ol, gəl!” deyə ümumbəşəri bir çağırışı var. Ancaq Gülən bunun sahəsini daha da genişlətdi. Gülənə görə sevgi, məhəbbət, eşq: “Nə olursan ol, gəl” deyil: “Nə olursan ol, mən gələrəm” deyir. (…) Bizim dilimizdə “Atəş düşdüyü yeri yandırar” deyə bir söz var. Lakin Fəthullah Gülən bu sözün eqoizm fəlsəfəsindən doğduğu deyir: “Atəş düşdüyü yerlə birlikdə ətrafını da yandırar”. Bu nisbətən insanlığa yaxın sözdür. Amma yenə də eqoizmi özündə əks etdirir. Gülən insan anlayışını xülasə edən düşüncə: “Atəş hara düşür-düşsün, əvvəl məni yandırar”dır. Düşünürəm ki, bu ifadəni anlasaq, Gülənin insan, dialoq və tolerantlıq təməllərini anlamış olarıq”.

Dünyanın hər yerində olduğu kimi Bolqarıstanda da gözəl bir gerçəyin yavaş-yavaş fərqinə varılır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message