“Hizmət Hərəkatı: sülh və dialoq naminə”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » “Hizmət Hərəkatı: sülh və dialoq naminə”

Hizmət Hərəkatı: sülh və dialoq naminə

Amerika Birləşmiş Statları maraqlı ölkədir. Onun paytaxtı Vaşinqtonun hava limanına qədəm qoyan kimi dövlətin gücünü və ciddiyyətini hiss edirsən. Sərhədi keçəndən sonra isə insanların daxili azadlığını duymaq olar. Lakin bizim üçün cəmiyyətdə elmi mühitin hökm sürdüyünü hiss etmək digər məqamlardan çox əhəmiyyət daşıyırdı. Xüsusilə, ona görə ki, dünyada sülh və dialoqun vacibliyinə həsr edilmiş elmi konfransda iştirak etmək məqsədi ilə ora getmişdik.

Tədbir Vaşinqtonun “Milli Mətbuat Klubu”nda təşkil edilmişdi. Öncə qeyd edək ki, bu, möhtəşəm bir binadır. Görünür ki, ABŞ-da KİV-i yüksək qiymətləndirirlər. Konfransı ABŞ-da yerləşən “Rumi Forum” təşkil etmişdi. Mövzu “Hizmət Hərəkatı və dünya quruculuğu” idi. Əsas məqam olaraq dünyada qlobal miqyasda sülh və dialoq yaratmağa xidmət edən fəaliyyətin fəlsəfi və praktiki ölçülərini axtarmaq seçilmişdi. Bu ideya isə Hizmət Hərəkatının fəaliyyəti işığında müzakirə edilirdi.

Konfransa dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ-dan çoxlu sayda alim qatılmışdı. Onlar fəlsəfi-elmi və sosioloji müstəvidə Hizmət Hərəkatının mədəniyyətlər və dinlərarası dialoqun təmin edilməsi istiqamətində ortaya qoyduğu prinsiplər, konkret proqramlar; və fəlsəfi mövqeni müzakirə etdilər.

Hizmət Hərəkatının dünya üzrə fəaliyyətinin genişlənməkdə olduğu konfrasın gedişində ayrıca vurğulandı. Hazırda onun dünyanın 180 ölkəsində fəaliyyətləri vardır. 145 ölkədə isə məktəb fəaliyyət göstərir. Bu, artıq qlobal təhsil şəbəkəsidir. Orada təhsil alan gənclər sülhpərvər, təmənnasız xidmət göstərən, fərqli mədəniyyətlərə açıq olan, humanist insanlar kimi yetişirlər. Məsələnin vacib tərəfi ondan ibarətdir ki, Hizmət Hərəkatı nəzəri-ideoloji deyil, sırf praktiki-sosial aspektdə məqsədlər qarşısına qoyur. Dinindən, irqindən və sosial mənsubiyyətindən asılı olmayaraq insanlara və insanlığa təmənnasız xidmət onun başlıca prinsipidir. Konfransda məsələnin bu aspekti ana xətt olaraq söylənən fikirlərdə öz əksini tapdı.

Konfransda müşahidə edilən başqa maraqlı məqam məruzəçilərin Hizmət Hərəkatına fərqli mövqelərdən yanaşması idi. Burada sosioloqlar, filosoflar, ilahiyyatçılar, pedaqoqlar və jurnalistlər öz fikirlərini sərbəst ifadə edirdilər. Diqqətimizi, xüsusilə müasir sintetik elmi yanaşma əsasında sülhyaratma və dialoq problemini analiz etməyə həsr olunmuş məruzənin olması idi. Onu Harvard Universitetindən doktor Əbdül Kərim hazırlamışdı. O, problemə Fəthullah Gülən Xocaəfəndinin memarı olduğu Hizmət Hərəkatının nəzəri əsaslarını elmdə yeni anlayış olan “fraktal mürəkkəblik” prizmasında yanaşırdı. “Fraktal mürəkkəblik” sistemin özünüinkişaf etdirməsində mahiyyətini ititrməməsini ifadə edir. Hizmət Hərəkatının analizinə müasir fəlsəfi və elmi mövqedən yanaşmaqdadırlar ki, bu da bir daha onun sivilizasiya üçün əhəmiyyətini göstərir.

Konfransda aparılan müzakirələrin digər aspektini təhsil problemləri təşkil edirdi. Konfransda Hizmət Hərəkatının əsas olaraq yeni insan yetişdirilməsi sahəsindəki təcrübəsindən bəhs edildi. O cümlədən, Con Hopkins Universitetindən olan Almazbek Beşanaliyev Hizmət Hərəkatının Mərkəzi Asiya təcrübəsindən danışaraq, Hizmət Hərəkatının perspektivlərindən bəhs etdi. Məhz Hizmət Hərəkatının təşkil etdiyi tədris müəssisələrində həmin aspektə ciddi fikir verilir. Təsadüfi deyil ki, Hərəkatın açdığı məktəblərdə təhsil almış insanlar dünyanın müxtəlif guşələrində könüllü fəaliyyət göstərməkdədirlər. Həmin kadrlar pedaqoji fəaliyyətlərini vicdanla yerinə yetirməyə çalışırlar və onları təvazökarlıq, çalışqanlıq, tolerantlıq, təmənnasızlıq fərqləndirir.

Doktor S.Robinson isə Fətullah Gülənin nəzəri yanaşmaları ilə bir sıra Qərb filosoflarının yanaşmalarının təhlili müqayisəsini apardı.

Bizim məruzəmiz qlobal miqyasda fərqli mədəniyyətlərin dialoqunun təşkilində Hizmət Hərəkatının potensialının təhlilinə həsr edilmişdi. Məruzə sırf fəlsəfi analiz xarakteri daşıyırdı. Məruzədə göstərilirdi ki, bəşəriyyətin xaosdan, münaqişələrdən, qarşılıqlı qınaqlardan xilası insanın fərd olaraq özünü xilas edə bilməsindən asılıdır. Özünü xilas edən insan dünyanı bəlalardan qurtara bilər.

Beləliklə, dünyanı getdikcə daha geniş miqyasda əhatə edən fəlakətlərin, qarşıdurmaların, müharibələrin, terrorun və digər mənfi halların qarşısını almaq üçün 4 səviyyəni əhatə edən İdeya Hərəkatı formalaşdırmağa ehtiyac vardır. Onlar aşağıdakılardır:

– fərdin daxili bütövlüyünü təmin etmək;

– fərdlərarası və fərd-cəmiyyət münasibətlərində uyumsallığa nail olmaq;

– cəmiyyətlərin və mədəniyyətlərin faydalı əməkdaşlığını təmin etmək;

– sivilizasiyalar və dinlərarası dialoqa nail olmaq.

Məruzədə vurğulanır ki, bütün bu məqamların pozitiv həlli Hizmət Hərəkatı çərçivəsində mümkündür. Lakin bütövlükdə həmin problem Bəşəriyyətin məsələsidir. Ona görə də qarşılıqlı əməkdaşlıq və yardımlaşma zərurətdir. İrqindən, dinindən və mədəni kimliyindən asılı olmayaraq hər bir kəs bu işdə iştirak etməlidir.

Konfransda gəlinən qənaətlər sırasında hazırda dünyada müşahidə edilən zorakılıq, ikili standar, insanların məzhəb, irqi, dini, mədəni fərqliliyə görə üz-üzə qoyulmasının bütövlükdə bəşəriyyət üçün zərərli olduğu xüsusi yer tuturdu. Tədbirdə edilən bütün məruzələri əhatə etmək imkanı olmasa da, onun ana xəttini məhz belə ifadə etmək mümkündür. Bu prosesdə Hizmət Hərəkatının təcrübəsindən yararlanmaqda xeyli faydanın olduğu da konfransda gəlinən nəticələrdən biri idi.

Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message