Fəthullah Güləni Düzgün Anlamaq

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Fəthullah Güləni Düzgün Anlamaq

İslam dünyası, xüsusilə, bu son bir əsrdə bir çox İslami hərəkata şahid oldu və bir çox müsəlman ziyalı və elm xadimi bu dövrdə İslama baxış tərzi və İslami hərəkat mövzusunda tədqiqatlar apardı, məqalə və kitablar yazdı.

Məhz Fəthullah Gülənin hərəkat və fikir axın istiqamətinin düzgün dərk edilməsi, xüsusilə, İslamın həm ümumbəşəriliyini, bütün zaman və şərtlərə xitab etmə potensialını, həm də ümumbəşəri əhatəliyi ilə yanaşı, müasir dövrün mövcud şərtləri ilə uyğunluq təşkil etməsini layiqincə qavramaq və qiymətləndirmək baxımından çox əhəmiyyətlidir.

İslam və İslam fiqhi kitablarda yazılı, nəzəri qayda-qanunlardan ibarət deyil. Ümmiliyi (oxuma-yazma bilməməsi) risalətində əsas yer tutan Allah Rəsuluna (s.ə.s.) enən ilk vəhyin “Oxu, yaradan Rəbbinin adı ilə və adına!” şəklində aksiyon yönümlü bir əmr olması da, bunu, yəni İslamın və İslam fiqhinin əyani surətdə təzahürünü və mahiyyətini əyani şəkildə ortaya qoyma xassəsini kifayət qədər isbat edir. Bu təməl xüsus, təəssüf ki, müasir dövr İslami hərəkatların və bunları araşdıran bir çox ziyalı və mütəfəkkirin gözündən qaçdığı üçün dəfələrlə nəzəri mübahisələrə və spekulyasiya obyektinə çevrilmişdir. Digər tərəfdən də, Fəthullah Gülənin hərəkat və düşüncə tərzini, əsasən də bu hərəkat və fikir axınına dost-düşmən bir çox insan da səhv başa düşüb ona, səhv mənalar vermiş, Fəthullh Güləni gah müsbət, gah da mənfi mənada təbəddülatla ittiham etmiş və ya əksinə alqışlamış, bir çox insan da İslamda reform, hətta İslami ehkamın -haşa- yetərsizliyi kimi iddialarla mövzuya aydınlıq gətirməyə çalışmışlar.

Həm ümumbəşəri mahiyyəti, həm də müəyyən zaman və şərtlərə cavab verə bilməsi baxımından İslamı və bu mənada Fəthullah Gülənin hərəkat və düşüncə tərzini, yəni son yarım əsrin şərtlərini nəzərə alaraq onun İslami təmsil və təbliğini qavramaq, bir mənada öz əyani təzahürü içində formalaşan İslamın və İslam fiqhinin irəli sürdüyü və ya söykəndiyi üsula (İslam dininin əsasları. 1- Kitab, yəni Qurani-Kərimdəki dəlillər. 2- Sünnət. 3- İcmayi-Ümmət. 4- Qiyasi-Fiqqəha) yaxından bələd olmağı tələb edir. Hal-hazırda, təəssüf ki, müəyyən mövqelərə malik şəxslər belə üsul biliyindən məhrum halda çıxış edir, əlinə qələm alır Təfsir üsulu bilmədən Quran, Hədis üsulu bilmədən Sünnət və Hədis barədə şərh və hökm verir, xüsusilə həm üsulu ilə Təfsir, həm üsulu ilə Hədis biliyini tələb edən, bunları da əhatə edən Fiqh Üsuluna isə heç bələd olmadan İslam naminə fitva və hökm verə bilirlər. İslam və İslami elmlər heç bir başqa elmdə olmayan dərinlik və genişlikdə üsul üzərinə oturmaq, bu üsulları meydana gətirmək kimi bir imtiyaza malikdir. Bu üsul, yəni əsil qaydalar, təməllər, metodologiya çərçivəsində məsələyə yanaşanda həm, Təfsir, həm Hədis, həm də bütün dini elmləri əhatə edən Fiqhdə qarşımıza ümumbəşəriliyi ilə yanaşı, İslamın hər zaman, hər şəraitə, hətta yeri gələndə hər şəxsə xitab edə bilmə xüsusiyyətinin qaynaqları nəsx (Şəriətin bir hükmünü, şəriətin başqa bir əmri ilə qaldırmaq) (nasix (qüvvədən salan)-mənsux (qüvvədən düşmüş)) mövzusu, möhkəm (mütləq mənalı söz)–mütəşabih (müxtəlif mənalara gələn söz), ümumi-xususi (təmim (ümumiləşdirmə)-təxsis (xüsusiləşdirmə)), mütləq-müqəyyəd (şərtə bağlı) (təqyid) kimi prinsiplərdir. Özündən əvvəlki bütün zəmanələrin, risalətlərin bir növ meyvəsi, ağacı, özündən sonrakı bütün İslami həyat, düşüncə, davranış, hərəkət və təcdidlərin modeli xüsusiyyətlərinə malik olan Peyğəmbər Əfəndimizin və 23 illik İslamın kamilliyi, Allahın nemətinin tamamlanması ilə nöqtələnən risalət dövründə bir çox ayənin ləfzən nəsx edilməsi, yəni tamamilə qaldırılması, bir çox ayənin mənası ilə birlikdə nəsx edilməsinə baxmayaraq, mətninin Qurandan çıxardılmaması belə, öz-özlütündə hər yöndən İslamın və İslami hərəkatların dərk edilməsində böyük əhəmiyyət kəsb edir. Xüsusilə mənası nəsx edilmiş ayələrin Quranda hərfən qalması, bu ayələrdəki bir çox məna ilə yanaşı, dünyanın şərtləri daima bu ayələrin hökmlərinin nəsx edildiyi dövrdəki kimi qalmayacağı həqiqətini nəzərə alanda İslami təbliğ, hərəkat və düşüncə naminə ayrı bir əhəmiyyət kəsb edir. Fəthullah Gülənin yarım əsrə yaxın hərəkat və düşüncə sistemində bəzən bir-birindən fərqli görünən söz və davranışlarını doğru anlaya bilmək üçün bu xüsus son dərəcə əhəmiyyətlidir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message