Fəthullah Gülən Qayıdarmı?

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Fəthullah Gülən Qayıdarmı?

Təqribən 10 ildir qaldığı Amerikada daimi qeydiyyat hüququ qazanan Fəthullah Gülən Xoca Əfəndi ilə əlaqədar xəbərlərdə artım gözlənilir. Müxtəlif mətbu orqanları “Xoca Əfəndi gələcəkmi, nə vaxt gələcək, necə gələcək?” deyə suallar soruşmağa başladı.

Təbii ki bu qədər müddətdir yurdundan uzaqda yaşamağa divan edən Xoca Əfəndinin gəlib-gəlməyəcəyi maraqlı mövzudur. Sadəcə onu sevən yüz minlərlə insan deyil, onu sevməyənlər də bu mövzu ilə maraqlanır. Madam ki, mövzu tez-tez xəbərlərdə yer almağa başladı, bununla əlaqədar bir iki nöqtəyə toxunmaqda fayda var.

Ramazan Bayramından bir həftə əvvəl Türk Mədəniyyət Dərnəyinin Nyu Yorkda təşkil etdiyi iftar yeməyinə qatıldıq. Bir gün sonra da -üstəlik mübarək Qədir Gecəsinə düşdü –Xoca əfəndini ziyarət etdik. Ziyarət edənlər arasında ictimaiyyətin yaxından tanıdığı simalar, köhnə siyasətçilər, bürokratlar, elm adamları-alimlər, jurnalistlər, yazarlar vardı. Xoca Əfəndi, bir sünnətə riayət edərək etiqafa çəkilmişdi, nəzakət göstərib qaldığı mərtəbədə adəti olmadığı halda bizə iftar verdi. Sahuru da birlikdə etmə fürsətimiz oldu.

Bu, Amerikada ikən mənim onu üçüncü ziyarətim idi. Birincisini 2001-ci ildə, ikincisini 2004-də etmişdim. Bu səfər açığı Xoca Əfəndinin səhhətini əvvəlki dəfələrlə müqayisədə yaxşı gördüm. Hər zamanki kimi şəkəri vardı, insülin vurdurub iftar süfrəsinə gəlmişdi. Amma həmd olsun çox yaxşı görünürdü. Müxtəlif mövzulardan söhbət edərkən həddim və səlahiyyətim olmayaraq -amma çox sayda insanın əmanət mahiyyətindəki dilək və xahişini dilə gətirmək üzrə- söz alıb Xoca Əfəndiyə nə vaxt Türkiyəyə qayıtmağı düşündüyünü soruşdum və bunları söylədim:

“-Gəzib-gördüyüm hər yerdə sizi sevənlər soruşur, hətta sizi ziyarət edəcəyimi düşünərək üzərimə əmanət yükləyirlər. Xoca Əfəndi nə vaxt qayıdacaq? Mənə hər kəsin dediyi bu: ‘Biz artıq Xocamızın ölkəsinə, aramıza qayətmasını arzu edirik.’ Türkiyədən ayrılanda hələ yetkinlik dövrünə girən gənclər indi böyük adamlar oldu. Türkiyədə problemlər qurtarmaz, hər vaxt ‘kritik bir dövrdən keçirik, sizinlə əlaqədar idda sona çatdı, mənim də şəxsi fikrim və arzum, həsrətini dərindən hiss etdiyinizi bildiyim ölkənizə qayıtmanızdır.”

Sağ olsunlar, ziyarətçilərin hamısı məni dəstəklədi, onlar da uyğun bir yol və tərzdə Xoca Əfəndinin Türkiyəyə qayıtmasında hər hansı maneə olmadığını açıqca bəyan etdilər. Bir anda ziyarətimiz “Xoca Əfəndini ölkəsinə dəvət etmə”yə çevrildi.

Hamımız bunu müşahidə etdik, Xoca Əfəndi bundan xeyli məmnun oldu, təşəkkür etdi. Ancaq haqlı olaraq bəzi mülahizələrini ifadə etdi. Birincisi gəlmə məsələsinin problemə çevrilməsini, başqa məqsədlər üçün istismar edilməsini, səs-küyə, səbəb olmasını, başqa liderlərin ölkələrinə qayıtmalarına bənzədilməsini istəmirdi. Bəlkə ən gözəli səssiz-sədasız qayıtması, ictimaiyyətin qayıtmasından sonra xəbərdar olması idi. Biz bu dəvəti edərkən, daimi qeydiyyat məsələsi hələ nəticələnməmişdi. Zənnimcə Xoca Əfəndi bir az da nəticəni gözləyirdi. Xoca Əfəndinin işarə etdiyi bir nöqtə də bu idi: Artıq xidmətlər qlobal miqyas qazanmışdır. Bəlkə Amerikada da ediləcək xidmətlər ola bilər ki, bu da həqiqətdir. Amerika dərin bir krizisin içindən keçir, amma aydındır ki, hələ uzun bir müddət dünyaya təsir etmə gücü olan bir platforma olma funksiyasını yerinə yetirməyə davam edəcək.

Daimi qeydiyyat məsələsi müsbət yöndə nəticələndiyinə görə, Xoca Əfəndinin qayıtmasına artıq ümidvar ola bilərik. Şəxsi qənaətimə görə “daimi qeydiyyat haqqını qazanmış olması”nın Xoca Əfəndi baxımından əhəmiyyəti budur: Hesab edirəm ki, Xoca Əfəndi Türkiyəyə qayıtsa belə -Allah bilir- uzun müddət qalmaya bilər, tez-tez xaricə çıxar geri qayıdar. Beləliklə gediş-gəlişlərdə problem olmaz.

Bir insanın sevdiyi yurdundan uzaqda qalması asan deyil. Məkkədən Mədinəyə hicrət edən səhabələrdən bir qisimi Məkkə həsrətiylə yataqlara düşdülər. Nə etmək olar, böyük insanların, böyük mədəniyyət hərəkatlarının qədərində ‘hicrət’ olur. Qəhrindən lütf doğular, öz əleyhimizdə zənn etdiyimiz bir vəziyyət, bir də görərik ki, bizə nə qədər xeyirlər gətirmişdir. Doğru istiqamətdə olduqca Allah öz ehsan və fəzlindən heç ümid edilməyən qapılar açar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message