“Bizi bizdən çox sevən var”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » “Bizi bizdən çox sevən var”

Bizi bizdən çox sevən var

Onun bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan “Dərədən-təpədən” adlı proqramında geniş ifadə etmiş və proqramı da bu sözlərlə açmışdı: “Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə bilsin ki, bizi sevən var… Bu insan şəxsi həyatında öz istəklərindən tamamilə sıyrılmış, varlığını millətinə, soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin sona qalmışlarındandır”. Həqiqətən də, bir sevgi bu qədər səmimi, könüldən olarsa, mütləq qarşı tərəfdə də eyni reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin, ehtiramının ən gözəl ifadəsi deyilmi?

Tarixi Şadirvan məscidi unudulmaz günlərindən birini yaşayırdı. Haqqa inanmış könüllərdə taxt qurmuş abidə bir şəxsiyyət illərdən bəri həsrət çəkən minbəri sevindirir, nə qədər təvazökar, nə qədər sadə olsa belə, layiq olduğu bu möhtəşəm kürsüdən qəlbinin ilhamını səmimi duyğularla çağlayan sinələrə axıdırdı. Hər zaman bəhs etdiyi metafizik həyəcan o gün o tabloda ən yüksək səviyyədə yaşanırdı və qəlbin ən həssas nöqtələrində yaşanaraq, hiss edilərək söylənən sözlər dinləyənlərin qəlbinə, iliyinə qədər işləyir və orada əks-səda doğururdu.

O natiq müxtəlif söhbətlərində fərqli-fərqli mövzularda öz mülahizələrini ifadə edir və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Doğrudur, onun digər zamanlarda söylədikləri də insanları duyğulandırır, öz təsiri altına alırdı. Amma bu söhbət bir başqa cür sirayət etmişdi könüllərə. Çünki eşidənlərin söhbətlə bağlı çox həssas olduqları açıq-aşkar görünürdü. Eşidənlər natiqin nə deyəcəyini bilməsələr də, sanki İlahi bir şövqlə hər şey onlara hiss etdirilirdi, çöhrələrdə fərqli bir hüzn, o boyda məbədə qəribə bir kövrəklik hakim olmuşdu.

Söhbət başlamışdı. Bir zərgər dəqiqliyi ilə seçilərək söylənən ifadələrlə camaatın diqqəti son dərəcə gərilmiş, o mübarək şəxsin ağzından süzülən ləl-gövhər kimi sözlər söhbətin ana xəttini belə ifadə edirdi:

“Azərbaycanda tanklar altında əzilən soydaşlarımıza, dindaşlarımıza heç cür kömək edə bilməməyin iztirabı ilə iki bükülmüşəm. Əlimizdən bir şey gəlmir. Heç olmasa, hacət namazı qılaq, barı onlar üçün dua edək”.

Bu sözləri söyləyərkən bayılmış, ayılanda da göz yaşlarına hakim ola bilməmişdi. İnci dənələri kimi ard-arda düzdüyü bu mübarək sözləri ilə o, sanki bir az sonra uca Peyğəmbərimizə göndərəcəyi hədiyyəsinin bantını bağlayırdı. Bir az sonra da Pakistanın məşhur mütəfəkkiri Məhəmməd İqbalın Peyğəmbərimiz Həzrəti Məhəmmədi (s.ə.s.) yuxuda gördüyünü və Əfəndimizin də ondan “Mənə nə gətirdin, ey İqbal?” sualına İqbalın:

“Ey Allahın Rəsulu, Sənə bir bardaq müsəlman türkün axıdılan qanını gətirdim” cavabını xatırlatmışdı. Söhbətinə davam edərək, eyni sual ondan soruşularsa, yəni Peyğəmbərimiz Həzrəti Məhəmməd: “Gələndə mənə nə gətirdin?” desə, cavabım: “Ümmətinin günahlarına ağlayan insanların göz yaşlarını və üzərində də Azərbaycanda axıdılan müsəlman-türk qanını qoyaraq gətirdim olardı”, – demişdi. Sonra da Azərbaycanda axıdılan o qan haqqında: “Mən o qanı cənnətlərin kövsərlərinə dəyişmərəm”, – deyərək, verdiyi uca dəyəri ifadə etmişdi.

Bəli, türk insanı yetmişillik ayrılıqdan sonra azərbaycanlı qardaşlarının varlığını və onlara duyulan həsrəti ilk dəfə bu qədər dərindən hiss edirdi. İnsanlara bu hissləri yaşadan, minbərdən yüksələn o səsin sahibi möhtərəm Fəthullah Gülən Hocaəfəndi idi. Hocaəfəndi kilometrlərlə uzaqda olmasına baxmayaraq, azərbaycanlı qardaşlarına qarşı bir özgə sevgi, bağlılıq hissi duyub və qanlı yanvar hadisəsinin iztirablarını iliklərinə qədər yaşayırdı. Onun bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan “Dərədən-təpədən” adlı proqramında geniş ifadə etmiş və proqramı da bu sözlərlə açmışdı: “Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə bilsin ki, bizi sevən var… Bu insan şəxsi həyatında öz istəklərindən tamamilə sıyrılmış, varlığını millətinə, soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin sona qalmışlarındandır”. Həqiqətən də, bir sevgi bu qədər səmimi, könüldən olarsa, mütləq qarşı tərəfdə də eyni reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin, ehtiramının ən gözəl ifadəsi deyilmi?

Hocaəfəndinin bir dərdi vardı. O, ömrü boyu sevgi, barış, xoşgörü desə də, bu sözləri yalandan belə olsa, dilinə gətirməyən insanlar heç də az deyildi və bu insanlar müxtəlif dövrlərdə, xüsusilə də müsəlman-türk xalqına qarşı ağlasığmaz zülmlər həyata keçirirdilər. Göz yaşları dayanmır, amma hər dəfə də bıçaqlar qəzəblə, kinlə bülövlənirdi. Belə bir xəstəliyə qarşı Hocaəfəndinin resepti bu idi: “İnsanlığın yenidən inanmış könüllərə ehtiyacı var. Sevgini həyatının amalı seçən, ağlı və qəlbi kamillik səviyyəsinə çatmış, dövrün tələblərini çox gözəl anlayan və mövcud şərtlər içində doğru seçim etməyi bacaran, nur üzlü, tərtəmiz bir nəsil yetişdirmək lazımdır”.

Doğrudur, resept bəlli olmağına bəlli idi, amma bu mesajın hər kəsə çatdırılması lazım idi. Bəşəriyyətə müsbət mənada yol göstərən böyük insanlar yayacaqları mesajları, ilk növbədə, ən yaxınları, əqrəbaları, soydaşları ilə paylaşmalıdırlar. Ömrünün hər məqamı ilə bizə örnək olan insanlığın iftixar tablosu Həzrəti Məhəmmədin həyatına baxsaq, eyni mənzərəni görərik. Belə ki, o, uca Rəbbindən aldığı vəhyləri, ilk növbədə, xanımı və yaxın qohumları ilə paylaşmış, daha sonra da bütün insanlara çatdıraraq, dəyişməyən bu təbii davranışı özündən sonra gələcək ümməti üçün bir düstur, bir miras kimi buraxmışdır. Elə möhtərəm Fəthullah Hocaəfəndi də uca Peyğəmbərimizin bu düsturunu əsas tutaraq, sevənlərinə: “Gedin soydaşlarımızla, qardaşlarımızla qucaqlaşın, onlarla aramızda sağlam körpülər qurun. Ən sağlam körpü mənə görə təhsildir. Edə biləcəyiniz ən gözəl yardım imkanları məhdud olan o coğrafiyada məktəblər açmaqdır”, – demişdi. Onun bu gözəl tövsiyələrini dinləyən vəfalı Anadolu insanı vaxt itirmədən öz qardaşları qarşısında vəfa borclarını yerinə yetirmək üçün ilkin olaraq Azərbaycana gəlmiş və burada ümummilli lider, mərhum Heydər Əliyevin xeyir-duasını alaraq, təhsil müəssisələri açmışlar. Azərbaycanın bağrında ayrı-ayrı sülh adacıqları şəklində nəzərəçarpan bu məktəblər illər keçdikcə çoxalmış, xalqın və dövlət rəhbərlərinin təqdirini qazanmışdır. Bu məktəblərdən məzun olan gənclər bu gün Azərbaycanın qüruru halına gəlmiş, ölkəni, milləti nə gözəl şəkildə təmsil edən, milli-mənəvi dəyərlərinə və dövlətə bağlı güclü bir nəsil kimi yetişmişlər.

Ümid edirik ki, 22 il əvvəl baş vermiş o hadisələr bu coğrafiyada bir daha yaşanmayacaq və bir kökdən pərvəriş tapan Azərbaycan və Türkiyə bir-birinə həsrət qalmayacaqlar. Bizi bizdən artıq sevənlər heç zaman unudulmasın. Hafizələr ağır günlərdə özünü qardaş yardımına yetirənləri, sevdiyi üçün göz yaşları ilə bayılma həddinə gələnləri hər zaman xatırlasınlar. Yalançı və saxta sevgilər silinib getsin və hər zaman səmimi sevgilər qalib olsun.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message