Gözəl görən gözəl düşünür…

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Gözəl görən gözəl düşünür…

“Eyni qanı deyil, eyni duyğuları paylaşan insanlar qardaşdırlar”.
Mövlana Cəlaləddin Rumi.

Çox doğru bir söz var: zorla gözəllik, zorla nifrət olmaz…

Bazar günü Türkiyənin ən böyük stadionundaydıq. İstanbuldakı Atatürk Olimpiada Stadionu. XI Beynəlxalq Türk Dili Olimpiadasının rəsmi bağlanış tədbiri…

Həyəcan yollarda, metrolarda hiss edilməyə başlamışdı. Axın-axın insanlar bir bayram coşqusu ilə yollardaydılar.

Stadionun hər tərəfi, sahənin içi, çölü insanlarla dolu idi. Ətraf ilə birlikdə 200 mindən çox insan olduğu bildirildi. Öyrəndik ki, stadion heç vaxt bu qədər dolu olmayıb.

Tədbirin axşam 9-da başlayacağına baxmayaraq, günorta saat 5-6 radələrində stadion, demək olar ki, tamamilə dolmuşdu.

Ailələr, böyüklər, balacalar, yaşlılar, cavanlar… Cəmiyyətin hər təbəqəsindən insanlar var idi.

Bu qədər insanı hansı qüvvə bir yerə yığmışdı?

Yayın bu isti günlərində 5 saat əvvəldən 200 min insan niyə gəlmişdi oraya?

Kim məcbur etmişdi və ya kim məcbur edə bilərdi?

Proqram başlandı. Aparıcı oxunacaq mahnının təqdimatında sözlərin Fəthullah Gülənə aid olduğunu elan etdi. O anda bütün stadionda dəqiqələrlə davam edən alqış tufanı qopdu. İnsanlar əvvəl yerlərindən alqışlamağa başladılar, sonra isə hər kəs ayağa qalxmağa başladı.

Sözün düzü, insanın bu səhnə qarşısında təsirlənməməsi qeyri-mümkün idi. Təbii ki, insanın… Mənzərə möhtəşəm idi. Demək ki, qəlbdən olan sevgi belə bir şey idi.

200 min insanı oraya yığan qüvvə qəlblərindəki bu sevgi duyğuları idi. O sevgi ki, onu heç kim oradan sökə bilməz. O sevgi ki, onu dadmayan, yaşamayan bilməz. O sevgi ki, zorla əkilməz, zorla sökülməz…

Digər tərəfdən, 140 fərqli ölkə, yüzlərlə fərqli millət. İki qardaşın belə yola getmədiyi bu dünyada, yüzlərlə müxtəlif millətlər bir yerə necə yığışa bilir? Nədir onları bir yerə toplayan güc, qüvvə?

Bu gün dünyanın hər tərəfinə yayılmış sevgi məktəblərində on minlərlə şagird təhsil almaqdadır. Valideynlər gördükləri o sevgi qarşısında övladlarını sevə-sevə bu məktəblərə təslim edirlər. Amerikadan, Braziliyadan, Avstraliyadan, Avropadan valideynlərin müəllimlərə etimad edərək, uşaqlarını Türkiyəyə göndərmələri böyük hadisədir. Daha da önəmlisini isə, dünən Əkrəm Dumanlı köşəsində yazdı; Türkiyədə baş verən “Taksim” hadisələri qarşısında, heç bir valideynin övladını geri çağırmaması idi.

Türkiyənin Baş Naziri Ərdoğan da tədbirdə iştirak edirdi. Ərdoğanın çıxışından sətirbaşları:

– Gözəl görən gözəl düşünür. Sizlər bütün çirkinliklərin arasında bizə gözəli göstərdiniz. Üç həftədir ki, Türkiyədə bir-birinə zidd iki mənzərə var. Bir tərəfdə vandallar, bir tərəfdə sülh elçiləri. Bir tərəfdə ədəbsizlik, bir tərəfdə də sevgi vardı, eşq vardı.

– Hamımız daha yaxşı bir dünya istəyirik. Uşaqların öldürülmədiyi, insanların xor görülmədiyi bir dünyanın həsrətini ürəklərimizdə yaşayırıq.

– Hamımız belə bir dünya üçün mübarizə aparırıq. Milli, dini, irqi ayrı-seçkiliklərə tənəzzül etmədən, ortaq yönləri önə çıxaran bir dünya xəyal edirik. Fərqliliklərin bizi ayırdığı deyil, qucaqladığı bir dünya istəyirik.

– Könül mübarizəsi çətindir. O yolda fitnələr vardır. Biz bütün bu fitnələrə qarşı ayıq-sayıq olacağıq. Aldadan da, aldanan da olmayacağıq. Ümidimizi itirməyəcəyik. Bizim millət olaraq ən qiymətli xəzinəmiz qardaşlığımızdır. Bu günə kimi nə qazandıqsa, qardaşlıqdan qazandıq. Qardaşlıq hüququna kölgə salmayacağıq. Bəli, gözəl baxan, gözəl görür. Gözəl görən, gözəl düşünür. Gözəl düşünən də həyatından ləzzət alır..

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message