Yalan, Yalann, Yalannn

Neçə il əvvəldi.. Xocafəndinin söhbətində idim. Söhbətin mövzusu yalan və yalanın dində yeri… Xocaəfəndi elə bil kitabdan oxuyurdu. Şübhəsiz ki, əlində kitab yox idi, amma heç bir boşluq qoymadan dalbadal ayə və hədisləri sıralaması, müfəssir və hədis şərhçilərinin şərhlərini bir-bir söyləməsi və nəhayət öz şərhlərini məntiq çərçivəsində axıcı bir üslubla dilə gətirməsi məndə belə bir təəssürat oyandırmışdı.

Bu hədisi danışmasını heç unutmuram: Bir gün Peyğəmbərimiz (s.ə.s.): “Sizə böyük günahlardan xəbər verimmi?” deyib bu sualla səhabələrin diqqətini mövzuya çəkir. “Bəli” cavabını alandan sonra: “Allaha şirk qoşmaq, ana-ataya asi olmaq və yalançı şahidlik” deyib həqiqətə aparan yolu göstərir. Bir fərqlə ki, sıra üçüncü böyük günaha – yalançı şahidliyə çatanda Peyğəmbərimiz dizləri üstə dikəlib bir neçə dəfə “Diqqət edin! Yalançı şahidlik. Diqqət edin! Yalançı şahidlik” – deyir. O dərəcəyə gəlir ki, səhabə Peyğəmbərimizin çəkdiyi iztirabı görüb “kaş, susaydı” deyə içindən keçirir.

Xocaəfəndi də hədisin bu hissəsinə çatanda hədis kitablarında təsvir edildiyi kimi, oturduğu kreslodan əzəmət və heybətlə ayağa qalxdı və bizi dəhşətə salan o hərəkəti dəfələrlə təkrar edərək: “Diqqət edin! Yalançı şahidlik!” dedi. Biz bu hadisənin təqlidindən çox təsirlənmişdik, amma əsl təsiri səhabənin “kaş, susaydı” diləyini də nəzərə alaraq ağlınızda canlandırmağa çalışın.

Aradan illər keçdi. Yenə hüzurda, hüzur məclisində, hüzur axtarışındaydıq. Mövzu dönüb dolaşıb yenə yalana gəldi. Bu dəfə mövzu yalana laqeyd yanaşmağımızla bağlı idi. Həmişəki kimi, ayə və hədislər söhbətin əsasını təşkil edirdi. Bir ara sözü elə bir məqama gətirdi ki, çaş-baş qaldım. Sarsıldım. Necə sarsılmayım ki, “Əgər bu ruh haləti səndə yoxsa; yol ayrıcına çatanda canını Peyğəmbərə fəda edə bilməyəcəksənsə, bu da yalandır” dedi və səsini yüksəldərək dəfələrlə “yalan” sözünü vurğuladı, “yalan, yalannn, yalannnn” deyə sözünü bitirdi.

O günlərdə məşhur və dil əzbəri olan bir ilahi var idi. İlahinin adı “Peyğəmbərin izindəyik”. Radiolarda, televiziyalarda, dini verilişlərdə dəfələrlə verilən o ilahinin sözləri belə idi:

“Biz Quranın xadimləri
Pür imanlı və zindəyik
Bu yoldan dönmərik əsla
Peyğəmbərin izindəyik.”

Hələ arxası var:

“Haqq “Həbibim” dedi Ona
Bizdən fəda can uğruna
Aləm şahid olsun buna
Peyğəmbərin izindəyik.”

Xocaəfəndi səhv eləmirəmsə, bu misraları nümunə verdi. Bu iki qitəni oxudu və yuxarıda dediyim kimi “”Uğrunda can fəda” deyib can verməyə hazır olmayan, sözünün ağası olmayan və həqiqətən fədakarlıq mərhələsinə çatanda canını rahatlıqla verə bilməyən insan bunu deyirsə, yalan, yalann, yalannn!” demişdi.

Aradan yenə illər keçdi. Yenə hüzurda, ömrümün ən şirin anlarını yaşayırdım. İllərlə gecə-gündüzü birgə keçirdiyi bir nəfərdən saatı soruşdu. O da saatı təxmini dedi. İndi xatırlamıram, məsələn saat üçə üç dəqiqə qalırdısa, “üç”, dördə yeddi dəqiqə işləyirdisə, “dördə on dəqiqə işləyir” – dedi. Kaş Xocaəfəndini görəydiniz; İslami əsərlərdə verilən yalanın tərifinə, yəni görmədiyi bir şeyi “gördüm”, eşitmədiyi bir şeyi “eşitdim” deyən, yalan ifadə verən bir insana qarşı göstəriləsi münasibəti göstərdi və “Yalannnnnn!” – dedi. Bu mənzərəyə yuxarıda verilən iki nümunədən daha çox çaş-baş qalmış, dərindən sarsılmışdım. Çünki hər gün etdiyimiz və yalan olduğunu heç ağılımıza da gətirmədiyimiz adi bir şey idi bu. Saatı dəqiqəsinə, saniyəsinə qədər kim deyir ki? Xocaəfəndi isə “Xeyr!” – dedi. İlahi elmə, həqiqətə zidd söz söyləyirsiniz. Saat hazırda dördə yeddi dəqiqə işləyir, deməli, bunun əksinə söz söyləməyəcək, dəqiqəni, hətta saniyəni olduğu kimi deyəcəksiniz.”

Aradan yenə də illər ötdü. Keçən həftə bir çox adamla yenə hüzurda idim. Türkiyədən bir neçə qonaq gəlmişdi. “Xoş gəldiniz!” dedi illərdən bəri şəxsən tanıdığı qonaqlardan birinə. Ardınca “Necəsiniz, yaxşısınız?” deyə hal-xətir soruşdu. Hal-əhval tutdu, amma cavabı gözləmədən dərhal sözünü geri götürdü və belə dedi: “Əslində adət olub “necəsiniz, yaxşısınız” demək. Verilən cavab da ümumiyyətlə dəyişmir. “Yaxşıyam, siz necəsiniz?” Yaxşı bəs yaxşı olmaya-olmaya “yaxşıyam” demək yalan deyilmi?”

Yuxarıdakı nümunələri də nəzərə alanda yalan barədəki həssaslığını bildiyim üçün öz-özümə “söhbət yalan haqda olacaq” dedim və pusqu quran ovçu kimi, dilindən çıxası sözləri gözləməyə başladım. “Hərçənd” dedi və əlavə etdi: “Yalnız bizim mədəniyyətimizdə deyil; Ərəblərdə də var bu. “Keyfəl hal?” deyirlər. “Halın necədir” deməkdir. Məncə “keyfəl hal” deyil, “keyfəl məad” demək lazımdır. Yəni aqibətin necədir?”

Hər yerdə bir fürsət tapıb sözü söhbəti-canana gətirib çıxarma… yenə belə bir mənzərəyə şahid olurdum. Xocaəfəndi, “necəsiniz, yaxşısınız”la başlayıb, sözü dünyəvi-üxrəvi aqibətə gətirib çıxarmışdı. “Mən, mənə “necəsiniz” deyənlərə “yaxşıyam” demirəm. Çünki həqiqətən yaxşı insan deyiləm. Sonra düşünürəm ki, “yaxşısınızmı” deyəndə sağlamlıq, səhhət nəzərdə tutulur. Belə də “yaxşıyam” desəm, yalan olacaq, çünki yaxşı deyiləm. Səhhətimdə bir çox problem var. “Pisəm” desəm, Allahdan şikayət olacaq. Bu da qul olan, qulluğunu dərk edən insana yaraşan söz deyil.”

Sonra susdu, qısa səssizlik çökdü. Təxminimə görə, “elə cümlə axtarırdı ki, nə yalan, nə də şikayət olsun” cümləsi ağlında dolaşırdı ki, salondakılardan biri araya girdi və mövzu ilə bağlı bir xatirəsini danışdı. Xocaəfəndidən bir bayram ziyarətində soruşublar “necəsiniz” deyə. Xocaəfəndi də deyib ki: “”Yaxşıyam” desəm, yalan olar, “pisəm” desəm, şikayət. “Pis deyiləm” deyən insan qurtular.” Qurtular, yəni yalan və şikayət olmadığına görə qurtular. Xatirəni dinləyib bir əlavə ilə qəbul etdi: “İndi də “çox” sözünü əlavə edək; “çox pis deyiləm”.”

Yalanın kafir sözü olduğunu, münafiqlik əlaməti olduğunu bilirik; bilirik, amma yalana qarşı bu dərəcədə həssas ola bilirikmi, görəsən? Bəli, xeyr, bəlkə? Hansı? “Bəli”mi, “xeyr”mi, “bəlkə”mi? Və niyə? Nə deyirsiniz, özümüzü hesaba çəkəkmi?

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message