Şikayətçi olmayacağam

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Şikayətçi olmayacağam

İnandığı dini əsaslara axıra qədər bağlı olmasına baxmayaraq, insan olmağı, insan kimilliyini irqi, cinsi və məzhəb kimi hər cür kimlikdən üstün tutan bir anlayışın sahibi… Əslində alim və din adamı kimi tanınan belə bir insandan, başqa sözlə, adı çəkiləndə, demək olar ki, bütün dünya ictimaiyyətində ilk növbədə bu xüsusiyyətləri anılan bir insandan gözlənilən şey dini kimliyi hər şeydən üstün tutmasıdır. Çünki tarixdə də bir çox din adamı belə etmişdir. Ümmət anlayışını hər şeydən üstün və vacib saymış, onu “çətir kimlik” kimi mənimsəmiş və bu zehniyyəti siyasətdən ticarətə qədər həyata keçirdikləri bütün fəaliyyətlərdə əsas götürmüşlər. Rəsmi və qeyri-rəsmi sahələrdə müəssisələrin əsasında duran zehniyyət budur. Burada ad çəkmək yara da, əğyara da toxuna bilər.

İnsana bu qədər dəyər verən, “İnsanla başlayan problem, insanla bitər. İnsanda başlayan problem insanda bitər” deyən, başqaları ilə əməkdaşlıqda, qlobal məsələlərin qısa və ya uzun müddətli həllində həmişə “insan” deyən bu şəxsi anlamamaq, anlamamaqda israrlı olmaq, əslində ona deyil, insana edilmiş bir həqarətdir. “Əvvəlcə insan, sonra Müsəlmanam” deyə, insanın maddi-mənəvi yaradılışını, yaradılış mükəmməlliyini nəzərə alaraq “İnsan Allahın ən mükəmməl varlığıdır. Əgər Allah özündən başqasına səcdə edilməsinə izn versəydi, insana səcdə edilərdi” söyləyən, o “Bizim inancımıza görə, insan təqdisə layiq varlıqdır” deyə bəyan edən bir insana düşmənçilik edənlərin bu bəyanlara göz yumması, qulağını tıxaması ancaq qərəzçiliklə, şərtli baxışla, düşmənçiliklə izah oluna bilər.

Yenə də insan və düşmənçilik mövzularının şaxələndiyi bir söhbət məclisində idik. Onun, onunla birgə olan könüllülərin anlaşılmamasından, bundan vicdani əzab keçirməsindən bəhs edirdi. Çəkdiyi maddi-mənəvi çətinliklərdən, iztirablardan söz açırdı. Bütün bunlara rəğmən bəddua etməyi heç düşünmədiyini dedi. “Çünki” dedi, – “Mənim inancıma görə, bəddua edilən insan o bədduaya layiq deyilsə, bəddua bəddua edənə qayıdır”. Sonra da ürəklərə qor salan bir səs tonu ilə əlavə etdi: “Amma 50 ildir rahat qoymadılar. Həmişə külüng altında yaşadım. Əndişə ediləsi heç bir şey etmədim. Bu millətə xidmət etməkdən başqa bir şey düşünmədim. Bu yolda nəinki dünya zövqü-səfasını tərk etdim, heç onu ağlıma da gətirmədim. Amma heç əl çəkmədilər”. Sonra dayandı qərarlı və qətiyyətli bir əda ilə, “Lakin bütün bunlara baxmayaraq heç kimdən şikayətçi olmayacağam. 40-50 ildir hər fürsətdə əlinə qələm götürüb əleyhimə yazanlardan belə şikayətçi olmayacağam” dedi.

Şəxsən mən, təəccüb etmədim bu sözlərə. “Bəlkə, mən özümü tam mənada ifadə edə bilmədim, etsəydim, edə bilsəydim, bəlkə də belə düşünməz, düşmənçilik hisləri bəsləməz, düşmən kimi davranmazdılar” deyən və günahı həmişə özündə görən bir anlayışın sahibindən başqa bir şey gözləmək də olmaz.

Bu məqamda ağıla belə bir sual gələ bilər; “Haqsız hücumlara qarşı müqabileyi-bil-misl (qarşı tərəfə eyni şəkildə cavab qaytarmaq) prinsipi harada qaldı?” “Haqsızlığa susan dilsiz şeytandır” hədisi bəs necə? Hüququn müdafiəsi bir haqq deyilmi? “Ən böyük cihad zalım sultana haqqı hayqırmaqdır” hədisinə görə hərəkət etmək lazım deyilmi? Bu yanaşmanın Xristianlıqdakı “bir üzünə yumruq vurana, o biri üzünü də çevir” fəlsəfəsindən nə fərqi var?

Əvvəla onun “şikayətçi olmayacağam” dediyi insanlar və onların davranışları haqqındakı sözlərini bu sualların hamısına cavab saymaq olar: “Mən şəxsən onlara haqqımı halal edərəm, amma Allahın, ammənin (xalq, ümmət) haqq-hüququ tapdalanırsa, Allah bağışlayarmı, onu bilmərəm” Bu bir.

İki; insan Allahın məxluqu və yaradılanların ən gözəli, ən mükəmməli odluğuna görə təqdirə, sevgiyə, hörmətə layiqdir, amma onda Allahın “xeyir” saydığı xüsusiyyətlər varsa, yuxarıda dalbadal sıralanan qanun və prinsiplər dövrəyə girər. O zat belə deyir: “Bizim etirazımız təmərrüdə (üsyankarlığa), təcavüzə, zülmə, bəğiyə (azğınlığa) qarşıdır, yəni xüsusiyyətlərədir. Bu xüsusiyyətlər bəzi şəxslərdə olduğuna görə, şəxsə qarşı mövqeyimizi ortaya qoya bilirik”. Bununla birlikdə meydanda ümuminin hüququna, minlərin, milyonların alın tərinə, göz yaşlarına, “yalnız Allah rizası” düşüncəsi ilə həyata keçirilən işlərə təcavüz yoxdursa, “şikayətçi olmayacağam”, deyərək əngin vicdanını ortaya qoyur. Biz bu səviyyədə vicdan ənginliyinə sahib deyiliksə, bunu anlamaqda və qəbul etməkdə çətinlik çəkə bilərik.

“Bizmi səbəb oluruq, görəsən?”

Yaxşı bəs, o, üzülmür buna? Üzülməzmi? Çox üzülür. Öz adına üzülür; “özümüzü anlada bilmədik; anlada bilsəydik, bəlkə də, bu yollara baş vurmazdılar”, deyir. “Bizmi səbəb oluruq onların bu hərəkətlərinə” deyə içi-içini yeyir. Dostlara görə üzülür; bu insanların ortaya atdığı yalan-yanlış iddialarla “xidmət”ə məsafəli davrananlara üzülür. Özlərini qarşı cəbhədən sayanlara üzülür. Vəhm, xəyal, vəsvəsə, ideologiya və qərəzin qurbanı olub düşmənçilik əməlləri ilə dünyəvi və üxrəvi nəticəsi heç də yaxşı olmayan yolda gedənlərə üzülür. Bütün bunların təbii nəticəsi olaraq meydana gələn mübarizə zəmininə, bu zəmində boş yerə sərf edilən zamana, itirilən enerjiyə, boş yerə yox olub gedən həyəcan və hələcanlara üzülür.

Bəli üzülür, sonra da özünə təskinlik verir: “Allahın mənim haqqımda təqdiri mənim özüm haqqımda təqdirimdən daha yaxşıdır, ona görə də heç bir təqdirə əl atmıram. Əslində Onun təqdiri insan üçün ən böyük ərməğandır. Buna görə özümü heç hesaba qatmıram. İnsan bu hərc-məclik, bu çağlayan içində özünü hesaba qatmasa, mütləq gedib gözəl bir yerə çatar. Qaldı ki, mənim üçün ən gözəl yer o tərəfdir. Amma qulsan, haqqındakı təqdirə razı olmaq məcburiyyətindəsən və o tərəfi arzulasan da, istəyə bilmirsən”.

Kənardan baxanda çox qarmaqarışıq görünə bilər insana. Bu yazıda təsvir etdiyim anlayışı duyğularla düşüncələrin çarpışdığı, qanun və prinsiplərlə bu prinsiplərə verilən şəxsi və ictimai şərhlərin çarpışdığı bir meydan kimi görə bilərsiniz. Xüsusilə, əlindən gələni əsirgəməyən və özlərini düşmən cəbhə sayanlar haqqında deyilən bu sözləri, yuxarıda da qeyd etdiyim kimi, anlamaqda çətinlik çəkə bilərik. Əgər çətinlik çəkirsinizsə, vicdan ənginliyi dadınıza çatsın.

Kimdən bəhs edirəm? “Xidmət belə inkişaf etsəydi, amma mən yenə də Ədirnədəki məscid pəncərəsində qalsaydım; Kəstanepazarındakı daxmamda ömrümü davam etdirsəydim” deyən, “O bəsit, o sadə həyat burnumun ucunu göynədir” deyən Fəthullah Gülən Xocaəfəndidən.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message