Dua abidəsi

“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (“Bəqərə” surəsi, 2/186) ayəsinin təfsiri müzakirə edilir. Söhbətin mövzusu Almalılının təfsiridir, 7-8 ayrı təfsirdən iqtibas gətirilən ayə şərhləri də mütaliə edilir.

Necə oldusa, söhbət birdən ailədə ər-arvad münasibətindən düşdü. Mövcud ailə münasibətləri və ideallıqdan söz açıldı. Babaların, nənələrin cənnət misal münasibətləri təsvir edildi. Müasir ailələrdə bu hüzur və xoşbəxtliyin heç cür təmin edilməməsinin səbəblərindən danışıldı. Quran “Siz bir-birinizin libasısınız (“Bəqərə” surəsi, 2/187)” bəyan etdiyi halda, ər və arvadın bir-birinin nöqsanlarını, qüsurlarını örtən libas kimi olmamasının səbəblərinə təmas edildi. Beləcə söhbət axarını tamam dəyişib dünya həyatı və müasir ailədaxili münasibətlər cığırında  cərəyan etməyə başladı.

Bu söhbəti sətirlərə çevirə biləcəyəmmi, o məclisin abı-havasını olduğu kimi təsvir edib sizi də halqaya daxil edə biləcəyəmmi, bilmirəm, amma bir yoxlayım, çox şirin bir söhbət havası var. Necə olmasın, məclis əhlinin, demək olar hamısı, yaşadığı – müsbət və ya mənfi – gündəlik həyatın ən mühüm mövzusunu təhlil edir, maraqlı fikirlər bildirir. Problemlər nümunələrlə verilir, səbəbləri axtarılır, çarə və həll yolları göstərilir və insan istər-istəməz özünü bu işin bir parçası kimi görür. Bir ara: “Bu gün evliliklərin (ailələrin) altı boşdur. Bu, mütləq doldurulmalıdır,” – deyir və ardınca da (bu boşluğu dolduracaq) amilləri sadalayır. Uşağı əsas amillərdən biri sayır: “Məsələn, uşaq. Uşaq ər-arvadın müştərək varlığı olması etibarilə yuvaya başqa bir abı-hava, başqa bir rəng qatır. Uşaqları həyata hazırlama kimi ortaq dərd ər-arvadı bir-birinə yaxınlaşdırır”. Sonra başqa əsas amildən söz açır: “həyatı paylaşmaq”.

Bu məqamda bir anlıq dayanın və onun ər-arvadı bir-birinə yaxınlaşdıran, bir bütövün həqiqi hissələrinə çevirən, onları hüzur və xoşbəxtlik aparan “həyatı paylaşma” ilə bağlı verəcəyi misalı təxmin edin. Mənim ağlıma gələn: həyata aid hər şey. Söhbətin bu istiqamətdə olacağını fikirləşib gözləməyə başladım. “Maddi problemlərimizi necə çözə bilərik, evə alınası mebel necə olmalı, illik tətildə nə edə bilərik, uşaqların məktəb, dərs, müəllim və s. problemlərini necə həll edə bilərik, bilgisayar, televiziya vərdişi məsələsində nə edə bilərik, gəlin-qaynana münasibətləri” və s. bu kimi nümunələr veriləcək deyə düşünürdüm. Əlbəttə, axı söhbət ailə daxili ünsiyyətdən, ər-arvad arasında sevgi təməllərinin atılmasından və boşluqların doldurulmasından gedir. Əsas amil – “həyatı paylaşmaq” üçün bundan daha yaxşı misal olar?

Amma gözlədiyim olmur. Birdən bir yerdə qərar tutmayan dəliqanlılar kimi, həyəcan və hələcanla tamam başqa bir aləmdən misal çəkir. “İslam aləminin hal-hazırda düşdüyü vəziyyətə bir baxın. Səlib yürüşləri dövründə belə bu qədər aciz deyildik biz. Bu mənzərə qarşısında gündə ən az əlli dəfə qəhr olur və “Allah canımı alsın” deyirəm”. Dəyişən səs tonu salondakıları ciddiyyətə vadar edir. Həmsöhbətlərin maddi və mənəvi ciddiyyəti bir kənara, sözlər çağlayanlar kimi başını alıb gedir və sanki, yerində dayana bilmir: “Bir də bu hissiyyatımı bölüşən, bu məsələ dilə gələndə yerindən sıçrayıb “Mən də sənin kimi düşünürəm, eyni iztirabı çəkirəm, sən boşaldıqca eyni hissiyyatla doluram” deyən insanı görməyəndə bir daha qəhr olur, yenə “Allah əlli dəfə canımı alsın” deyirəm”. Deyəcəksiniz: “Haradan-hara”, amma mövzu unudulmayıb. Çünki sonuncu cümləsi belədir: “”Həyatı paylaşmaq” bax budur”. Sözün məhz bu məqamında, istərsəniz, Peyğəmbərimizlə Hz. Xədicə anamızı yada salın. Bir xatırlayın, onlar həyatı necə paylaşır, ən ağır günlərdə bir-birinə necə dəstək olurdular.

Deyəsən anladınız. “Həyatı paylaşma”ğa verilən misal budur. Bəlkə də, çox kobud səslənəcək, siz bu sözlərin kökündə bunun dayandığını görürsünüzmü: “Dərvişin fikri nədirsə, zikri də odur”. Məncə, bu sözlərdə onu görmək lazımdır.

Sonra söz təkrar başa, yəni “ Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” ayəsinin izahına dönür. Çox maraqlı şeylər söylədi Xocaəfəndi dua barəsində. Amma söylədiyi sözlərdən, etdiyi təsbitlərdən daha maraqlısı bütün bunları yaşamasıdır. Müxatəbin vicdanını cuşa gətirən, ürəyini yerindən oynadan və sözə əsl təsir gücünü verən onun dua mehvərli həyatıdır.

Xocaəfəndinin indiyə qədər fiqh, hədis, təfsir və təsəvvüfdəki yeri, anlayışı, metodu, ya da sivil toplum quruluşunun öndəri kimi sahib olduğu mövqe haqqında müqayisəli elmi tədqiqatlar aparıldı. Lakin onun Rəbbi ilə münasibətinin həm səbəbi, həm də nəticəsi olan dua yönü bunlar qədər araşdırılmadı. Nə səhih hədislərdən topladığı dua məcmuəsi, nə 700 səhifəlik seçmə “əl-Qulubud-Daria” dua toplusu, nə də bu yaxınlardan çapdan çıxan “Kırık Bir Dilekçe”si. Ümid edirik ki, bir gün “Xocaəfəndi və dua” mövzusu ətrafında araşdırmalar aparılacaq. Və yenə ümid edirik ki, biz də bir gün Xocaəfəndi kimi duanı həyatımızın mərkəzinə qoyub kənardan baxanlara “mahza dua”, ya da “dua abidəsi” dedirdəcək mahiyyətinə bürünərik.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message