Yenilənmə ruhu və ilahi inayət

Fəthullah Gülən: Yenilənmə ruhu və ilahi inayət

Sual: Dini duyğu və düşüncədə yenilənmə arzusunda olan insanların bariz xüsusiyyətləri nələrdir?

Cavab: İllərdir müsəlmanların yaşadığı coğrafiyalarda ruhi-mənəvi həyatın, demək olar, bütün işartılarının söndürülməsi, eşqü-vəcdin (hədsiz şövq, həvəs) tamamən unutdurulub könüllərə qıfıl vurulması, düşünən və oxuyan ziyalıların ifrat pozitivizmə yönəlməsi, mətin dayanmaq və haqda səbat etmək əvəzinə kor-koranə dindarlığın bina edilməsi, hətta (dualarda) axirət səadətinin və cənnətin belə dünyəvi xoşbəxtliyi davam etdirmək niyyəti ilə istənilməsi kimi bir çox problemi həll etməyə cəhd və səy göstərmədən, yanlış düşüncə və anlayışları düzəltmədən toplumun ruhi-mənəvi dirçəlişinə nail olmaq mümkün deyildir.

Son bir neçə əsrdir ki, ruhlarımızı bürüyən çirkabı Allahın izni və inayəti ilə təmizləmək mümkündür. Ancaq əvvəla millətin mənəvi tənəzzülü və aşınmasının həqiqi səbəb və amilləri sayılan ehtiras, tənbəllik, şöhrətpərəstlik, vəzifə arzusu, eqoistlik və dünyapərəstlik kimi hiss və duyğulardan qurtulmalı, sonra da İslamın mahiyyəti və həqiqəti olan isteğna (göz-könül toxluğu), cəsarət, məhviyyət, digərqəmlik, ruhanilik (dindarlıq) və rəbbanilik (insanın bütün həyatını Allah yoluna həsr etməsi) ruhu ilə haqqa yönəlməli və könüllərimizi haqq duyğusu ilə təmizləməliyik. Bu anlayışla işə başlamadan və gecə-gündüz çalışıb-çabalamadan ağ günə çıxmağımız çox çətindir. Üstəlik köklü dəyərlərmizə sadiq qalmaqla yanaşı, zəmanəni düzgün dərk edən, təcdid (yenilik) və islah əzmində olan igidlərimiz varsa, – ki, var – bu bərpa və yenilənmə işi hökmən həyata keçəcəkdir.

Bir göz qırpımında belə olsa…

Nümünə götürmək üçün Höccətül-İslam ünvanı ilə tanınan İmam Qəzalinin həyatına bu aspektdən baxa bilərik. O, əvvəla təbiət elmlərini dərindən mənimsəmişdir. Belə ki, əli çatan bütün qaynaq əsərləri tapıb oxumuş, neçə kitabxana dolusu əsəri ələk-vələk eləmiş və nəticədə gələcək nəsillərə faydalı əsərlər qoyub getmişdir. Elə onun yetişdiyi dövr – hicri beşinci əsr də bizim renessansımızın zirvə nöqtəsi hesab edilir. İmam Qəzali təbiət elmlərini dərindən öyrənsə də, bu elmlərin dar qəliblərini aşmış, onların dəyərini artıran rəbbanilik və ruhanilik üfüqlərinə üz tutmuşdur. Çünki onun dünyagörüşünə görə mənəviyyat və metafizika olmasa, alimlərin kitablarda söylədiyi sözlər nəzəriyyədən o tərəfə keçməz. Həqiqətə çatmaq ancaq nəzəriyyəni əmələ çevirməklə və qəlb aləmində həyat təcrübəsi əldə etməklə mümkündür. Bu səbəbdən qəlb və ruhi-mənəvi mehvərli həyat yaşayanlar digər elm adamları ilə müqayisədə hadisələr qarşısında daha az büdrəyir və daha az sarsılırlar.

İlahi rəhmət qəlbi və ruhi aləmlərə yüksələn, nəfsani arzularını cilovlayan, Allahda əbədi olan bir insana imkan verməz ki, düşüncədə, mülahizədə və hislərdə səhvə yol versin. Bəli, Allah (c.c.) bu cür insanları bir göz qırpımında belə nəfsə uyaraq xəta etməsinə imkan verməz.

Bildiyiniz kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Ya Hayy, ya Qayyum! Rəhmətin xatirinə mənə kömək et; məni islah et və məni bir göz qırpımında da olsa, nəfsimlə baş-başa qoyma!” (ən-Nəsai, “əs-Sünənül-kübra” IV/147; əl-Bəzzar, “əl-Müsnəd” XIII/49) duasını ümmətinə öyrətmişdir. Peyğəmbərimizin dualarını ən yüksək ideal bilən və bunu həyata keçirmək üçün səy göstərən islah ərənləri də Allahın izni və inayəti ilə həmişə ilahi məiyyətin nurları altında addımlamışlar.

Cənabi-Allah heç bir əməyi hədər etməz

O baxımdan bilməliyik ki, əsrlərə öz möhrünü vuran bu böyük şəxsiyyətlərə ictihad, istenbat və təcdid düşüncələrini bəxş edən Cənabi-Allahdır. İsmayil Haqqı Bursəvinin “Nətaic” adlı əsərinə baxanda onun “Səhər qəlbimə bu cür tülu etdi, içimə bu cür gəldi” kimi sözlərinə şahid oluruq. Bu ifadələrdən belə başa düşürük ki, Cənabi-Allah bu böyük şəxslərin yollarını işıqlandırır və qapıları üzlərinə açır, beləcə onlar hər şeyi doğru görüb düzgün fikir yürüdürlər. Sonra da zamanın tələbinə, cəmiyyətin xüsusiyyətinə və vəzifələrinə uyğun olaraq lazımi işləri görürlər.

Cənabi-Allah “Zilzal” surəsində buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (“Zilzal” surəsi, 99/7-8). Bu ayəyə yalnız “insanın dünyada elədiyi yaxşı və pis əməllərin mükafat və cəzasının axirətdə veriləcək” şəklində məal vermək nöqsan olar. Qənaətimcə məsələyə bu cür baxmaq lazımdır: atom ağırlığında da olsa yaxşı və ya pis əməl işləyən insan, əvəzini az və ya çox dünyada da görəcəkdir. Əgər insan zərrə qədər xeyir əməllərin belə mükafatını görəcəksə, demək, ilk növbədə məfkurə uğrunda edilən dünyalar qədər xeyir əməllərin mükafatı veriləcək, çox vaxt da bu, ilahi inayət şəklində təcəlli edəcək.

Bu baxımdan Cənabi-Allahın idealı millət olan, həyatını insanların mənəvi dirçəlişinə həsr edən, şəxsi zövqlərindən keçib heç vaxt öz gələcəyini düşünməyən bir ehya ərənini nəfsi ilə baş-baş qoymaz! Bəlkə də, ilahi sövqlə bəzən açıq-aşkar, bəzən də hiss etdirmədən ona yol göstərər. Belə bir dirçəliş qəhrəmanı nə qədər dolambaclı yollara girir-girsin, hansı dərin vadilərdə gəzir-gəzsin, Allahın izni və inayəti ilə heç vaxt doğru yoldan ayrılmaz.

Allahın işıqlı düşüncələr bəxş etdiyi bu cür həqiqət qəhrəmanları bəzən işin başlanğıcında hər şeyi aydın görə bilir, hadisə və problemlər qarşısında təlaşa qapılmadan çox rahatlıqla: “Artıq haqdan sonra ancaq zəlalət vardır!” (“Yunus” surəsi, 10/32) deyib doğrunu göstərir, həqiqəti bəyan edirlər. Bəzən də dolaşıq və qarmaqarışıq hadisələrlə qarşılaşıb: “Allahım yalnız rizanı diləyir, insanların Səni tanıması üçün razı olduğun ən doğru yol hansıdırsa, onu mənə göstər!” deyərək səmimiyyət, ixlas və səylə Ona sığınırlar. Nəticə olaraq Allahın izni ilə doğrunu görür, doğrunu dilə gətirir və insanları doğru yola səsləyirlər.

Heç kim o qapıdan əliboş dönməyib

Əgər siz dualarınızda mütəmadi şəkildə: “Allahım, bəla və müsibətlərə dözə bilməyəcəyəm, gücüm çatmayacaq. Sənin qapını döyürəm və “Lə havlə və lə quvvətə illə billəh” deyirəm. Allahım, bir daha qapını döyüb, bir daha “Lə havlə və lə quvvətə illə billəh” deyərək Sənə yalvarıram: Məni xəta və günahların ağır yükündən qurtar, çirklənən təsəvvür və xəyallarımı təmizlə, mənə pak bir həyat yaşamağı nəsib eylə. Allahım, insanların mənəvi dirçəlişi uğrunda işlədiyim əməllərə nəfsimin qarışmasına izin vermə! İrşad təcəllilərini məndən əsirgəmə! Məni doğru yoldan ayırma! Bütün hərəkət və davranışlarıma səmimiyyət və ixlas nəsib eylə! İnayət və hifzinlə sözlərimi təsirli et! Allahım, bilirəm ki, irşad və təbliğ yolunda mücadilə apararkən əhli-zəlalət mənə aman verməyəcək, xırda şeyləri belə bəhanə gətirərək üstümə yeriyəcək. Onlardan gələn bəla və müsibətlər qarşısında əyilmədən, bükülmədən, sınmadan, güzəştə getmədən mətin dayanmaq və yalnız Sənin hüzurunda əyilmək üçün inayətinə, hifzinə sığınır, bir daha qapını döyür və “Lə havlə və lə quvvətə illə billəh” deyirəm. Yenə qapını döyüb “Lə havlə və lə quvvətə illə billəh” deyir və Səndən diləyirəm: qəlbimi yaratdığın günkü kimi pak eylə!” şəklində sədaqət və səmimiyyətinizi ortaya qoysanız, Cənabi-Allah sizi əliboş qaytarmaz, ictihad, istinbat və seçimlərinizin içinə nəfsani hislərinizin qarışmasına imkan verməz.

Bəli, əgər siz həyatınızı bu düşüncələrlə yaşayırsınızsa, səhər-axşam Onun qapsını döyür və istəklərinizi o qapıya ərz edirsinizsə, eşidən, bilən və görən Allah (cəllə cəlaluhu) mütləq sizə cavab verəcək və sizi əsla əliboş qaytarmayacaq. Haqq dostlarının o ürəkyaxan, təsirli və dərin mənalı dualarında bildirdikləri kimi, indiyədək Onun qapısını döyən heç bir insan əliboş qayıtmamışdır. Xəta və günahlar içində boğulan neçə-neçə insan Onun qapısını döyməklə, Onun əfvinə sığınmaqla ilahi rəhmət, lütf, ehsan və inayətə nail olmuşdur.

Xülasə, Cənabi-Haqq fənafillah, bəqabillah və məallah məqamına çata bilməyən, elmülyəqin, eynülyəqin və həqqülyəqin mərtəbələrindən keçərək Cənabi-Allaha qovuşmayan, buna gücü çatmayan, ancaq son dərəcə səmimi və ixlaslı olan, daima “Allahım, mənə kamil iman ver! Allahım, İslamiyyəti kamil şəkildə yaşamağı nəsib et! Allahım, mənə səmimiyyət ver!” deyərək Allaha yönələn və Onun qapısını sədaqətlə döyən insanları tək qoymaz, onları daima hifz edər.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message