İslamda “insan haqları” məsələsi

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Prizma » İslamda “insan haqları” məsələsi

Sual: "İslamda insan haqları" barədə nə demək olar?

Cavab: İslam ümumbəşəri, cahanşümul bir dindir. Dolayısilə, İslamın "haqlar" məsələsinə verdiyi əhəmiyyət və bu mövzuya baxışı bütün varlıq aləmini əhatə edir. Bəli o, bütün "haqlar"ı qoruma altına almışdır. Belə ki, onun "haqlar" mövzusunda bu geniş, əhatəli çərçivəsinə insanlarla yanaşı, heyvanlar da daxil edilmiş, onlar da bundan fayda­lan­mış­lar.

Allah Rəsulunun (s.ə.s) həyatına nəzər yetirsək, bu mövzu ilə bağlı bir çox nümunə görmək mümkündür:

Allah Rəsulu ordusu ilə döyüşdən qayıdır. Yol üstə fasilə verirlər. Bir neçə səhabə quş yuvası görür və yuvadakı balaları əllərinə alırlar. Bu əsnada ana quşcığaz yuvasına dönür. Balalarını insanların əlində görüncə onların başları üstündə pərvaz etməyə başlayır. Allah Rəsulu bunu görüncə çox cəlallanır və dərhal balaları yuvaya qoymağı əmr edir (Ebu Davud, Edəb: 164).

Allah Rəsulunun (s.ə.s) yalnız bu rəvayətdəki həyəcanı belə İslamiyyətin, digər mövzularda olduğu kimi, "haqq" mövzusunda da hər şeyi əhatə edən bir sistem olduğunu isbat etmək üçün kifayətdir. Başqa bir sistemdə bu dərəcədə əngin, geniş "haqq" düşüncəsini görmək mümkün deyil.

Qurani-Kərim insan öldürməyi bütün insanlara qarşı cinayət sayır.. və “Maidə” surəsinin 52-ci ayəsində: “Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur," buyurur.

"Haqq" mövzusunda bu dərəcə həssaslığı başqa heç bir dində, hətta heç bir müasir hüquq sistemində görmək mümkün deyil. Bəli İslam, bu məsələyə çox həssas yanaşmış və bir insan öldürməyi bütün insanları öldürməyə bərabər tutmuşdur. Hərçənd Quran və Sünnədə adı keçməsə də, Tövratda bildirilən Hz. Adəmin oğulları Habil və Qabil haqqında nazil olan Quran ayəsi: "Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu," (“Maidə” surəsi, 5/30) buyurmaqla qardaşını öldürən ilk qatilin pis aqibətinə diqqət çəkir.

Qurani-Kərim başqa bir surədə haqsız yerə insan öldürənin əbədi olaraq cəhənnəmdə qalacağını vurğulayır və: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (“Nisa” surəsi, 4/93) deyir.

Bu fikrə əsasən ayədəki "xalidən" sözünə xüsusilə diqqət çəkmək istəyirəm. Çünki burada "əbədən" kəlməsi əlavə olunmadan yalnız "xalidən" ifadəsi istifadə olunmuşdur. Qurani-Kərimin başqa ayələrində "əbədi" mənasına "əbədən" kəlməsi də istifadə edilir. Buna baxmayaraq ayədə istifadə olunan "xalidən" sözünə istinadən İbni Abbas və ondan sonra gələn Təbiun imamlarından bəziləri Allahı inkar edənlər kimi, insanı öldürən qatillərin də əbədi əzaba haqq qazanacağını bildirmişlər ki, insan haqlarının qorunması baxımından bu çox vacibdir.. və İslamda "insan haqları sistemi" də bu əsaslara istinadən qurulmuşdur. Peyğəmbərimizin (s.ə.s) səhih hədisində buyurduği kimi, bir insan öz canı, ağlı, malı, nəsli və dini uğrunda ölərsə, şəhid olar. Məhz buna görə də bu müqəddəs dəyərlər uğrunda aparılan mübarizə cihad sayılmışdır. Dünyanın bütün hüquq sistemlərində bu beş əsas prinsip olaraq qəbul edilir və qorunur. Bu mövzu hüququmuzun əsasını təşkil edən üsul kitablarımızda da mövcuddur. Ən başlıca
əsas dindir, onu mütləq qorumaq lazımdır. Ondan sonra da digər əsaslar gəlir ki, bunların hər biri qorumaqla mükəlləf olduğumuz həyati əhəmiyyətli əsaslardır.

İslamiyyət insan haqlarına bu təməl prinsiplər nöqteyi-nəzərindən yanaşır və hər fərdi onları mühafizə və müdafiə etməklə mükəlləf sayır. Belə bir dinə insan haqlarına laqeyd yanaşır demək mümkünsüzdür. Üstəlik yalnız İslam dini insanı Allahın xəlifəsi ünvanı ilə şərəfləndirmiş və ona bəxş edilən bu uca rütbə sayəsində əşyaya müdaxilə etmə icazə və imkanı verilmişdir. Həmçinin İslamda insan özünü və nəslini qoruma, əmək və təşəbbüs azadlığı ilə sərəfraz qılınmışdır. Belə ki, nə bu mövzu ilə bağlı başqa sistemlərin prinsipləri İslamdan üstün ola bilər, nə də məsələnin hər hansı bir mənfi cəhətini göstərmək mümkün deyildir. Bəli, insana gerçək haqq və dəyəri İslam vermiş və onun bütün haqlarını mühafizə edərk ona sahib çıxmışdır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message