Şəfqət də Axirətin Gərəkliyini Göstərir

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Ölümdən sonrakı həyat » Şəfqət də Axirətin Gərəkliyini Göstərir

Yer üzündə şəfqətin çox açıq şəkildə hakim olduğunu müsahidə edirik.

Şəfqət acıma hissidir.

Şəfqət bir məzluma mərhamət etmək hissidir. Şəfqət, ağlayana qulaq vermək hissidir.

Şəfqət, şikəst, əlil, yaralı-xoralı birinin yaralarına məlhəm etmək hissidir.

Ən kiçiyindən ən böyük dairələrə qədər hər yerdə bu şəfqət hissinin özünü göstər-diyini görürük.

Yaralanmış əlinizi müalicə etdirsəniz, Allahın mərhamət və şəfqəti olmasa, inanın, yaranızın o qismində qanınızın toxuma, bərpa etmə prosesi getməyəcək və nə edirsiniz edin, siz o yaranı sağalda bilməyəcəksiniz.

Məgər gördüyünüz sağalmaz yaralar sizə heç nə demir? Çox ciddi cərrahi əməliyyat tələb edən xəstəlik zamanı həkimlər xəstəni əməliyyat masasına yatırtmazdan əvvəl baş-başa verib düşünür, öz aralarında məşvərət edirlər. Ya bir şəkər xəstəliyi və ya bambaşqa bir səbəbə görə: “Bu xəstə əməliyyat olunsa, yaranın qovuşması çətin olacaq” qənaətinə gələ bilərlər. Siz özünüz də əməliyyat keçirmiş elə adamlar tanıyırsınız ki, onların yaraları aylar, bəzən də illər keçsə də, qovuşmur. Allah (CC) sağaltmasa, yara qovuşmaz. Ya şəkər nisbətini yüksəldər, ya da kor bağırsaqla əlaqədar bir yara meydana gətirər, bədəndə insulin müvazinəti pozular, nəticədə də yara sağalmaz.

Elə isə, insanın dərin hesab edilən yaralarının qisa zamanda sağalmasını təmin edən Cənabi-Haqqın təkcə bu prosesdə üzə çıxanşəfqətini anlaya bilirsinizmi? Cənabi-Haqq (CC) bizlərə mərhamət edir. Bilirsiniz nə ilə? Yalnız mikroskopların köməyi ilə görünən kiçicik varlıqları imdadımıza göndərməklə.

Hələ körpələrin vəziyyəti! O, tamamilə insanı heyrətə salır. Allah (CC) əl boyda körpələrə bir başqa cür mərhəmət edir. Ən saf, ən təmiz qidalara möhtac olaraq dünyaya gəlmiş bu körpələrə ayrıca, xüsusi diqqəti ifadə etməyə isə söz tapmaq çətindir: əvvəlcə onu ana bətnində bəsləyir. Bunun üçün bətnin divarlarını körpənin bəslənə biləcəyi bir məskən halına gətirir, bətnin divarları qidalarla təmin edilir. Ananı, uşağının bir xadiməsi, xidmətçisi halına çevirir. Körpəciyəz dünyaya gələrkən Cənabi-Haqq onun üçün yenidən elə bir qida əmələ gətirir ki, gəldiyi yerdən tamamilə fərqli bir aləmə qədəm qoyan canlının ilk zəruri ehtiyacı məhz odur – ana südü. Bəli, ana südü uşaq üzərində ondan başqa heç bir qidanın hasil edə bilməyəcəyi müsbət təsir meydana gətirir. Hətta siz o südü sağıb başqa bir qaba qoysanız, ilk andakı təravətini və vitaminlərini qoruyub saxlaya bilməyəcəkdir. Hətta bəslədiyiniz qoyun və sığırın tərtəmiz döşlərindən sağılan, bir müddət dezinfeksiya edilmiş qablarda saxlanılan südünü körpəyə versəniz də, onu ana südündən daha yaxşı bəsləyə bilməyəcəksiniz. Tədqiq etsək, görəcəyik ki, inkişaf baxımından ana südü ilə bəslənən buzovla, konserv edilmiş südlə bəslənən buzov arasında ciddi fərqlər meydana çıxır. Elə isə, ana döşlərindən bir abi-həyat kimi süd axıdan və bu süd vasitəsilə şəfqətə çox möhtac olan çağaları bəsləyən Allahın sonsuz şəfqəti deyilsə, bəs nədir? Allahın (CC) sonsuz mərhəməti olmasaydı, bütün bu gözəlliklər meydana çıxardımı?

Baxın, göy qurşağı kimi rəngarəngliyi ilə əngin olan şəfqətin hakimiyyəti dörd bir yanımızda nəzərə çarpır: şırhaşarla axan sular bitkilərin ehtiyacını ödəməyə tələsir. Rəhmət onların da başını tumarlayır, tənəffüs etmələri üçün çox zəruri olan hava ağaclar üçün ağız və burunu əvəz edən yarpaqlar vasitəsi ilə qəbul edilir. İnsanın tənəffüsünə mane olanda onun ölümünə səbəb ola biləcəyimiz kimi, bitkilər də havadan məhrum edilsə, canlılıqlarını itirər və qurumuş çöpə çevrilərlər. Yer üzünün bütün canlı orqanizmlərinə şamil olan bu şəfqətin varlığını rədd edərsək, o zaman izah etmək üçün bütün cəhdlərimiz dialektikadan bir qarış da o yana keçməyəcəkdir.

İndi isə, lütfən, diqqətinizi buraya cəmləşdirin: bizə ən əhəmmiyyətsiz görünən canlıların imdadına şəfqətlə bu cür cavab verən Cənabi-Haqqın eyni şəfqətə daha çox möhtac olan, əbədiyyət arzusu ilə yanıb-qovrulan insanın arzusunu yerinə yetirməməsi heç mümkündürmü? Mümkündürmü ki, O, insanı bu dünyada bu qədər nemətlərlə bəsləyəndən sonra əbədi edama məhkum edib yox etsin, qəbirlə onun həyatını və varlığını başa çatdırsın, ona əbədi bağçalar, cənnətlər açmasın, əbədi nemətlərlə sərfiraz etməsin? Heç mümkündürmü?

Bizlər bütün yer üzündəki şəfqət əsərlərindən bu hikməti oxuyuruq: zərrələrdən kürələrə, hüceyrə-lərdən ən kompleks orqanizmlərə qədər hər tərəfdə şəfqət üfüqlərini açan Allah (CC) axirəti də açacaq, insanları yenidən dirildəcək, bu dünyada cürbəcür nemətlərilə bəslədiyi insanı, axirətdə də bitmək, tükənmək bilməyən nemətərilə təmin edəcəkdir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message