Sədaqət qəhrəmanı üç igid

Qurtuluş və nəcat doğruluqdadır. İnsan doğruluqla ölsə də, bir kərə ölür, halbuki hər yalan ayrı bir ölümdür. Necə ki, sədaqət qəhrəmanı Kab b. Malik (r.a.): “Mən doğruluğumla xilas oldum,” deyir. Bəli, doğruluq dəyincə Onu xatırlamamaq mümkün deyil.

Kab b. Malik qılıncı qədər sözü, sözü qədər də qılıncı kəsər insan idi. Şair idi. Şeirləri ilə kafirlərin mənəvi dünyalarını alt-üst edə bilirdi. Aqabədə Allah Rəsuluna beyət etmişdi. Dolayısilə də Mədinənin ilklərindən idi. Lakin Təbuk Səfərinə iştirak edə bilməmişdi. Təbuk ağır döyüş idi. Bu döyüşdə bir ovuc insan böyük Roma İmperatorluğunun ordusu ilə əlbə-yaxa olmalı idi. Üstəlik səhranın o qızmar istisində. Bu düşüncə ilə yola çıxdılar.. bu qəhrəmanlıq, bu mərdlik göstərdilər.. bu savabı aldılar, ancaq bu dəhşətli döyüş yalnız düşüncələrdə qaldı.

Allah Rəsulu (s.ə.s.) bütün hərbi hərəkatlarını gizli tutardı, bu səfər isə açıq elan etmiş, hər kəsi dəvət etmişdi. Belə bir dəvətə Kab iştirak edə bilməmişdi. Gəlin siyər kitablarından öz sərəncəməsini öz dilindən dinləyək:

“Hər kəs müharibəyə dəvət edildi. Çünki mübarizə ağır keçəcəyi gözlənilirdi. Lakin Allah təqdir etmədi və müharibə yalnız manevrdən ibarət qaldı. Belə olacağı deyilmiş və ya deyilməmişdi, ancaq Allah Rəsulu bu döyüşə çox əhəmiyyət verirdi.

Hər kəs kimi mən də hazırlığımı gördüm. Hətta bu günə qədər heç bir döyüşə bu qədər hazırlanmamışdım. İki Cahan Sərvəri hərəkət əmri verdi və ordu hərəkətə keçdi. Mən öz-özümə: necə olsa da, onlara çataram, deyə onlarla birlikdə yola çıxmadım. Heç bir işim də yox idi. Lakin özümə olan güvənim məni tutub saxlayırdı. Bu gün, sabah, o biri gün, deyə-deyə günlər gəlib keçdi. Artıq Allah Rəsuluna çatmaq mümkün deyildi. Məcburən gözləməliydim.. gözlədim də. Hər saat mənə bir gün qədər uzun gəlirdi.

Nəhayət, Allah Rəsulunun döyüşdən qayıtması xəbəri hər yana yayıldı. Hər dəfə belə olurdu. Mədinə Onun qayıtmağına yaxın təkrar canlanardı. Hər kəsin üzündə sevinc və bəşaşət vardı; Allah Rəsulu qayıdırdı…

Nəhayət gözlənən vaxt gəldi çatdı. Ordu Mədinəyə girdi. Peyğəmbərimiz (s.ə.s.), ədət olaraq, əvvəlcə məscidə baş çəkib iki rükət namaz qıldı və xalqla görüşməyə başladı. Hər kəs dəstə-dəstə məscidə gəlir, baş çəkir və döyüşdə iştirak etməyənlər də üzr istəyirdilər. Mənim kimiləri çoxu bəhanə bildirir, Allah Rəsulu da bəhanələri qəbul edirdi. Mən də eyni şeyi edə bilərdim. Çünki onlar arasında ən güclü iqna (razısalma) və ifadə qabiliyyəti məndə idi. Ancaq heç bir bəhanəm olmadığı halda mən Allah Rəsuluna necə yalan danışa bilərdim. Bacarmadım, bacara bilmədim. Qarşılaşdıq. İki Cahan Sərvəri qəlbimi yandıran incik bir təbəssümlə mənə baxdı. Və: “Harada idin?” deyə soruşdu. Olan-bitən hər şeyi olduğu kimi danışdım. Üzünü çevirdi və dil ucuyla: “Dur get!” dedi.

Çölə çıxıdım. Qövmüm ətrafıma yığışdı: “Sən də bir bəhanə gətir, qurtul!” dedilər. Bir ara dedikləri ürəyimə yatdı. Lakin birdən özümə gəldim və: “Mənim kimi başqası varmı?” deyə soruşdum. “Var,” dedilər və iki nəfərin adını çəkdilər. İkisi də Bədir döyüşündə iştirak etmiş adlı-şanlı səhabələr idi: Murarə b. Rəbi və Hilal b. Üməyyə. Bəli, onlar da heç bir bəhanə gətirməyib hər şeyi olduğu kimi demiş və mənim vəziyyətimdə idilər. Əstağfirullah, intizarda idilər. Mənim üçün hər ikisi də ittiba ediləsi insanlar idi.. mən də onlara uymağa qərar verdim və bəhanə gətirməkdən imtina etdim.

Namaz qılarkən göz ucuyla Ona baxırdım

Üçümüz barədə bir əmr çıxdı: heç bir müsəlman onlarla görüşüb, danışmasın. Digər iki nəfər evə qapanıb dayanmadan gecə-gündüz ağlayırdılar. Onlar arasında ən cavanı mən idim. Küçəyə, bazara çıxır namaz vaxtlarında da məscidə gedirdim. Ancaq mənlə heç kəs danışmırdı. Vaxtın çoxunu məsciddə keçirirdim. Elə hey gözləyirdim ki Allah Rəsulu mənə bir təbəssüm etsin.. əfsus ki, hər gün evə hicranla dönürdüm. O, üzündən təbəssüm əskik olmayan insan bir dəfə də mənə baxıb təbəssüm etmirdi. Salam verirdim; görəsən dodaqları tərpənəcəkmi deyə gözlərimi dodaqlarına zilləyirdim. Gəl gör ki, az da olsa tərpənmə yox idi.

Çox vaxt namaz qılarkən göz ucuyla Ona baxırdım. Namaza başlayanda mənə baxırdı. Lakin namazımı bitirincə dərhal gözünü məndən çəkirdi. Tam əlli gün belə keçdi. İnsanlar və yaşadığım yer mənə elə yadlaşmışdı ki, özümü başqa bir ölkədə zənn edirdim.

Bir gün Əbu Qatadənin, əmimin oğulu, onu çox sevirdim, o da məni canı kimi sevirdi, bağının divarından keçib yanına yaxınlaşdım. Salam verdim, salamımı almadı. Soruşdum: “Allah xatirinə de, Allah və Rəsulunu sevdiyimə inanmırsanmı?” O heç cavab vermədi. Sözümü üç dəfə təkrar etdim. Üçüncüsündə: “Allah və Rəsulu bilər,” dedi və yanımdan uzaqlaşdı. Dünya başıma daraldı. Əbu Qatadədən bu sözü heç gözləmirdim. Gözlərim doldu və hönkürtü ilə ağladım.

Bir gün də Mədinə küçələrində tək başına gəzirdim. Bir nəfərin küçə-küçə gəzib məni axtardığını eşitdim. Soruşanlar mənə yönəldirdilər. Adam yanıma gəldi, əlində də məktub vardı. Məktub mənə idi, Gassan Məlikindən gəlirdi. Məlik məni öz ölkəsinə dəvət edirdi. Məktubda: “Eşitdim ki, sahibin səni tək qoyub.. Bizə gəl, sənin kimiləri bizim nəzdimizdə qədri ucadır…” kimi sətirlər var idi. “Bu da bir imtahandır,” dedim, məktubu cırıb yandırdım.

Dünyam qərarmış, qəbir tək daralmışdı

Qırxıncı gün idi. Allah Rəsulu yanıma bir nəfər göndərmişdi. Gələn: yoldaşlarınızdan uzaq durun, deyirdi. “Neyləyim, boşanım?” dedim. (Ah vəfasına qurban olduğum insan!) “Yalnız uzaq dur!” deyib getdi. Yoldaşımı anası gilə göndərdim. Bu zaman Hilalın yoldaşı ərinə baxmaq üçün icazə istəmişdi. Hilal yaşlı insan idi. Öz işini özü görə bilmirdi. Və Allah Rəsulu yoldaşına icazə vermişdi. Bəziləri mənə: sən də icazə istə deyirdilər. Lakin mən qəbul etmədim. Çünki Allah Rəsulunun bu təklifi nə cür qarşılayacağını bilmirdim.

Əlli gün gəlib keçdi. Daha dözə bilirmirdim. Dünyam qararmış, qəbir tək daralmışdı. Həmişəki kimi evin damında sübh namazını bitirib, oturmuşdum. Bir nəfərin yüksək səslə adımı çəkdiyini eşitdim. Bu səs: “Muştuluq, ey Kab!” deyirdi. İşin nə yerdə olduğunu başa düşdüm. Dərhal səcdəyə getdim. O gün səhər namazından sonra Allah Rəsulu əfv olunduğumuzu elan etdi. Məscidə tələsdim, hər kəs ayağa durub məni təbrik edirdi. Talha məni qucaqladı, üz-gözümdən öpdü. Elə bil təkrar Aqabə günü idi. Allah Rəsulunun hüzuruna gəlib əlindən tutdum. O da mənim əlimdən tutdu. (O anda Cənnətlə müjdələnilsəydi, zənnimcə, bu qədər sevinməzdi) Allah Rəsulu: “Allah sizi bağışladı,” buyurdu. Və bizim haqqımızda nazil olan bu ayəni oxudu:

“Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (“Tövbə” surəsi, 9/118)

O bu ayəni oxuduqdan sonra Rəsulullaha: “Ya Rəsulullah! Mən doğruluqla xilas oldum.. Bundan belə ömürüm boyunca da doğrudan başqa şey danışmayacağam, söz verirəm,” dedim.

Bəli, peyğəmbərlik həqiqəti “sidq” dediyimiz doğruluq çarxı və əsası ilə dönür. Hər peyğəmbər doğru deyir. Və belə olması da zəruridir. Çünki qeyb aləmindən əmrlər alaraq insanlığa təbliğ edən bu şəxslərdən birində kiçik bir yanılma və ya səhv olsa, hər şey alt-üst olar. İnsanlıq adına öyrəniləsi bütün həqiqətlər bizə onlar vasitəsi ilə gəlir. Bu isə çox həssas bir məsələdir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message