Qadın ən yüksək mövqeyi İslamla əldə etdi

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Qadın ən yüksək mövqeyi İslamla əldə etdi

Qadın hüquqları məsələsində yeganə söz haqqı İslamındır. Çünki istər Qurani-Kərimə, istər Peyğəmbərimizin icraatına, istərsə də İslam tarixinə baxsaq, – fərdlərin xətaları ilə bağlı bəzi sui-istimallar istisna olmaqla – qadının ən yüksək mövqeyi məhz müsəlman toplumunda əldə etdiyini görərik.

Bəli, İslamda qadına verilən dəyər və mövqeyə heç bir digər sistemdə rast gəlinmir. Ən müasir toplumlar belə bu məsələdə İslamdan çox-çox geri qalır.

Müasir cəmiyyətdə qadın müəyyən azadlığa sahib olsa da, bu azadlıq daha çox cismani arzuların təmini mahiyyətini daşıyır. Buna görə də, onu nə insan fitrəti (təbiəti), nə də ağıl qəbul edir, nə də hər hansı bir səmavi din məqbul görür. Son əsrlərdə, xüsusilə dövlətlər arasında baş verən qanlı müharibələr səbəbi ilə dolanışığın ağırlaşması və iqtisadi ehtiyaclar qadını iş aləminə və evdən çıxmağa vadar etmişdir. Beləcə qadın öz məişətini təmin etməklə yanaşı maddi müstəqillik də əldə etmişdir, lakin bir çox ölkədə, xüsusilə onun fiziki cazibəsindən faydalanmaq istəyən bəzi sərmayə dairələri üçün istismar alətinə çevrilməkdən qurtula bilməmişdir. Təəssüf ki, qadın, xüsusilə Qərbdə iqtisadiyyatın, bazarın, əşyanın maddi dəyərini yüksəltdiyi və kişilərin nəfsani arzularını təmin etdiyi nisbətdə, dolayısilə həyatının təkcə bir anında suri və süni bir sevgi görə bilir. Bunun müqabilində isə, cəmiyyətdə kərimə (qız övladı), bacı, həyat yoldaşı, ana və nənə kimi gördüyü və heç nə ilə əvəz olunmayan sevgi və hörmətin böyük hissəsini itirmişdir. Və beləliklə tədricən azadlıq pərdəsi altında müasir “metodlarla” istismar edilmiş, insan hüquqlarının çoxundan məhrum edilmiş və zülmət dövründə olduğu kimi istismarın qurbanına çevrilmişdir.

Adəmi yoldan çıxaran Həvva portreti və ilk günahın qadına yüklənməsi Qərbdə əsrlər boyu qadın haqqında mənfi düşüncələrə gətirib çıxarmışdır. Bu əyri anlayış ucbatından qadın etibarsız, ikinci dərəcəli varlıq səviyyəsinə salınmış, adət halı, hamiləlik və doğum əbədi günahın cəzası kimi qəbul edilmişdir. Halbuki İslamın qadına münasibəti kişiyə münasibətdən fərqlənmir. Quran bizə ilk öncə Həzrəti Adəmin, sonra isə ondan, yəni onun mayasından həyat yoldaşının yaradıldığını bəyan edir. Quran bu yaradılış gerçəyi ilə qadın-kişi ayrı-seçkiliyi qoymadan hər ikisinin də insan olduğunu xatırladır və onların bir-birini tamamlayan mühüm fenomen olduqlarını nəzərə çatdırır. Qadın və kişi arasında müəyyən fərqlər olsa da, İslama görə, bu, bir çox faydaları ehtiva etməklə planlanmış xüsusi dizayndır, ancaq onların ontoloji fərqindən söhbət gedə bilməz.

İki bədən bir ruh

Allah qadını sırf kişiyə yoldaş olaraq yaratmışdır, yəni nə qadın kişisiz, nə də kişi qadınsız ola bilər. Alvar İmamının sözü ilə desək, Həzrəti Adəm cənnətdə olsa da, Həvvasız hicran çəkmişdir; əgər ilk yaradılan Həvva olsaydı, o da Adəmsizliyin hicranını çəkəcəkdi. Çünki yaradılış etibarilə, Adəm Həvvasız, Həvva da Adəmsiz ola bilməzdi. Onlar iki bədəndə bir ruh idilər, bir həqiqətin iki üzünü təmsil edirdilər.

Müsbət mənfiyə, elektron protona, gecə gündüzə, yaz qışa, yer üzü səmaya möhtac olduğu kimi kişi qadına, qadın da kişiyə möhtac olaraq xəlq edilmişdir. Belə ki, Rəsuli-Əkrəm (sallallahu əleyhi vəsəlləm) bu həqiqəti belə dilə gətirir: “Qadınlar kişilərin yarısıdır”. Beləliklə insan olaraq qadınla kişi bir bütövün iki bərabər hissəsini təşkil edir, ancaq biri digərinin eynisi deyildir. Onların təbiətində, fiziki quruluşunda, ruh dünyası və psixologiyasında müəyyən fərqlər var, ancaq nə kişi qadının bioloji cəhətdən inkişaf etmiş formasıdır, nə də qadın kişinin. Hər ikisi də müstəqil insandır və bir-birinə möhtacdır.

Bu müstəqim anlayışa müvafiq olaraq, Peyğəmbərimizin dövründə qadın layiq olduğu yüksək mövqeyə ucaldılmış, ona xarakterinə uyğun işlər verilmiş və cəmiyyətdəki həyati mövqeyi bərpa edilmişdir. Üstəlik də bu böyük inqilaba imza atılanda dünya vəhşətin içində boğulur, qadının insan olub-olmaması, ruhunun olub-olmaması haqda qızğın mübahisələr gedirdi. Bununla yanaşı, İslamda qadın kişilərin daşıdığı bəzi mükəlləfiyyətlərdən azad edilmişdir. Bu, İslamın onları nöqsanlı və qüsurlu saymasından qaynaqlanmır, əksinə bu, qadınlara ilahi rəhmət və mərhəmətin nəticəsidir. Bu rəhmət təcəllisi də qadının kişi ilə müqayisədə daha şəfqətli və mərhəmətli olması ilə əlaqədardır. Mərhəmətin Yeganə Sahibi Rəhmani-Rəhim qadının əngin şəfqətinə bir iltifat olaraq onu bəzi mükəlləfiyyətlərdən azad etmişdir.

Xülasə

  • İstər Qurani-Kərimə, istər Peyğəmbərimizin icraatına, istərsə də İslam tarixinə baxsaq, qadının ən yüksək mövqeyi məhz müsəlman cəmiyyətində əldə etdiyini görərik.
  • Müasir toplumlarda qadın müəyyən azadlığa sahib olsa da, bu azadlıq daha çox cismani arzuların təmini olduğuna görə, məqbul azadlıq hesab olunmur.
  • Qadınların bəzi mükəlləfiyyətlərdən azad edilməsi onların qüsurlu sayılmasından qaynaqlanmır. Əksinə bu onlar üçün ilahi rəhmətdir.

İfrat və təfrit arasında qadının yeri

İslama görə dünyada qadının rolu ev işləri görüb uşaq böyütməklə məhdudlaşmır.

Əslində o, təbiətinə zidd olmamaq və dini çərçivəni qorumaq şərtilə, toplumun demək olar, hər bir sahəsində öhdəsinə düşən məsuliyyəti yerinə yetirməyə və cəmiyyətdə kişinin əli çatmayan yerlərə əl uzadıb natamamı tamamlamağa görə məsuliyyət daşıyır. Lakin təəssüf ki, müsəlmanlar da tədricən bu həqiqəti ehmal etmiş, nəticə olaraq meydana gələn kobud anlayış və qəddar düşüncə qadın və kişinin qarşılıqlı yardımına söykənən bu sistemi pozmuşdur. Bununla da həm ailəvi, həm də ictimai ahəng alt-üst olmuşdur.

Fəqət bu istiqamətdə düşüncələrin dəyişməsinin və yoldan azmaların səbəbi – haşa – İslam dini deyildir, xəta onu yanlış şərh edib, yanlış tətbiq edənlərindir. Bu əməli səhvləri isə mütləq düzəltmək lazımdır. Ancaq səhvlər düzəldilərkən məsələyə feminizm anlayışı ilə yanaşılarsa, tarazlıq yenidən pozulacaq, ifrat və təfritlər baş alıb gedəcək. Məsələn, qadını təkcə uşaq doğan varlıq hesab etmək və onu uşaq “maşını” saymaq nə qədər çirkindirsə və hörmətsizlikdirsə, qadının nəsli davam etdirməkdən və robot olmadığını göstərmək üçün uşaq sahibi olmaqdan imtina etməsi də bir o qədər təbiətə ziddir, ona yaraşmaz. Bəli, qadın bulaşıq bir qab olmadığı kimi, yeri də təkcə bulaşıq qablar olan mətbəx deyil, lakin yemək, paltar, təmizlik kimi ev işləri ilə heç bir əlaqəsinin olmadığını iddia edən, ailəni bir yeməkxanaya, bir yataqxanaya çevirən qadın da övladlara yaxşı ana, yaxşı müəllimə və yaxşı mürşidə ola bilməz.

Digər tərəfdən, qadını mədənlər kimi çox ağır şəraitlərdə işlətmək də zülmdür. Sırf qadın kişi ilə bərabərdir deyə onu qızmar yazın istisində dəryaz vurmaq, dırmıq çəkmək, xırmanda vəl sürmək və ya sərhəddə terrorist izlətdirmək, quldurları təqib edərək mağaralarda yatıb-durmaq kimi ağır işlərdə işlətmək insan təbiətinə ziddir, zalımanə işgəncədir; qadına xas xüsusiyyətləri nəzərə almamaq və fitrət qanunları ilə müharibə etmək deməkdir.

Beləliklə, İslama görə, qadını evdə həbs edən və onu cəmiyyətdən tamamilə təcrid edən anlayış əsla doğru deyildir, o, – fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaq şərtilə – hər hansı bir işdə işləyə bilər. Ancaq qadın da, kişi də həyatın bir paylaşmaqdan və əmək bölgüsündən ibarət olduğunu bilməli və hər biri öz təbiətinə, fitrətinə uyğun işlərdə çalışaraq bir-birinə kömək göstərməlidir.

Həftənin duası

Ulu dərgahına yönələn qəlbləri əsla məhzun qoymayan, səmalara açılan əlləri heç vaxt boş qaytarmayan Aləmlərin Rəbbi Allaha sonsuz həmd-səna, Onun mustafa, müctəba və mürtəza qulu Həzrəti Məhəmmədə, ailəsinə və səhabələrinə salatu-salam edib bir daha Rəhməti Sonsuz Mövlamıza üz tuturuq: Allahım! Bəxtinə düşdük, nə olar, Şərqlə Qərbi bir-birindən uzaq etdiyin kimi, inadkarlığı, yersiz israrı və arzuların əsiri olub İblis və köməkçilərinə oxşamağı da bizdən fərsəx-fərsəx uzaq et. Amin…

Sözün cövhəri

Salatu-salam Allah Rəsulu (s.ə.s.) üçün Haqq Təalaya edilən duadır.

İnsanlığın İftixarı da “Yanında adım çəkiləndə mənə salatu-salam gətirməyən burnu yerlə sürünsün” buyuraraq salat-salamı şəxsən təşviq etmişdir. Salatu-salam gətirərkən bir tərəfdən nami-cəlili-Məhəmmədi yad etmək, digər tərəfdən də İmamı-Rəbbani, Ustad Bədiüzzaman kimi müxtəlif təzim və hörmət hislərimizi dilə gətirmək və beləcə O Zatın xatirəsini daim içimizdə canlı, təravətli saxlayıb canlandırmaq Ona olan vəfa borcumuzdur.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message