Qabilin Qurbanı Onu Allahdan Uzaqlaşdırdı

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Qabilin Qurbanı Onu Allahdan Uzaqlaşdırdı

Qurani-Kərim “Maidə” surəsinin 27-29-cu ayələrində bizə Həzrəti Adəmin (ə.s.) iki övladının hekayəsində danışır: Cənabi-Allah buyurur ki: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”

Qurani-Kərim və heç bir etibarlı hədisi-şərif Həzrəti Adəmin (ə.s.) bu iki övladının adlarından bəhs etməsə də, “Kütübi-salifə”də adlarının Habil və Qabil olduğu bildirilən iki qardaş arasında bir məsələyə görə anlaşılmazlıq çıxır və Qabil qardaşı Habili qısqanclıqla, haqsız yerə öldürür. Quran bu iki qardaş arasında baş verən hadisənin detallarından bəhs etmir, çünki bu hadisə zaman və məkanla məhdud deyil. Burada əsas olan da adlar deyil, şəxsiyyət və təmsil etdikləri zehniyyətdir.

Bütün ibadətlər vəhyə görə formalaşmışdır

Təfsirlərdə və digər İslami əsərlərdə keçdiyi kimi – bu mövzudakı məlumatların çoxu İsrail nənşəlidir- Qabil əkinçi, Habil isə çoban idi. Hər ikisi də qurban kəsənə əmri alanda Qabil qoyun kəsməmiş, məhsulun yaxşı hissəsindən qurban verməyə də qıymamış və qiymətsiz sünbül dəstəsini qurban olaraq təqdim etmişdi. Habil isə bəyəndiyi bir qoyunu qurban kəsmişdi. Habilin qurbanı qəbul olunmuş, Qabilinki isə rədd edilmişdi. Deməli, hələ o dövrdə insan oğlu Allahın qoyduğu ibadət qaydalarına öz ağıl və məntiqini qarışdırmağa başlamış, qurbanı öz mahiyyətindən uzaqlaşdırıb onu Allaha yaxınlıq vəsiləsi olduğu halda, Allahdan uzaqlaşmağa vəsilə etmişdir.

Allaha yaxınlaşmaq üçün bir yol olan Qurban xüsusiyyətləri təsbit edilmiş bir heyvanı müəyyən bir vaxtda, ibadət məqsədi ilə və üsuluna uyğun şəkildə kəsmək deməkdir. Sadəcə qurban deyil, bütün ibadətlər fiqhi deyimlə, təəbbüdi sahəyə aid olar və vəhyə görə, formalaşmışdır. Bəli, ibadətlər “təəbbüdi”dir, yəni onları Allah əmr etdiyi üçün, Onun istədiyi vaxtda, Onun göstərdiyi şəkildə və Onun rizasını qazanmaq niyyəti ilə etsək, ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən çəkinsək, bax onda etdiklərimiz ibadət hökmünə keçər. Quran necə bəyan etmiş, Peyğəmbərimiz (s.ə.s.) necə göstərmişsə, eynilə qoruyub əməl etdiyimiz, onlarda dəyişikliyə, artırma və azaltmaya yol vermədiyimiz, Peyğəmbərimizin (s.ə.s.) öyrətdiyi formaya toxunmadığımız müddətdə ibadətlərimiz ibadət olaraq qalır.

İbadətlərə verilən dəyər

Bəli, ibadətlərdə əhəmiyyətli olan Cənabi-Haqqın buyurduğu kimi hərəkət etməkdir. Yəni, üsul Allah tərəfindən qoyulubsa, bu bir dəyər ifadə edir. Yoxsa bir ibadətin, şəkil olaraq, öz məntiqinizə görə daha mükəmməlini, daha ağırını və daha müşkülünü ortaya qoysanız da, onun bir dəyəri yoxdur. Əslində, ibadətlərmiz bizim almaq istədiyimiz şeylərin qarşılığı ola bilməz; qulluq adına ortaya qoyduğumuz niyyət, səy və əməllərimiz arxasına düşdüyümüz Allah rizasına, cənnət və Camalullah kimi nemətlərin əvəzi ola bilməz. Umduğumuz nəticə qarşısında, ödədiyimiz qiymət çox kiçik və yetərsizdir. Lakin umduğumuzu bizə lütf edən, Allahdır. Sahib olmaq istədiyimiz o mal-mülk, o xoşbəxtlik, o saraylar, o köşklər, o villalar…, hər nə isə, onu satın ala bilmək üçün verməyə məcbur olduğumuz məbləği yaradan, o pulu kəsən də Allahdır. Yəni, zərbxana da ona aiddir.

Məhz bənzətmədə xəta olmasın, o zərbxanada Allah növ-növ pullar kəsir. Sizin namazınız bir növ puldur, orucunuz bir növ puldur, zəkatınız bir növ puldur.. hətta rəftarlarınız, davranışlarınız, xeyirli düşüncələriniz, səmimi niyyətləriniz puldur. Allah qatında bunların hər birinin ayrı-ayrı dəyəri var. Bütün bunlar istəklərinizə nail olmaq yolunda təqdiri birbaşa Allaha aid olan bir hədiyyədir sizə. Yoxsa siz, sizə aid qiymətlərlə istədiklərinizi ala bilməzsiniz. Məsələn, Allahın böyük məbləğ vəd etdiyi beş vaxt namazla əldə edəcəyiniz axirət nemətlərini, dəstəmazından duasına qədər, o namaza görə dözdüyünüz məşəqqətin əlli min qatını çəksəniz, yenə də namazdan başqa bir şeylə əldə edə bilməzsiniz.

Bu baxımdan, ibadət və itaətiniz Allahın buyurduğu əsaslara bağlı olmalıdır ki, bir dəyər ifadə etsin. O, nəyə nə qədər dəyər veribsə, Onun təyin etdiyi çərçivədə ibadətlərinizi yerinə yetirdiyiniz zaman axirət nemətlərini və əbədi səadəti satın ala bilərsiniz. Əgər O, Sirat körpüsündən keçməyi namaza, qurbana bağlayıbsa, keçid bileti ancaq bu pulla alınar deyibsə və siz də bu keçiddən keçmək istəyirsinizsə, o pulu verməyə məcbursunuz.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message