O Gecə Səma Bayram Edirdi

Əgər Allah (c.c.) varlıq aləmində məkan olaraq ən müqəddəs yer kimi Kəbəni görürsə, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) dünyaya təşrif  gətirdiyi məkanın Kəbədən başqa bir yer ola bilməsi mümkün deyildi.

“Beytullah”ın binası da buna bir işarədir. Üstəlik “Allahın nəzər etdiyi yer buradır. Cənabi-Haqqın isim və sifətlərinin xəlitəsi buradadır” deyilibsə, şübhəsiz ki, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) dünyaya şərəf gətirdiyi yer də ən mübarək “Büqa (torpaq parçası)” sayılan Kəbə olmalı idi.

Bəli, Nəbilər Sərvərinin başqa bir yerdə dünyaya gəlməsi qeyri-mümkündü. O (sallallahu əleyhi və səlləm), ancaq Kəbənin ana bətnində nəşət edə bilərdi. Anası başqa bir yerdə olsa belə, gəlib Onu Kəbədə dünyaya gətirməli idi. Çünki insanlardan bütün İlahi isim və sifətlərin hərəkət və mərkəz nöqtəsi olan Hz. Məhəmməd Mustafanı (sallallahu əleyhi və səlləm), bütün bu isim və sifətlərin cəmləşdiyi məkandan – Kəbədən başqa bir yer bəsləyə bilməzdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Kəbədən 53 yaşında ayrılmışdı. Kəbə Nəbilər Sərvərini qoynunda bəsləyən bir ana idi. Ancaq əzəmətli və məxafətli bir ana. Güman ki, onun belə olması Əfəndimizin (sallallahu əleyhi və səlləm) düçar olduğu bəla və müsibətə ruhdan düşmədən sinə gərməsi və daha bir çox qabiliyyət və istedadını inkişaf
etdirməsi baxımından böyük əhəmiyyət kəsb etməsindəndir.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Kəbəni müşahidə etmiş, onda gizli olan sirləri şəhadət aləmindəki bir bəşərə məxsus bütün qabiliyyət, istedad və zahiri-batini hislərlə dərindən duymuşdur. Halbuki, Kəbənin həqiqəti səma hüdudlarının xaricində, “Sidrətül-Müntəha”dadır. Əfəndimizin (sallallahu əleyhi və səlləm) merac səyahəti də Sidrətül-Müntəhada sona çatmışdır. Bir yöndən Nəbilər Sərvəri (sallallahu əleyhi və səlləm) Meracda səmaların ətəklərini ləl-cəvahiratla doldurmuş, onları gəlişi ilə şərəfləndirmişdi. Çünki həsrətini çəkdikləri O Dürrü-Yektanın (bənzərsiz inci) səsi-sədası gəlmiş və onlar nəhayət vüsala çatmışdılar. Digər yöndən də, Əfəndimiz (sallallahu əleyhi və səlləm) merac səyahətində müxtəlif yerlərə baş çəkmiş, hər getdiyi yerdə də “Buyur, xoş gəldin!”lə
qarşılanmış və O, bu təmtəraqlı qarşılama mərasimi ilə Sidrətül-Müntəhaya qədər yüksəlmişdir. Sidrətül-Müntəha Onun üçün belə aşılmaz bir zirvədir, çünki bura fövqəlbəşər bir məkandır. Əfəndimiz (sallallahu əleyhi və səlləm) də nəticə etibarilə, digər məxluqlar kimi xəlq olunmuş bir bəşər idi.

Bəli, Sidrətül-Müntəhaya qədər Əfəndimizi (sallallahu əleyhi və səlləm) keçdiyi yerləri şərəfləndirmişdi. Çünki o vaxta qədər belə uzun bir səyahətə çıxan, Sidrətül-Müntəhaya qədəm qoyan və bilavasitə Mütəkkəllimi-Əzəlidən (Allah (c.c.) kəlam əxz etmə dərəcəsinə heç kim yüksələ bilməmişdi. Bu məsələni bir təşbehlə ifadə etsək, Əfəndimiz (sallallahu əleyhi və səlləm) Ona analıq edən Kəbədən ayrılarkən kədərlə ayrılmış, lakin Kəbəyə “Sən başqa, mən başqa” deyərək araya bir məsafə qoymuşdur. Əfəndimiz (sallallahu əleyhi və səlləm) Mədinədəki o dəbdəbəli qarşılanma mərasimi ilə Kəbədən hüzünlü ayrılığa bir təsəlli tapmışdır. Mədinə İnsanlığın İftixarına öz qoynunu açmış, O da Kəbə kimi, Mədinəyə də dua etmiş və Mədinə də üns ab-havası ilə dolmuşdur.

Əfəndimiz getdiyi yerləri şərəfləndirmişdir

Üstəlik Əfəndimiz (sallallahu əleyhi və səlləm) peyğəmbərliyini səma sakinlərinə göstərmək üçün göyləri qarış-qarış gəzmiş, başda digər peyğəmbərlər olmaqla bütün göy sakinləri mədinəlilərin hicrət zamanı Allah Rəsulunu “Üstümüzə ay doğuldu…” nəğmələri ilə qarşıladığı kimi, Onu böyük coşğu ilə qarşılamışdılar. Əfəndimiz bir çox qapıdan keçmiş, Onu qarşılayanları, hətta Onu müşayiət edən Cəbrayılı belə müəyyən bir məqamdan sonra geridə qoymuş və pərdələrin, maneələrin qalxdığı bir nöqtədə Kəbənin Sidrətül-Müntəhadaki həqiqəti ilə üz-üzə gəlmişdir.

Allah Rəsulu meracdan bəhs edərkən: “Elə bir nöqtəyə çatdım ki, taleyin qələmlərinin xışırtılarını duydum” buyurur. Həmçinin, Əfəndimiz Sidrətül-Müntəhada Cənabi-Haqqın camalını kəmiyyətsiz, keyfiyyətsiz, maneəsiz və pərdəsiz müşahidə etmişdir. Üstəlik O (sallallahu əleyhi və səlləm) ənbiyayi-izamı (böyük peyğəmbərlər) da olduğu kimi görmüş, onlarla fövqəlzaman görüşüb söhbət etmişdir. İnsanlığın İftixarı səyahət əsnasında Kəbənin həqiqəti ilə də görüşmüş və beləcə Onu bəsləyən ananı tanımış, onun əlindən öpmüş və onunla bərabərləşmiş və ya onu aşmışdır. Bu, həm Onun (sallallahu əleyhi və səlləm)  anasına qovuşması, həm tərbiyə və ədəbini nümayiş etdirmə imkanı, həm də səma sakinlərinə bu böyük vüsalı göstərmə mərasimi idi. Bu mərasimdə, bəlkə də, bizim bilmədiyimiz aləmlərdə minlərlə,
yüz minlərlə ulduz sağa-sola saçılmışdır. Çünki yer kürəsi yaranandan bəri ulduzlar belə bir mərasimə şahid olmamışdı. Belə ki, o gecə ulduzlar sanki incilər kimi o Dürrü-Yektanın ayaqlarına sərilmişdi. Bəli, məsələyə Onun ruhunun genişliyi nöqteyi-nəzərindən baxınca, bunu başqa cür ifadə etmək də mümkün deyil.

Allah (c.c.) Nəbilər Sərvərini müxtəlif ayə və bəyanları ilə yerdəkilərə tanıdaraq Onun kim olduğunu təqdim etdikdən sonra, merac möcüzəsi ilə də səma sakinlərinə Onu tanıdıb təqdim etmişdir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message