“Nə qəm o gəmidəkilərə ki, sükanda oturan Sənsən”

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » “Nə qəm o gəmidəkilərə ki, sükanda oturan Sənsən”

Din alimləri arasında termin olaraq istifadə edilən inayət təbiri isə, Cənabi-Haqqın xüsusi iltifatı ilə çox əhəmiyyətli bir fəaliyyətdə istixdam (xidmətə götürmə, qulluğa qəbul etmə, işlətmə) edilmək; dinə xidmətdə çox vaxt gözlənilməz nemət və lütfə (ehsan) məzhər olmaq; ən çətin zamanlarda və ən pis şərtlərdə belə ixtiyar və iqtidar xaricində qeybdən uzanan bir əl tərəfindən qorunub, himayə edilmək; hətta “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirlidir.” (Bəqərə, 2/216) ayəsində bildirildiyi kimi, zahirən çox çirkin görünən hadisələrdə belə maddi-mənəvi çox böyük nemətlərə nail edilmək mənalarını ehtiva edir.

Haqqında açılan məhkəmələri, məhkum edilmə qərarlarını, sürgünləri və həbs cəzalarını belə həmişə xeyirə yozan və hər fürsətdə tələbələrinə: “Narahat olmayın, biz inayət altındayıq. Zahirən əziyyət olan hadisələrin ardında böyük rəhmət var” -deyən Nur Müəllifi məhz bu inayət anlayışını dilə gətirmişdir. Həbsxana həyatını belə ilahi qədərin əmri, tənsibi (münasib görmə, uyğun hesab etmə) və sövq etməsi ilə mədrəseyi-Yusifiyədə (Həzrəti Yusif (ə.s.) həbsxanada keçirdiyi zaman müddətində oranı mədrəsəyə çevirməsi) iştirak etmək kimi qiymətləndirmişdir. Dinə xidmət edənlərin ilahi himayəyə məzhər olduqlarını, hər zaman Haqq Təalanın nəzarəti altında olduqlarını, müsibətləri səbir və təvəkküllə qarşılayacaqları təqdirdə bir dirhəm zəhmətin bir batman rəhmət və savabla nəticələnəcəyini, çox qiymətli mənəvi faydalara nail olunacağını müjdələmişdir.

Əslində, özünü ilayi-kəlimətullaha (Allahın adını ucaldılması, Allahın qullarına sevdirliməsi) həsr edən və bu yolla Allahın razılığını əldə etməyə çalışan insanların hamısı ilahi inayətə məzhərdir. Peyğəmbərlər başda olmaqla, nübüvvət yolunun hər nümayəndəsi, istisnasız, Haqq-Təalanın nəzarət və himayəsi altındadır. Necə ki, Qurani-Kərimdə müxtəlif vəsilələrlə bu həqiqətə işarə edilir. O cümlədən, Rəsuli-Əkrəm Peyğəmbərimizə (s.ə.s.) “(Ya Peyğəmbər!) Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!” (Tur, 52/48) deyilir.

Haqq Təalanın Həzrəti Nuha: Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!) Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!” (Hud, 11/36-37) şəklindəki xitabında da ilahi inayətin nəzərə çatdırılması əsas məsələdir.

Həzrəti Nuh (ə.s.) gəmini ilahi inayətlə inşa etmiş, Allahın ona yaxınlıq göstərməsi sayəsində yol getmiş və nəhayət Haqq-Təalanın mühafizəsi ilə mənzil başına çatmışdı. Sükanında ilahi inayətin göndərdiyi bir əl olan o gəmi nəhəng dalğalara baxmayaraq batmamışdır.

Sədi Şirazi: “Nə qəm o gəmidəkilərə ki, sükanda oturan sənsən ya Məhəmməd!..” – deyir. Bəli, kapitanlığını İnsanlığın İftixarının (s.ə.s.) etdiyi bir gəmi də əsla batmayacaq, çünki Həbibi-Əkrəm (s.ə.s.) və onun ümməti hər zaman Haqq-Təalanın nəzarət və mühafizəsi altındadır.

İnayəti Cəlb Edən Səbəblər

Beləliklə, ilayi-kəlimətullah yolunda və Allahın rizası arxasınca gedən insanlar ümumi mənada Haqq-Təalanın inayəti altındadırlar. Bununla birlikdə, bəzi xüsusiyyətlər var ki, xüsusilə onlar inayəti cəlb edir və Allahın xüsusi lütflərinə zəmin hazırlayır. Bunların başında, xüsusilə Peyğəmbərimizə (ə.s.) aid ali vəsflər gəlir, əsasən sədaqət, əminlik, təbliğ, fətanət (peyğəmbərlərə xas məntiq) və ismət xüsusiyyətləri ən mühüm inayət səbəbləridir.

Ömürü doğruluq və sədaqət çarxı ətrafında dönərək, Haqq-Təalaya, Rəsulullaha, İslam təbliğinə, dini həyata və inananlara sadiq olan; etibarlılığı şəxsiyyəti ilə bütünləşdirərək, əlindən və dilindən heç kəsə zərər gəlməyəcəyini hər halı ilə ortaya qoyub hər kəsə əminlik təlqin edən; həm təbliğ, həm də təmsil ilə İslamın ülvi həqiqətlərini təbliğ etməyi və hər fürsəti “əmri-bil-maruf, nəhyi-anil-münkər” (yaxşılıqları əmr etmək, pisliklərdən çəkindirmək) istiqamətində dəyərləndirməyi həyatının qayəsi bilən; irşad vəzifəsində ağıl, məntiq, qəlb, könül, hiss və sair duyğularının hamısını səfərbər edən, bədəvisindən ən mədənisinə qədər hər kəsə vəhyin işıqlarını saçan; bütün bunları edərkən də günahlara girməmək, diqqətsiz davranmamaq və qeyri-ciddiliyə yol verməmək üçün maksimum səy göstərmək surəti ilə iffət abidəsi kimi yaşayan hər insan ilahi inayətin cəlb və mütəmadiliyi adına çox əhəmiyyətli vəsilələrə sarılmışdır.

Digər tərəfdən, xüsusiyyət baxımından olduğu kimi, əməl baxımından da inayətin bəzi səbəbləri var.

Bu əməllərin başında Allaha təvəccöh gəlir. Günəbaxan çiçəyi kimi günəşə yönəldikcə, təbəssüm etmələri və daha da qol-budaq açıb inkişaf etmələri kimi, insanlar da ancaq üzlərini Haqq-Təalanın dərgahına çevirsələr həm şəxsi həyatları, həm də din yolunda xidmətinə yönəlik işləri baxımından inkişaf edə bilərlər. İnsan, heç bir zaman gözünü Onun qapısından ayırmamalıdır ki, səviyyəsinə görə nəzər və təvəccöh nemətlərindən istifadə edə bilsin. Yoxsa, Ona təvəccöhdə qüsur edən, mərhəmət və şəfqət nəzərindən məhrum qalar; übudiyyətlə (ibadətlərlə) Ona yaxınlaşma əzmində olmayan da mənən müflis olar. “Mənə bir qarış yaxınlaşana Mən bir arşın yaxınlaşaram” bəyanı da bu həqiqəti ifadə edir. Beləliklə, ilahi inayətə nail olmaq, xüsusilə, Haqq-Təalaya təvəccöh, təvəccöhdə (meyil, yönəlmə) sabitlik, davamlılıq və Onun da bu mütəmadi yönəlişə qarşı mərhəmət təvəccöhləri göstərməsi sayəsində reallaşa bilər.

İmana xidmət naminə görülən işlər və əldə edilən müvəffəqiyyətlər nisbətində təvazönün artması da ilahi inayətin davamlılığı üçün çox əhəmiyyətlidir. Həqiqi bir mömin, hər müvəffəqiyyətin Haqq-Təalanın lütfü, bərəkəti və ehsanı ilə olduğuna ürəkdən inanmalı, beləliklə həm şirkdən xilas olmalı, həm nəfs və şeytanın eqoizm kimi vəsvəsələrindən uzaq durmalı, həm də acizlik duyğuları içində hər zaman Allaha könül verməlidir. Bəli, həddini bilmək və acizlik hissləri ilə Ona yönəlmək ilahi rəhmət və inayətin imdadı üçün ən məqbul bir niyazdır.

Xülasə

  • Özünü ilayi-kəlimətullaha həsr edən və bu yolla Allahın razılığını əldə etməyə çalışan insanların hamısı ilahi inayətə məzhərdir.
  • Bəzi xüsusiyyətlər var ki, xüsusilə onlar inayəti cəlb edir və Allahın xüsusi lütflərinə zəmin hazırlayır.
  • Sədaqət, Allaha təvəccöh, təvazö, səbəblərə riayət, vifaq-ittifaq ve bu yolda əzm və cəhdin mütəmadiliyi kimi xüsusiyyətlət inayəti cəlb edən əsas xüsuslardır.

Haqqın inayətinə təqdim edilən ən güclü ərizələr

Allahın (c.c.) inayət qapısını açan digər xüsus da səbəblərə riayətdir. İnsan, səbəblər dairəsində yaradıldığına görə, Müsəbbibül-Əsbaba (Səbəbləri yaradan Allah) tam etimad etməklə birlikdə, hər zaman səbəbləri yerinə yetirməkdə də məsuldur.

Nəbilər Sərvəri Peyğəmbərimizin (s.ə.s.) mücadilə meydanında bir tərəfdən Allaha dualarla yalvarması, digər tərəfdən də bir-birindən fərqli fövqəladə sipərlər quraraq və üst-üstə iki zireh geyərək səbəblər çərçivəsində zəruri olanı etməsi bu mövzuda çox əhəmiyyətli bir dərsdir.

Allahın inayətinə çağırışlardan bir digəri də, hədəf (Allah rizasını qazanmaq) istiqamətindəki səylərin heç azalmaması, həmişə davam etməsidir. Çünki çox həvəslə başladığı neçə-neçə fəaliyyət üzvlərinin ya yorulmaları, ya da bezmələri səbəbi ilə qısa müddətdə dağılaraq tarixə çevrilmişdir. Əksinə, bir neçə sadiq və vəfalı təmsilçinin Haqq-Təalanın inayətini qazanma mahiyyətindəki səbirli və mütəmadi cəhdləri sayəsində zaman-zaman inkişaf edib boy atmış və hər tərəfə yayılmış məfkurələr də az deyil.

Nəhayət, İlahi inayətin çox böyük bir səbəbi də birlik və ittifaqdır. Həzrəti Ustadın yanaşması ilə; öz dəyərləri etibarilə toplanınca sadəcə on altı edən dörd ədəd dörd, əgər sirri-ühüvvət (qardaşlıq sirri), ittihadi-məqsəd (bir məqsəd ətrafında toplaşma) və ittifaqi-vəzifə (vəzifə ətrafında birləşmə) ilə təvafüq edib bir xətt üstündə çiyin-çiyinə versələr, o vaxt dörd min dörd yüz qırx dörd dəyərini qazanarlar. Bunun kimi, on altı fədakar qardaşın qiymət və mənəvi gücü də ixlas sirri ilə elə artar ki, ayrı-ayrı dayanan dörd min adamın gücündən daha çox olar. Bəşər tarixinə diqqətlə baxılsa, neçə-neçə belə həqiqətin şahidi olarıq.

Sözün məğzi; hər Quran tələbəsi müəyyən nisbətdə ilahi inayətə məzhərdir. Bu inayətin cəlb ediləsi və davamı üçün həm, xüsusilə, sədaqət, əmniyyət, təbliğ, fətanət və ismət sifətlərinə yiyələnmək, həm də, Allaha təvəccöh, səbəblərə riayət, xidmətdə mütəmadilik və ittifaq kimi saleh əməllərə sarılmaq lazımdır. Bu xüsuslara diqqət yetirən bir Haqq dostu, iman xidmətində heç ümid etmədiyi anlarda gözlənilməz ehsanlara nail olacaq, ən çətin vəziyyətlərdə belə bir gizli əl tərəfindən qorunub ahimayə ediləcək və zahirən çox çirkin görünən hadisələrdə belə maddi-mənəvi çox böyük müvəffəqiyyətlər əldə edəcəkdir.

Həftənin duası

Ey günah və xətalara aludə olmuş qullarını çox bağışlayan Ğaffar və ey günahkarların nöqsan və üsyanlarını örtən Səttar! Əngin rəhmətinə sığınır və bizi başqa deyil, yalnız ulu dərgahına yana-yana ürəyini boşaldan, yalnız Sənə üz tutan, Sənin əmr etdiyin yolda gedən və bütün bunlarla yalnız və yalnız Sənin rizanı arzulayan qullarından et! Çünki Sən lütf və ehsanınla məruf, yaxşılığını əsirgəməməklə, kərəmini leysantək üstümüzə yağdırmaqla məşhursan.

Sözün cövhəri

Biz dövrün şərtləri etibarilə, Haqq-Təalanın köməyinə daha çox möhtacıq. O halda “hər gecəni “Qədr” bilib onu əhya edən insanın bir gün “Qədr”ə çatması şübhəsizdir, hər gələn insanı “Xıdır” bilib ona ehsan edən də bir gün “Xıdır”la qarşılaşması müqəddərdir” anlayışı ilə hərəkət edib hər fürsətdə qurtuluşumuz üçün vəsilə axtarmalıyıq. Gecə-gündüz bu anlayışla hərəkət edərək acizliyimizlə, fəqirliiyimizlə hər şeyin güc məbəyi olan Allaha yönəlib Ondan əfv diləsək, ümid edirik ki, dualarımız qəbul olunar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message