Kənara yaxınlaşma ki, uçuruma yuvarlanmayasan

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Kənara yaxınlaşma ki, uçuruma yuvarlanmayasan

Digər tərəfdən, bir insanın həddini bilməsi, təklif edilən bir vəzifə qarşısında dərhal irəli atılmaması, həva və həvəsləri ilə hərəkət etməməsi, o işə ləyaqəti olub-olmadığını yaxşı dəyərləndirə bilən şəxslərin qənaətləri ilə hərəkət etməsi, yeri gələndə müstəğni olub o işə başqa birini təklif etməsi, lakin şərtlər necə olursa-olsun, öhdəsinə düşən vəzifədən də qaçmaması kimi xüsuslar da bir yönü ilə iffət çərçivəsinə daxildir.

Belə ki, bu duyğu və düşüncələrlə verilən bir vəzifəni layiqincə yerinə yetirməyə “peşə namusu”, və ya “peşə əxlaqı” deyilmişdir. Hər bir həkim, müəllim, vəkil, əsgər, prokuror, ya da hakim öz peşəsinə aid bəzi intizam qaydalarına tabe olmaq, müəyyən qayda və qanunlara uyğun iş görmək və “peşə əxlaqı” dediyimiz dəyərlər toplusuna sadiq qalaraq işləmək məcburiyyətindədir. Başqa sözlə, belə qayda-qanunlu, nizam-intizam içində və haqqpərəstcəsinə işləmək də iffətin fərqli bir yönü olaraq dəyərləndirilə bilər.

Bununla yanaşı, söhbət və yazılarımızda tez-tez istifadə etdiyimiz və bəzən “fikir namusu”, bəzən də “düşüncə iffəti” şəklində zikr etdiyimiz bir xüsus da var. Xüsusilə, həva və həvəsi fikir surətində təqdim etməmə, ülvi və dərin həqiqətləri izah edərkən fantastik və müəmmalı ifadələrə girməmə, lakin səviyyəsiz sözlərə və bayağı ifadələrə də yer verməmə, istifadə edilən hər sözü sərraf həssaslığı ilə seçərək dilin saflığını qorumağa səy göstərmə və oxucunu mütləq xeyrə, gözəlliyə sövq etmə kimi mövzularda həssas davranma da iffətin bu növünü təşkil edir.

Əslində, düşüncə iffətini əldə edib qorumaq üçün təxəyyül və təsəvvür planındakı duyğuları belə təmiz saxlamağa səy göstərmək lazımdır. Çünki fikir, söz və əməllər bir yönü ilə xəyalda mayalanır. Buna görə də, Peyğəmbər Əfəndimiz (s.ə.s.): “Pis duyğular səni xəyallarında yaxalayanda, ilk fürsətdə dərhal onlardan xilas olmağa çalış. Yoxsa, bir müddət sonra aparıldığın yerdən geriyə dönə bilməzsən”, -deyir. Bəli, bir şeytani ox gəlib xəyalınıza saplandığı zaman geri qayıda bilirsinizsə, dərhal qayıdın və zehninizdə açılan yaranı vaxt itirmədən sağaltmağa çalışın. O ox daha dərinə nüfuz etmədən və açılan yara sizi öldürəcək səviyyəyə çatmadan bir istehkama sığınmalı, əzəli düşməninizin hücumlarından qorunmalısınız. Əks halda, bəzi xəyal dəryalarına yelkən açmış, onun dalğaları içində sovrulmuş və sahilə çıxmağa yol tapa bilməyəcək qədər sahildən uzaqlaşmış olarsınız. Elə isə, yol yaxınkən və iradənizin gücü varkən pis duyğu və pis ehtiraslardan xilas olmalısınız!..

Baxmağa aludə olmayın

Qurani-Kərim və Sünnət “səddi-zərai” adı altında bu mövzuya diqqət çəkərək, müəyyən hadisələr münasibəti ilə, fərqli ifadələrlə bu xüsusu izah edir. Bildiyiniz kimi, “sədd” maneə törətmə, “zərai” də “səbəb” və “yol” mənasına gələn “zəria” sözünün cəm şəklidir. “Səddi-zərai” isə şər və günaha aparan yollara sədd çəkmə, harama səbəb ola biləcək hal və hərəkətlərdən qaçma deməkdir. Məsələn, zina böyük bir günahdır. Harama baxmaq bu günaha aparan bir səbəb olduğu üçün o da günahdır və qadağan edilmişdir. Bunun üçün, Qurani-Kərim: “Zina etməyin”, “Yetim malı yeməyin” əmrini ifadə edərkən, “Zinaya yaxınlaşmayın”, “Yetim malına yaxınlaşmayın” şəklində səslənir və nəticədə günaha apara biləcək mühitdən uzaq durmaq əmr edilir.

Bəli, göz görər, qulaq eşidər, dil söylər; görülən, duyulan və deyilən şeylər zehində xəyala dönər; təxəyyül təsəvvürə çevrilər, o da müəyyən bir qəlibə tökülər, bir örtüyə girər.. və sonra bu mərhələ insanın iradi davranışlarına təsir edər; əl uzanar, ayaq gedər… Başqa sözlə, hələ xəyal astanasında ikən günahın qarşısı alınmalı, onun təsəvvürə və sonrakı mərhələlərə keçməsinə mane olunmalıdır. Məsələn, harama baxmaq önü alına biləcək və iradə ilə uzaqlaşmaq mümkün olan bir təhlükədir. Bir az cəhd göstərsəniz, baxmaya bilərsiniz. Gözünüzə ilişən çirkin bir mənzərədən uzaqlaşma, iradənizin belini bükə biləcək qədər böyük bir yük deyil; gözünüzü bağlamağa iradi gücünüz kifayətdir. Lakin nəzərinizi haramdan çevirməz, özünüzü o işə salar və bir “baxma xəstəsi” olsanız, artıq geriyə dönmə ehtimalınız azalar. Üstəlik bir də gözünüzdən zehininizə axan mənzərələri xatirələrlə, təəqqüllə bəsləyib böyütsəniz, artıq sahildən uzaqlaşmış sayılırsınız. Ondan sonra geriyə dönmək daha çox cəhd və səy istəyir. Şair bir dostumun: “Üsyan dəryasına yelkən açmışam/Kənara çıxmağa qoymur məni!..” -dediyi kimi, Allah qorusun, o günah dalğaları sizi ora-bura çırpıb sahilə çıxmağınıza imkan verməz.

Üç iffət qəhrəmanı

Günah astanasında və uçurumun kənarında ikən geri dönə bilən və böyük bir fəlakətdən xilas olan qəhrəmanlar də var. Məhşərin dəhşətverici təhlükələrindən “züllüllah”a sığınaraq qorunacaq olan yeddi qrup insan adı çəkilərkən, belə bir iffət qəhrəmanına da işarə edilir. Çünki namus və şərəfini mühafizədə fövqəladə həssas və şəhvani istəklərinə qarşı çıxmaqda son dərəcədə qərarlı o cəsur, gözəllik və sərvət sahibi bir qadının günaha dəvətini: “Mən Allahdan qorxuram” -fəryadı ilə rədd edə bilmiş və iradə ilə keçilməz kimi görünən bir dəryanı aşa bilmişdir.

Həzrəti Ömərin (r.a.) gözünün nuru olan bir gənc də o ismət üfüqünün nümayəndələrindəndir. O da bir tələyə düşüb günaha azca meyil göstərəndə birdən-birə: “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (Əraf, 7/201) məalındaki ayəni xatırlamış; Cənabi-Allahdan həya etmiş, günah astanasından geri dönmüşdü.. lakin vicdanı bu kiçik meyli belə iffətinə sığışdırmamış, könlü Allah qorxusundan hasil olan həyəcana dözə bilməmiş və gənc oradaca can vermişdi. O canını Allaha təslim etsə də, “iffət (ismət) şəhidi” ünvanına layiq o igidin xatirəsi də bir yadi-cəmil kimi dövrümüzə qədər gəlmişdir.

“Mağara hədisi” olaraq da məlum olan bir hədisi-şərifdə də belə bir iffət qəhrəmanından bəhs edilir. Gecəni keçirmək üçün bir mağaraya sığınan üç nəfər dağdan qopan böyük bir qaya parçasının mağaranın ağzını bağlaması nəticəsində heç cür oradan çıxa bilmir. Onlar sıra ilə Haqq qatında məqbul olduğuna inandıqları bir əməli vəsilə edərək Cənabi-Haqqdan mağara ağzının açılmasını diləyirlər. Hər birinin duası ilə qaya bir az yol alır və nəhayət o üç yoldaş xilas olur. Onlardan birincisi, ana-atasına münasibətdə gözəl davranışlarını vəsilə edərək niyaz edir; sonuncusu da, işlətdiyi fəhlənin vaxtında verə bilmədiyi, pulunu istifadə etməklə çoxaltdığı mal-dövləti əksiksiz fəhləyə qaytarması hörmətinə İlahi rəhməti köməyə çağırır. İkinci şəxs isə, “Allahım! Əmimin bir qızı vardı. Onu hər kəsdən çox sevirdim. Ondan kam almaq istədim, amma mənə heç üz vermədi. Lakin bir qıtlıq zamanında əlimə düşdü. Ona özünü mənə təslim etməsi müqabilində yüz iyirmi dinar verdim, məcbur olaraq qəbul etdi. Lakin arzuma yetəcəyim anda: “Allahdan qorx, iffətimə toxunma!” -dedi. Onu çox sevdiyim halda, buraxdım, verdiyim pulu da geri almadım. Allahım əgər bunu Sənin rizan üçün etmişəmsə, bizi bu çətinlikdən qurtar!” -deyərək iffətini mühafizə etməsini məqbul bir əməl olaraq Allaha təqdim edir.

Bu üç əfif insanın ortaya qoyduğu qəhrəmanlıq hər kəsə nəsib olmaz. Bunlar çox istisna, nadir iradə zəfərləridir. Bu cür hallarda yol azmama hər insanın əldə edə biləcəyi bir müvəffəqiyyət deyil. Çoxu o sürüşkən zəmində ayaqüstə dura bilməyib yıxılır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message