İmanla küfür arasında

Fəthullah Gülən: İmanla küfür arasında

Allah təbarəkə və təala “Hucurat” surəsində imandan bəhs etdikdən sonra fəlakət doğuran üç xüsusiyyətə diqqət çəkir: “… inkara, fasiqliyə və üsyana qarşı sizdə nifrət oyatmışdır” (“Hucurat” surəsi, 49/7) deyərək insan qəlbinin küfür, fisq və üsyana nifrət etməsinin ilahi bir nemət olduğunu bildirir.

Bildiyimiz kimi, imanın əksi küfrdür. Küfr Allaha inanmamaq, haqqı qəbul etməmək və inkarla Allahın nemətlərinin üstünü pərdə çəkmək deməkdir. Əslində, bir qəlb imanı sevirsə və imanla könlünü abad etmək istəyirsə, küfrdən nifrət eməlidir. Belə ki, imanın dadını alan insan küfrdən mütləq nifrət edir. İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur: “Bu üç xüsusiyyət kimdə varsa, imanın dadını almış sayılır: Allahı və Onun Rəsulunu hər şeydən və hər kəsdən çox sevmək, sevdiyini sırf Allah rizası üçün sevmək və hidayətə çatandan sonra təkrar küfrə düşməyi oda atılmaqdan daha dəhşətli görmək”.

Fisqlə üsyan da küfrə və əbədi fəlakətə açılan həmin qapılardandır və imanın rahiyəsini qəlbən duyan bir insan bu iki təhlükəli sahədən fərsəx-fərsəx uzaq olmalıdır.

Fisq Allahın əmrindən üz döndərmək, haqq yoldan çıxmaq, böyük günahlara batmaq və ya mütəmadi kiçik günahlar işləyərək Allaha itaət halqasından kənara çıxmaq mənasına gəlir.

Daimi yönəliş

Ömrünün hər anını dua və niyazla zinətləndirən Seyyidül-mürsəlin Peyğəmbərimiz sözügedən ayəni dua qəlibinə salmış və: “Allahummə həbbib iləynəl-imanə və zəyyinhu fi qulubinə və kərrih ileynəl-küfr vəl-füsuqa vəl-isyan vəcalnə minər-raşidin” (Allahım! İmanı bizə sevdir və qəlbimizi onunla zinətləndir. Küfr, fisq və üsyanı isə bizə çirkin göstər və bizi kamala çatanlardan eylə) yalvarışı ilə Allahu-əzimüşşana üz tutmuşdur.

Ayələrdə keçən ifadələr, Peyğəmbərlərin həyatı və Rəsuli-Əkrəmin sözləri bizi öz əməlimizə arxayın olmamağa, “hidayətə çatdıq, qurtulduq” kimi düşüncələrə qapılmamağa və daim təzərrö ilə, niyazla Allaha yönəlib Onun hifz və inayətinə sığınmağa səsləyir. Demək ki, kamil insan zirvəsinə yüksəlmək və ən azı möminlik vəsfini qorumaq ancaq bu cür daimi yönəlişlə mümkündür.

Bəli, həqiqətən iman etmiş və kamala çatmış bir mömin böyük-kiçik hər günahı çirkin görər, günaha, xətaya qətiyyən düşməməyə çalışar. O inanır ki, hər bir günah ona bəxş edilən imanı çirklədəcək, hətta çatladacaq. Belə bir insan bir yerdə büdrəyib günaha düşərsə və hissə qapılıb qəfil üsyana meyl edərsə, dərhal tövbə və istiğfar qapısını döyüb ruhunu təmizləyər. O, təmizlənmə işini qətiyyən təxirə salmaz, çünki hər an Qaf dağından daha ağır yüklə Allahın hüzuruna çıxmayacağına dair əlində bir sənədi yoxdur. Çox yaxşı bilir ki, Tövbəni bir dəqiqə belə gecikdirmək özünün zərərinədir. Onun etiqadına görə, günahın bircə saniyədə yaşamasına imkan verilməməlidir. Çünki günah tövbə çeşməsi ilə vaxtlı-vaxtında təmizlənməsə, qəlbi sancan zəhərli bir ilana çevrilib orada yuva sala, törəyib çoxala bilər. Tövbəsi gecikən hər bir günah yeni cürümlərə zəmin hazırlayır. Elə isə həqiqi mömin bir günah işlədimi, məsələn, gözünə bir haram dəydimi, haram bir tikə yedimi, bir yalan söylədimi… dərhal o günahdan xilas olmaq üçün bir yol axtarmalı, bir-iki dəqiqə də keçmədən alnını səcdəyə qoymalı, tövbə və istiğfarla yuyunub təmizlənməli və Cənabi-Allahın hüzuruna çıxmağa hazır vəziyyətə gəlməlidir.

Sevdir bizə sevdiklərini…

Xülasə, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hər səhər etdiyi bu dua səhər-axşam bizim də dilimizdən düşməməli, duada keçən sətirləri düşünərək Rəbbimizə yönəlməli, Rəhman və Rəhim Allaha bu hislərlə səslənməliyik:

Allahım imanı bizə sevdir, canımızdan, qanımızdan, həyatımızdan daha çox sevək onu. Rəbbim, qəlblərimizi imanın əsasları ilə bəzə, könüllərimizə Zatının sevgisini ver, Həbibinin məhəbbətini doldur sinələrimizə və sevdiklərini sevdir bizə. “Yoldan ayırma bizi, doğrunu söylət, sevinci duyur, həqiqəti öyrət. Sən hiss etdirməsən biz hiss edə bilmərik, Sən dilimizi açmasan, biz danışa bilmərik, Sən sevdirməsən, biz sevə bilmərik. Sevdir bizə sevdiklərini, uzaqlaşdır bizi uzaq olduqlarından, yar et bizə kamala çatdırdıqlarını” (M. Həmdi Yazır). Vicdanımızı eşqinlə, məhəbbətinlə elə işıqlandır ki, imanı rəngarəng, cazibədar görək. Rəbbim! Küfrə və bizi küfrə sürükləyən bütün günahlara qarşı içimizdə nifrət oyat. Xüsusilə, iman, İslam, din və diyanət halqasından çıxıb fasiqlərdən olmaqdan və əmrlərinə itaət etməyib asilər kimi uçuruma yuvarlanmaqdan bizi hifz eylə… Amin.

Xülasə

  • Bir qəlb imanı sevirsə və imanla könlünü abad etmək istəyirsə, küfrdən nifrət eməlidir. Belə ki, imanın dadını alan insan küfrdən mütləq nifrət edir.
  • Kamil insan zirvəsinə yüksəlmək və ən azı möminlik vəsfini qorumaq ancaq bu cür daimi yönəlişlə mümkündür.
  • Həqiqətən iman etmiş və kamala çatmış bir mömin böyük-kiçik hər günahı çirkin görər, günaha, xətaya qətiyyən düşməməyə çalışar.

 

Yetmiş yaşlı yaramaz uşaqlar

“Hücurat” surəsində keçən bir ayənin (7-ci ayə) bildirdiyinə görə kamala çatanlar o şəxslərdir ki, imanı sevir və qəlbini onunla süsləyir, könlünü iman ziyası ilə işıqlandırır, küfr, fisq və üsyana nifrət edib onlardan üz döndərir və daima iman yolunda olub doğruluq və itaətdən ayrılmır.

Demək ki, rüşdə çatmaq yaşla ölçülmür. Neçə-neçə ahıl var ki, on beş yaşına çatmamış uşaq kimidir. Əvvəlini-axırını düşünməyən, nəfsinə uyub hər gün “tonlarla” günah işləyən bu yaramazlar nə gözlərinə, nə də qulaqlarına nəzarət edirlər… Nə dillərini günahdan uzaq tutur, nə də digər üzvlərini… Rüşd yaxşını pisdən seçməyi bacarmaq, haqq yolda sabitqədəm, səbirli və dönməz olmaqdır. Beləliklə də, rüşdə çatan, özünü dərk edən və doğru yolu tapıb sirati-müstəqimdə gedən insan axtarırsınızsa, onu ancaq imanı sevib könlünü onunla zinətləndirən və küfrdən, fisq və üsyandan nifrət edənlərin arasında tapa bilərsiniz.

Əgər bir insan inandığını iddia edə-edə küfrə qarşı sayıq deyilsə, günah dəryasına yelkən açıbsa, üsyan vadilərindən ayığını kəsmirsə, gözünü-qulağını, dilini-dodağını haramdan çəkmirsə… Yaşı neçə olursa-olsun, onu raşid adlandırmaq, onun rüşdə çatdığını demək çox çətindir. Niyə? Çünki belə insan göz görə-görə qəlbinin yaralayır, iman evini tar-mar, axirət həyatını yerlə-yeksan edir. Cənnət saraylarına günahları ilə od vuran bir insana necə raşid demək olar? Günah külüngünü əlinə alıb Cənnət qəsrlərini bir-bir uçuran və Cənnət evini yıxan bir insanın yaxşını pisdən seçdiyini demək mümkünmü? Həzrəti Piri-Muğan “Burada bir “əlhəmdülillah” deyərsən, orada bir Cənnət meyvəsi yeyərsən” demirmi? Elə isə burada bir namaz qılarsan, orada bir Cənnət qəsri ucaldarsan … Burada bir günah işləyərsən, orada böyük bir sarayı yerlə bir edərsən …

Həftənin duası

Rəbbimiz! Heç bir dilək və istəyimiz olmadan mərhəmət, rəhmət, lütf və və inayətin bizi varlıq aləminə gətirdi, bizi imanla, İslamla şərəfləndirdi. Rəbbimiz, bizi rizandan məhrum etmə, məhrum edərək bizi cəzalandırma!.. Bu riza yolunda müstəsna inayətinlə bizə qüvvət ver ki, hüzuruna üzüağ, alnıaçıq gələ bilək.

Sözün cövhəri

İmanla küfür arasında dağlar, təpələr olsa da, diqqətsiz atılan hər bir addım insanı küfür bataqlığına yuvarlaya bilər. Düşüncənin yanlış istiqamətə meyillənməsi get-gedə davranışlara da təsir edər, insanın duyğu və düşüncə dünyasına girən hər şey fərqinə varmadan həmin duyğu və düşüncələri dəyişdirə bilər. Ustad bu məsələni sünnə əsasında çox gözəl səsləndirir: “Hər bir günahın içində küfrə gedən bir yol vardır”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message