Həyatın Hər Anında Həmd və Şükr

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Həyatın Hər Anında Həmd və Şükr

Allah Rəsulunun (s.ə.s.) nurlu bəyanları həyatın hər anında bizi həmd və şükrə çağırır. Məsələn, “Aza şükr etməyən çoxa da şükr etməz. Xalqa təşəkkür etməyən Allaha da şükr etməz.” (Tirmizi, Birr 35; Ebu Davud, Edeb 12; Ahmet b. Hanbel 6/278, 375) hədisi-şərifini bu baxımdan dəyərləndirə bilərik. Bu və buna bənzər bəyanlar bizi özümüzü təşəkkürə öyrəşdirməyə çağırır.

Buna görə də, ən kiçik bir yaxşılığa belə laqeyd yanaşmadan təşəkkür etməliyik. Məsələn, bir stəkan çay ikram edildi, dərhal təşəkkür etməliyik. Və ya bir təbəssümlə qarşılaşdıq: “Qardaşım! Allah razı olsun, hal-hazırda belə bir inşiraha ehtiyacım vardı,” deyib yenə təşəkkürümüzü bildirməliyik. Beləcə, ən kiçik bir alicənablığa təşəkkürümüzü bildirərək onu təbiyətimizə hopdurmalıyıq.

Əlbəttə ki, bütün nemətlərin həqiqi sahibi Allahdır (c.c.). Ancaq Onun nemətin bizə gəlməsinə vəsilə etdiyi amilləri də unutmamalıyıq. Belə bir təşəkkür onun haqqıdır. Bəli, təşəkkürü yemək-içmək, təbii və insani təlabatımız kimi həyatımıza tətbiq edə bilsək, onda təşəkkür etməkdə heç qüsura yol verməz və daim ətrafa şükür saçarıq. Təşəkkürə bu səviyyədə özünü öyrəşdirmiş bir insan da Münimi-Həqiqidən (Həqiqi nemət verən) gələn nemətlərə, əlbəttə, kor-kar kimi yanaşmaz, lütf və ehsanı böyük həyəcanla qarşılayar və Allaha şayəstə, Münimi Həqiqiyə layiq davranış nümayiş etdirər. Onun xəyalı ilə yaşayar, o üfüqə çata bilmək üçün hər imkanı dəyərləndirər və davamlı minnət və şükran hisləri ilə dolub-boşalar. Hətta qəlb və zehininə gələn gözəl təxəyyül və təsəvvürlərin təşəkkürə layiq olduğunu düşünər, həyatını həmd və şükr müstəvisində nizama salar.

Hammadun Ümməti

Qurani-Kərim həmdə bu qədər əhəmiyyət verir, Peyğəmbərimizin (s.ə.s.) nami-cəlili, adı “həmd” kökündən gəlir, axirətdə görüş yeri və gedəcəyimiz yer həmd məqamı kimi göstərilir və bütün bunlarla yanaşı, ümmət də “Ümməti-Hammadun” (Hilyetül-Evliya, 5/386; Hasaisül-Kübra, 1/20) olaraq vəsf edilir. Ancaq zənn edirəm, bu bəyanı-nəbəvini, peğəmbər sözünü həm bir müjdə, həm də bir məqsəd, bir hədəf olaraq anlamağımız lazımdır. Belə ki, bilindiyi kimi, “hammad” forması mübaliğə şəklindədir. Yəni həmdin şüuruna varmadan və dərinliyinə enmədən, hərdənbir “həmd”i xatırlayan və sadəcə sözlə “əl-hamdulillah” deyib keçənlərə həmdin bu mübaliğə şəkli aid edilməz. Hammadun ümməti həmdə elə bağlanmış insanlardır ki, Əfəndimizin (s.ə.s.) dualarında da keçdiyi kimi, onlar yatıb-durub həmişə “əl-hamdulillah” deyər, oturub-durub Allaha həmd edər, həmdlə nəfəs alar və ömrünü dərin şüur və idrak içində həmdlə bəzəyər, həmdlə süsləyərlər. Bu səviyyədə həmdin ümmətin bütün fərdlərində olduğunu deyə bilmərik, ancaq ümumi mənada bu ümmətin “hammadun” potensialına malik olmasını qeyd olunan bəyanı-nəbəvidən, Peyğəmbər kəlamından anlaya bilərik.

Elə isə bizim vəzifəmiz potensial olaraq bizdə olan həmd duyğu və düşüncəsini həyatımıza əks etdirmək və hammadun üfüqünə çatmaq üçün səy göstərməkdir. Biz bu dünyada bizə gəlib-gəlməyən bütün nemətləri ruh və vicdanımızda duymağa çalışar, onlar qarşısında boyun bükər, həyata “həmd” gözü ilə baxar, həmdlə nəfəs alar və mütəmadi olaraq artan həmd və şükür duyğusu ilə həyatımızı keçirərsək, axirətdə də Məqami-Mahmud Sahibinin (s.ə.s.) vəsiyyəti, “Həmd Bayrağı”nın kölgəsi altında “hammadun ümməti”nin bir fərdi olaraq taleyimizə təbəssümlər saça bilərik. Rəbbim hamımızı bu müjdə və məzhəriyyətə nail olanlardan etsin! Amin!

  • İstər Qurani-Kərimin ayələrinə, istər Allah Rəsulunun (əleyhissalatu vəssalam) nurlu bəyanlarına baxsaq, həyatın hər mərhələsində həmd və şükür etməyə çağırıldığımızı görərik.
  • Peyğəmbərimizin rəhbərliyində ömrünü həmdlə keçirən o talelilər axirətdə də Livaul-hamdla (həmd bayrağı) şərəflənəcəklər.
  • Bu ümmət həmdə bənd olmuş insanlardır: yatanda da, duranda da daim “əl-hamdulillah” deyər, oturub-durub Allaha həmd edər, nəfəsini həmdlə alıb verər və ömür iplərini dərin şüur və idrak içində həmdlə hörərlər.

Qüvveyi-Şəhvaniyə və İffət

İslamın, əxlaqla məşğul olan alimləri insanda üç təməl duyğunun olduğunu söyləmiş və bu duyğulardan müəyyən nisbətdə də olsa, həqiqətləri görüb, fayda, ya da zərər gətirəcək şeyləri bir-birindən ayırma bacarığına “qüvveyi-əqliyə”; kin, hiddət, qəzəb və cürət kimi hislərin qaynağı sayılan gücə “qüvveyi-qəzəbiyə”; arzu, iştah və cismani həzlərin mənbəyi qəbul edilən duyğuya da “qüvveyi-bah ya da qüvveyi-şəhvaniyə” demişlər.

Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bahın həya hissindən tamamilə uzaqlaşaraq hər cür cürmü, günahı işləyəcək qədər ifrat səviyyəyə çatmasını “fisqü-fücur”; halal nemət və ləzzətlərə qarşı belə hissiz və hərəkətsiz qalmasını da “humud” adlandırmışlar. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bah baxımından istiqamət və orta yolu seçib məşru, yəni şəriət qanunları daxilində zövq və ləzzətlərə meyil etməklə yanaşı, qeyri-qanuni arzu və istəklərə iradi olaraq qapalı qalmağı isə “iffət” sözü ilə ifadə etmişlər. Bu baxımdan, iffət, ümumi mənada, iradə gücünü istifadə edərək cismani və bəhimi (heyvani) arzuları idarə altına almaq, zinadan və səfehlikdən uzaq durmaq deməkdir.

Qurani-Kərim iman gətirənlərin iffətli, həyalı və ədəb yerlərini qoruyan insanlar olduqlarını bəyan etmiş (Muminun, 23/5-7); iffətli yaşamanın mükafatı olaraq Allahın məğfirətini və Cənnətini müjdələmiş (Əhzab, 33/35); mövzunun əhəmiyyətinə görə qadınları və kişiləri ayrı-ayrı zikr edərək bütün möminlərə iffətli olmalarını və iffətsizliyin giriş qapısı sayılan harama baxmaqdan uzaq olmalarını əmr etmişdir (Nur, 24/30-31). Bununla yanaşı, Həzrəti Yusif (ə.s.) və Həzrəti Məryəm kimi iffət abidələrini misal verərək, inananlara həya və ismət üfüqünü göstərmişdir.

Bəli, Həzrəti Yusif əleyhissalam vəzirin xanımının günaha dəvəti qarşısında: “Ya Rəbbi! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur” (Yusuf, 12/33), – deyərək, iffətinə toz qondurmaqdansa, illərlə həbsdə yatmağı üstün tutmuş və qiyamətə qədər gələcək bütün əhli-imana bir həya timsalı olmuşdur.

Cənabi-Allahın: “İffət və namusunu lazım olduğu kimi qoruyan Məryəmi də an. Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik” (Ənbiya, 21/91) -deyərək, ucaltdığı Həzrəti Məryəm də bütün insanlıq üçün bir iffət nümunəsidir. Belə ki, təmiz və sadə bir mühitdə, iffət və şərəflə yetişən Məryəm anamız, o pak mahiyyəti ilə iffət mücəssəməsinə çevrilmişdir. Buna görə də, Həzrəti İsanın (ə.s.) doğumuna dil uzadanların çirkab sözləri qarşısında min bir iztirabla: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” (Məryəm, 19/23) -deyə inləmişdi.

İffəti bu ümumi mənası ilə yanaşı, daha geniş və ətraflı nəzərdən keçirmək də mümkündür. Bədiüzzaman Həzrətlərinin: “Halal dairəsi genişdir, keyfə kafidir. Harama girməyə heç lüzum yoxdur” şəklində dilə gətirdiyi ölçüyə görə iffət, məşru dairədə yaşayıb qeyri-qanuni sahəyə girməmə, əl uzatmama, addım atmama deməkdir. Başqa sözlə, iffətli insan göz, qulaq, əl, ayaq kimi bütün əzaların halal dairədəki ləzzətləri ilə kifayətlənməli, heç bir şəkildə və heç bir yolla haram işləməməli, izzət və şərəfinə xələl gətirən hallardan da çəkinməlidir.

Həftənin duası

Ey bütün cəbbar və qəddarları əzəmət cilovu ilə cilovlayan, uca dinimiz İslama və ona ürəkdən bağlı Müsəlmanlara kin və nifrət bəsləyib düşmənçilik edənləri qüdrəti ilə əhatə edən Ucalar Ucası Rəbbim! İnanan qullarına sırf Sənə inandıqları üçün ədavət saxlayan insafsız və yolagəlməz insanların ağızlarına gəm keçir, əllərinə qandal tax, ayaqlarına kündə vur… bu məsum və qərib qullarına mərhəmət et, bizə qarşı kin və nifrətlə həsəd aparanların mənfur əməllərini həyata keçirməsinə imkan vermə..

Sözün cövhəri

Halal şeylərə ifrat sevgi küfrə səbəb olmaz. Ancaq insan bəzi şeylərə alışanda həmin yolla gələn sui-istifadələr başqa şeylərə qapılar aça bilər. Qurani-Kərim və Sünneyi-Səhihədə bununla bağlı “Mütrəfin” adlı zümrədən bəhs olunur.

Bunlar yemə-içmə, yatma-qalxma və s. kimi gündəlik işlərdə ifrat aristokratlıq edən insanlardır. Allah bir yeri həlak etmək istəyəndə o yerin başına mütrəfinləri gətirər. Dolayısilə, həyatının məqsədi yemək, içmək, yatmaq olan insanlar ilahi təhdidə səbəb ola bilərlər.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message