Heç bir işiniz şeytanı sevindirməsin

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Heç bir işiniz şeytanı sevindirməsin

Münafiqləri günah, düşmənçilik və Peyğəmbərimizə üsyan kimi cürmlər üçün kulis[1] keçirməyə sövq edən şeytandır. Onların pozulmuş təbiəti şeytanın kiçik bir təhriki ilə dərhal hərəkətə gəlmiş və: "Bu müsəlmanları necə məğlub edək, Peyğəmbərin hansı əmrinin, hansı buyuruğunun yersiz olduğunu yayıb üsyan cəbhəsi təşkil edək!" kimi düşüncələrin zehnlərində kök salmasına zəmin hazırlamışdır. Münafiqlər bu məqsədlə xosunlaşmış və pıçıldaşmışdır ki, bu da onların belə çirkin duyğu və düşüncələrdə boğulmasına səbəb olmuşdur. Bu baxımdan da, bu cür məşru, qanuni olmayan kulislər şeytandandır.

Həmçinin bu cür fəaliyyətlər psixoloji savaş amili kimi müsəlmanların mənəvi gücünü zəiflətmə məqsədilə həyata keçirildiyi üçün də şeytandan sayılır. Çünki beş-on nəfər münafiq gizlicə toplaşıb xosunlaşsa, bu bəzi möminlərdə tərəddüd və narahatçılığa səbəb ola bilər. Ağıllarına: "Görəsən, bu gizli görüşdə nə danışdılar, nə qərar aldılar, hansı plan qurdular?" kimi suallar gələ bilər. Bu aspektdən, münafiqlər günah, düşmənçilik və Peyğəmbərimizə üsyan etmək barədə dayanmadan xosunlaşarkən, bəlkə də, bunların ətrafa yayıladığını, söz-söhbətə səbəb olduğunu bilirdilər. Ancaq onlar bunu psixoloji savaş silahı kimi işlədirdilər. Məsələn, Uhud döyüşündən əvvəl mənəvi gümrahlığa və birlik ruhuna çox ehtiyac vardı. Halbuki belə təhlükəli bir vaxtda beş-on nəfər toplaşır, gizli-gizli söhbət edir, xosunlaşırdı. Onları görən səhabələr istər-istəməz: "Görəsən, nə danışdılar, kim bilir neyləyəcəklər? Yoxsa bizə qarşı birlik quracaqlar?" deyə əndişələnirdilər. Dolayısilə, münafiqlərin bu
hərəkətləri psixoloji savaş silahı kimi möminlərdə az da olsa sarsıntıya və mənəvi gücün zəifləməsinə səbəb olurdu. Bu nöqteyi-nəzərdən də belə bir xosunlaşma şeytandandır.

Şeytanın oyuncağı olan kulis fəaliyyətləri

Şeytan belə bir ssenarini yalnız münafiqlərlə səhnəyə qoymaz, bəzən möminləri də aldadıb onları da müxtəlif rollarda oynada bilər. Kollektiv şüuru zədələmək, inananlar arasına şübhə və inamsızlıq toxumu səpmək və bu yolla möminləri üzmək üçün şeytan müxtəlif təfriqə tələləri qurur, ixtilaf torlarını atır. Əslində saleh bir toplumda bir neçə səmimi insanın toplanıb xüsusi görüşməsindən kimsə narahat olmaz, çünki heç kim Allahdan qorxan belə insanların şər işlər üçün ittifaq edəcəyindən əndişələnməz. Lakin şeytan gizli görüşənləri, xeyir üçün nəcva niyyəti ilə toplananları bəzən aldadaraq onları "birrü-təqva" yolundan uzaqlaşdırmaqla qeybət və tənqidə sürükləyir. Bununla yanaşı, onların gizli görüşməsi digər insanların qəlbinə şübhə də ata bilər. Beləliklə, möminlər arasında inamsızlıq ab-havası meydana gələr. Dolayısilə, o cür nəcvalar da nəticə etibarilə şeytandan sayılır.

Belə bir sui-aqibətə[2] düçar olmamaq üçün xüsusi şəraitdə və gizli görüşən insanlar həmişə niyyətini və məqsədini nəzərdən keçirməli, söhbət boyu nəcvanın şərtlərinə riayət edib-etmədiklərini sorğu-sual eləməli və mütləq Allah rizasını hədəf seçməlidir. Həmçinin olduqca şəffaf olmalı, gizli işlər görən insan kimi davranmamalı, görüşün vaxtını, yerini və mövzusunu bilməsində heç bir promlem olmayan bəzi insanlara da xəbər verməlidirlər. Üstəlik Peyğəmbərimizin (əleyhi əkməlüt-təhaya): "İki nəfər öz aralarında üçüncü şəxsdən icazə almadan danışmasın. Əks halda, o adam bundan incinər" hədisə əməl edərək görüşə şahid olan insanlardan icazə almalı, toplantının məzmununu izah etməsələr də mövzu haqqında qısa məlumat verməli və o insanların tərəddüdlərini aradan qaldırmalıdırlar.

Zənnimcə, ən təhlükəli, ən amansız və ən acınacaqlı görüş bir ya da bir neçə müsəlmanın mömin və ya möminlər qrupu haqqında pıçıldaşmasıdır. Bir neçə nəfərin yanında bir mömin haqqında: "Xasiyyəti xasiyyətimə uyğun gəlmir, filan yönü xoşuma gəlmir!.." deyib təhqir etmək və qeybətini qırmaq günahdır. Ancaq səmimi qəlbdən peşman olduqdan sonra, halallıq istəyib istiğfar etməklə günahı bağışlana bilər. Lakin bir mömin qrupu əleyhinə CD-lər hazırlamaq, o CD-ləri şeytanın da ağlına gəlməyən böhtanlarla doldurmaq, eyni böhtanları qəzet, radio və televiziya yolu ilə də yayaraq minlərlə dillə qeybət edib böhtan atmaq, hətta bu yalan və böhtanları xaricə göndərib müsəlmanları pisləmək.. və sırf bu məqsəd üçün ku­lis­lər keçirmək, hər məkanı pıçıltı məclisinə çevirmək, daim sui-qəsdlər və hərəkət planları hazırlamaq.. şey­ta­nın bu cür ssenarilərində baş rolda oynayanlar qütbiyyət və qövsiyyət [3] iddialı
insanlar da olsa, onların ba­ğış­lanması mümkün deyil. Çünki bunların elədiyi elə şeytani kulislərdir ki, onların içində gördükləri işin günah olması düşüncəsi də yoxdur. Əgər bir günahın günah olması qəbul edilməzsə, ona görə peşman olmaz və istiğfar etməzlər, o günah baş alıb gedər.. onu işləyən günahkarlar da heç vicdan əzabı çəkməz, nədamət hissi keçirməz, dolayısilə, tövbə duyğusuna da yaxın gəlməzlər.

Xülasə

  • Kollektiv şüuru zədələmək, inananlar arasına şübhə və inamsızlıq toxumu səpmək və bu yolla möminləri üzmək üçün şeytan müxtəlif təfriqə tələləri qurur, ixtilaf torlarını atır.
  • Toplantılarda olduqca şəffaf olmalı, gizli işlər görən insan kimi davranmamalı, görüşün vaxtını, yerini və mövzusunu bilməsində heç bir promlem olmayan bəzi insanlara da xəbər verməlidirlər..
  • Ən təhlükəli, ən amansız və ən acınacaqlı görüş bir ya da bir neçə müsəlmanın mömin və ya möminlər qrupu haqqında pıçıldaşmasıdır.

İslam dini bütün məsələləri həll etmək üçün kifayətdirmi?

Cavab: Bəli, həm kifayətdir, həm də vafi (yetərli, başqa heç bir şeyə ehtiyac qalmayacaq şəkildə). Qərbdə hər gün neçə-neçə insanın İslamı qəbul etməsi bunun açıq sübutudur.

Bir fabrikin işləmə sistemini, onu qurandan daha yaxşı kim bilə bilər. Ən sadə bir elektronik alətin işləmə mexanizmini belə bir biləndən soruşursunuz. İnsanı yaradan kimdirsə onun istər fərdi, istərsə də ictimai yaşayış tərzini ən gözəl bilən də o olmalıdır. İnsanı Allah yaratmışdır. Elə isə insan üçün ən uyğun sistem də Onun göndərdiyi sistemdir.

Bu gün bu reallıq hər kəs tərəfindən qəbul edilir, çünki bəşər əli ilə ortaya qoyulan bütün sistemlər bu gün iflas etmişdir. Müvəqqəti müvəffəqiyyətləri onların uzun müddət qalmaları üçün kifayət etməmişdir. Beləcə tarixdə görülən ən məşhur bəşəri sistemlərdən Feodalizm, Kapitalizm, Sosializm və Komunizm, bir-birinin ardınca dağılmış və arxada bir çox ah-nalə qoyub getmişdir. Halbuki İslam ilk qurulduğu gündən bəri əslindən heç bir şəy itirmədən bu günlərə gəlib çatıb.

Qərb bu işin fərqindədir. Allahla münasibəti qüvvətli olan mürşid və mübəlliğlər Qərb dünyasının bir çox yerində gözəl qarşılanır, sevilir. Kilsə salonları, sanki, İslama olan sevgini tərənnüm edirlər.

Əsrin dərdlərinə mübtəla olmuş insanlıq yenidən bir İslam anlayışına yönəlir. Bu gün altından çıxılmayan problemlerin ancaq İslam ilə həll edilə biləcəyi qənaəti çox geniş yayılmışdır.

Fəzilət odur ki, düşmanlar da qəbul və etiraf etsin. Və bu gün elə bir mərhələ gəlmişdir ki, düşmanlar da verdikləri bəyanatlarıyla bu həqiqəti qəbul etmiş kimi görünürlər. Bu gün Avropada İslamı qəbul etdiyi halda, ətrafındakılardan çəkindiyi üçün bunu gizli saxlayan bir çox insan vardır.

Sonra bu cür suallara konkret misal vermək üçün bütün məsələləri bir-bir sayıb İslamın o məsələləri necə həll etdiyini bir-bir göstərmək lazımdır. Bu da bir neçə cildlik əsərlə ancaq mümkün olar. Sual-cavab yolu ilə belə bir mövzunu dərinliklərinə qədər təhlil etmək əlbəttə qeyri-mümkündür. Bundan əlavə onlar, İslamın hansı məsələni həll edə bilmədiyini göstərməlidirlər ki, biz də onun  cavabını verək. Onlar mücərrəd şəkildə soruşduqları üçün bizim cavabımız da mücərrəd olacaq. Cavabı hər kəsə məlum olan bir məsələ haqqında artıq danışmaq, həm israf həm də əbəs işdir. İslam isə israf və əbəs işi əsla xoş görmür.

Sözün cövhəri

Müsəlman haqqı arzulayırsa, həmin haqqı əldə etmək üçün istifadə etdiyi arqumentlərin üstündə, mütləq, "caizdir" və ya "məşrudur" möhrü olmalıdır. Yoxsa: “Mən haqqı qoruyuram, bunün üçün batil yollara da əl ata bilərəm” düşüncəsinə Quran və sünnə əsla icazə verməz. Bəli, bu düşüncə tərzindən Cənabi-Haqq razı deyil. Bu səbəbdən, demək olar ki, əgər müsəlmanlar bu gün məğlubdursa, bunun arxasında haqqı düzgün anlayıb, düzgün təmsil edilməməsi yatır.

Həftənin duası

Rəhman və Rəhim olan Allahın adı ilə… Dinimizi ən gözəl şəkildə yaşamaq və onu başqalarına anlatmaq üçün Allah bizə yetər.
Dünyamızı abad etmək, yer üzündə Haqqın muradını həyata keçirmək və bu yolda hər müsibətə səbr etmək üçün Allah bizə yetər. Zehnimizi və qəlbimizi məşğul edən hər məsələyə qarşı (yaxşılıq və ikram sahibi, yeganə kərim olan) Allah bizə yetər. Bizə amansızcasına hücum edənlərə qarşı (bütün zalımlara həddini bildirmə qüdrətinə sahib olan) Allah bizə yetər.


[1] Bir iş haqqında gizli görüş, gizli məclis
[2] Pis, şər aqibət
[3] Övliya məqamının zirvəsi

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message