Ən böyük sərvət təmənnasızlıqdır

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Ən böyük sərvət təmənnasızlıqdır

Bildiyiniz kimi, “təqva” sözü “çox yaxşı qorunma” və “çəkinmə, sığınma, uzaq durma, ictinab” mənasını verən “viqəyə” kökündən gəlir. Təqva, qısaca "Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa calışmaqdır" şəklində tərif edilmişdir.

Tam ixlası əldə etmək üçün hər cür şirkdən uzaq durmaq necə vacibdirsə, kamil təqvaya çatmaq üçün bütün şübhəli şeylərdən çəkinmək də o qədər zəruridir. Necə ki, "Bəndə təhlükə əndişəsi ilə qadağan olmayan şeylərdən də uzaqlaşmadıqca həqiqi təqvanı əldə edə bilməz!" məallı hədisi-şərif kimi bir çox peyğəmbər bəyanı "səğayir" – kiçik günahlardan da çəkinməyə və Quranın "ləməm" adlandırdığı şeylərə qarşı da diqqətli olmağa çağırır. Bu baxımdan “təqvayi-təmm”[1] məqamına ancaq kiçik günahlardan və şübhəli şeylərdən də uzaqlaşmaqla çatmaq olar.

Ancaq dinin əmr və qadağalarına tam riayət şərt və şəraitinin olduqca ağırlaşdığı, dolayısilə kamil təqvaya çatmağın çox çətin olduğu belə bir dövrdə hər kəsi kamil təqvaya məcbur etmək dinin ruhundakı "təysir" (asanlaşdırma) prinsipinə ziddir. Xidmət dairəsinin çox genişləndiyi və dinə qarşı həssas insanların ictimai həyatın hər sahəsində olduğu bir dövrdə xalqa təqvanın ən yüksək dərəcəsini təklif etmək dini çəkilməz yük kimi göstərmək deməkdir.

Buna görə də bu gün təqvanı "fərzləri diqqətlə, həssaslıqla yerinə yetirmək və böyük günahlardan uzaq durmaq" tərifi ilə ortaya qoyaraq zəruri və cami`[2] iki əsas prinsipini ön plana çəkmək lazımdır. Beləliklə, təqva dairəsini geniş götürmək, hər bir möminin bu dairəyə daxil olmasını təmin etmək, məhz bundan sonra təqvanın yüksək məqamlarına yüksəlmələri üçün hərəkətə gətirmək, şahlandırmaq və hər kəsin iradi olaraq addımbaaddım kamil təqvaya doğru yürksəlməsini təmin etmək lazımdır.

Bəli, Allahın sevgisinə məzhər[3] olan qulların ilk əlaməti onların təqva dairəsinə daxil olmasıdır. Çünki təqvaya sığınmadan Quranı anlamaq və ondan yararlanmaq mümkün deyil. Quranın ikinci surəsi “Bəqərə”nin ilk ayələrində vurğulandığı kimi, Quran öz qapısını ancaq müttəqilərə[4] açar, o ilk növbədə əhli-təqvanın hidayət qaynağıdır. Təqvanı yalnız Quran məhvərində yaşamaqla əldə etmək olar. Müttəqilər həm Quran ayələri ilə nəfəs alıb qəlbi və ruhi-mənəvi gümrahlığını saxlayar, həm də İlahi Bəyanın işığında ayeyi-təqviniyəni[5] mütəmadi tədqiq və təfəkkür edərək Allahın (cəllə cəlaluhu) kainatda icra etdiyi sünnəsinə (qanunlarına) uyğun hərəkət edərlər. Beləliklə, təqva sayəsində mömin zəlalətə yuvarlanmaqdan qurtulmuş,
"alayi-illiyyin" yoluna girmiş və bütün xeyir-bərəkətin mənbəyini tapmış olar.

Mən sizdən heç bir mükafat istəmirəm!

Xüsusilə həyatını iman və Quran xidmətinə həsr etmiş bəxtiyarlar üçün təqvadan sonra ən vacib əsas “istiğna”dır. Hədisi-şərifdə keçən "qəni" sözü "Allahın verdiyi nemətlərə qənaət edib başqasının əlinə baxmayan, daim müstəğni[6], könlü zəngin, gözütox, təmənnasız" deməkdir və istiğnanı nəzərdə tutur.

İstiğna peyğəmbərlik yolunun şüarıdır. Bütün peyğəmbərlər peyğəmbərlik vəzifəsini nöqsansız yerinə yetirəcəyinə və əvəzində heç bir dünyəvi mükafat almayacağına söz vermişlər. Qurani-Hakim onları bir ağızdan "Mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir" (“Yunus” surəsi, 10/72) deyə danışdırır. Onlar “peyğəmbərlik vəzifəsini dünyaya satdılar” töhmətinə tuş gəlməmək üçün ömür boyu istiğnaya bağlı yaşamış və bu müstəğniliyi ilə nəşri-haqq vəzifəsini çiyinlərinə götürən nəsillərə gözəl nümünə olmuşlar.

“Yasin” surəsində keçən qəhrəman (Həbibi-Nəccar) da "Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!" (“Yasin” surəsi, 36/21) deyərək bir daha irşad ərənlərinin bu xüsusiyyətinə diqqət çəkmişdir. Həbibi-Nəccar arxasınca gediləsi rəhbərlərin iki əsas xüsusiyyətini göstərmişdir: heç bir mükafat istəməmək və doğru yolda olmaq. Bu iki vəsfə malk olmayanların başqalarına hidayət yolunu göstərməsi mümkün deyildir.

Əslində bu gün də bəzi insanlar eyni xəstəliyə mübtəla olmuşlar və onların ucbatından bütün müsəlmanlar qaralanır. Belələri anlaya bilmirlər ki, nə qədər ki niyyət dünyəvi mənfəət əldə etməkdir, könüllərə nüfuz etmək mümkünsüzdür və ya mənfəət umduqlarına görə ülvi qayələri heç ağıllarına da gətirmirlər.

Halbuki sözün təsir gücü səsin gurluğundan, gözəlliyindən və nəğmənin zahirən ürəkləri yandırıb-yaxmasından deyil, Cənabi-Allahın məşiyətindən[7] asılıdır. Allah-Təala sözün təsirini həsbiliyə[8] və təmənnasızlığa bağlamışdır. Çox vaxt küncdə-bucaqda ya da kürsüdə yalnız din üçün yaşayan səmimi və həsbi bir insan cılız səsi ilə o qədər parlaq görünməyən bəzi məsələlərdən danışsa da, bu, xalqın vicdanında böyük təsirə səbəb olur. Çünki o müstəğni insandır və muradı da Allahdır.

Beləliklə, Quran tələbələri peyğəmbərlik davasının bir nümayəndəsi olaraq peyğəmbərlərin getdiyi istiğna yolunda getməli və yolun başından "Məni yalnız Allah mükafatlandıracaq” deyərək təmənna ummamalıdırlar. Kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər, hətta ölkə-ölkə gəzib hər yerdə ileyi-kəlimətullah nəğməsini söyləyərkən, vəz, söhbət və nəsihət verərkən, ya da bircə insana həqiqətlərdən bəhs edərkən həsbi olmalı və əsla dünya mənafeyi güdməməlidir.

Xülasə

  • Kamil təqvaya çatmaq üçün bütün şübhəli şeylərdən çəkinmək də o qədər zəruridir. Bir çox peyğəmbər bəyanı "səğayir" – kiçik günahlardan da çəkinməyə və Quranın "ləməm" adlandırdığı şeylərə qarşı da diqqətli olmağa çağırır.
  • İstiğna peyğəmbərlik yolunun şüarıdır. Bütün peyğəmbərlər peyğəmbərlik vəzifəsini nöqsansız yerinə yetirəcəyinə və əvəzində heç bir dünyəvi mükafat almayacağına söz vermişlər.
  • Allah-Təala sözün təsirini həsbiliyə və təmənnasızlığa bağlamışdır. Quran tələbələri peyğəmbərlərin getdiyi istiğna yolunda getməlidir.

Allahla münasibət qulun sirridir

Təqva və istiğna Allah-Təalanın sevgisini qazanmağın iki əsasıdır. Bununla yanaşı hədisi-şərifdə bu iki bollu-bərəkətli vəsiləyə dərinlik qatıb məhbubiyyət yolunu tamamilə açan üçüncü əsasdan bəhs olunur.

Ən az ilk ikisi qədər vacib olan bu xüsusiyyət mənəvi dərinlik, könül zənginliyi, ruhi ənginlik və bunu sirr kimi saxlamaqdır. Bəli, bəzi şeylərin gizli qalması daha uyğundur. Bütün bunların başında da insanın mənəvi dərinliyi və şəxsi fəziləti durur. Səmimi qul ona lütf edilən xüsusi ehsanları gizlətməli və fəzilətlərini faş etməkdən çəkinməlidir.

Müttəqi və müstəğni qulların Həzrəti Mövla ilə bambaşqa münasibəti var. Onlar bəzən öz nəfslərinə də qısqandıqları nurlu dəqiqələrə və bənzərsiz İlahi lütflərə məzhər olurlar. Ancaq Haqq Dostları Allah-Təalanın ehsan etdiyi nurlu anları və o münəvvər dəqiqələrdə lütf etdiyi ikramları, kəşfü-kəramətləri gizləməyə çalışarlar. Cənabi-Haqqın təvəccöhünə və bu təvəccöhün müxtəlif təzahürlərinin gizli qalmasına çox diqqət edir və bunları heç kəslə bölüşmürlər. Ondan gələn xüsusi ehsanların gizli bir ərməğan olduğunu düşünər və bunu yalnız Verənlə öz aralarında sirrtək saxlamağa çalışarlar. Dolayısilə qeyri-adi halları heç kəsə bildirməz, yalandan qaçar, insanları aldatmamağa diqqət edər, xalqın nəzərində fərqlənməmək üçün olduqca sadə görünərlər. Təsəvvüfdə insanın mənəvi dərinliyini gizləyib sadə görünmək üçün çalışmasına "təlbis" deyilir.

Kamil təlbisdə insanın əsas hədəfi özünü heç sayıb hər şeydə Haqqı göstərməkdir. O, dərin mənəviyyatını və zəngin mahiyyətini əğyara hiss etdirməz və hər an özünü sıfırlamağa çalışar. Dolayısilə, iddialı və iddiaya yaxın olan söz və davranışlardan daim uzaqdır. Belə ki, özündəki məziyyətlərə “məzhərəm” deməkdən çəkinər, həm sadə görünər, həm də İslama və müsəlmanlara söz gətirməz.

Həftənin duası

Rəbbim! Səni təfəkkür və zikir etməyə mane olan nə varsa, bizi onlardan uzaq elə. Bu aciz və fəqir qullarını heç kimə möhtac eləmə, başqasına əl açdırma. Bizi lütfünlə zənginləşdir, zənginləşdir Ya Rəbb, çünki Həqiqi Verən yalnız Sənsən, biz isə qapında gözləyən qullarıq.

Rəbbim! Köksümüzə inşirah ver, bizi peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salehlərin yoluna qoy.

Sözün cövhəri

Cənabi-Haqqın rizası istiqmtətində istər özümüzün, istərsə başqalarının haqqını qorumağımız, haqqı dirçəltməyə çalışmağımız ibadətdir. Hətta haqqı qoruma yönümlü strategiyalar, planlar, məşvərətlər, yol və üsul axtarışları da ibadət kateqoriyasına daxil edilə bilər.


[1] Kamil təqva

[2] Hər şeyi əhatə edən, əhatəli

[3] Zahirə çıxaran, üzərində görünən, əks etdirən

[4] Təqvalılara

[5] Allahın kainata qoyduğu dəlillər. Bu dəlillər Yaradanı göstərir.

[6] gözü tox, nəfsi tox

[7] İstək, arzu, iradə

[8] Əvəzsiz, qarşılıqsız

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message